Peruda 21 yaşlı futbolçu Helar Qonsales Altamirano matç zamanı qapıçı ilə toqquşmadan sonra faciəvi şəkildə vəfat edib.
Hadisə ölkə kuboku matçında yaşanıb.
“Real Titan”ın formasını geyinən futbolçu “Defensor” komandası ilə matçın 70-ci dəqiqəsində rəqib qapıçı ilə toqquşaraq başından ağır zədə alıb. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun ölümünə başındakı damarın yırtılmasının səbəb olduğu bildirilib.//report
Попытки США добиваться целей при помощи пошлин обречены на провал, подобная политика опасна для мировой экономики.
Как передает Median.Az со ссылкой на Global Times, об этом заявил в четверг на брифинге представитель МИД КНР Линь Цзянь.
“Безрассудные и незаконные действия, в конечном свете, обернутся провалом. Я хочу подчеркнуть еще раз: победителей в войне тарифов или торговой войне не будет. Китай не желает сражаться, но не боится этого”, – сказал он.
По его словам, использование США тарифов наносит урон правам и интересов других стран, нарушает правила Всемирной торговой организации, разрушает мировую торговлю и глобальный экономический порядок.
Линь Цзянь добавил, что, если Вашингтон продолжит игнорировать интересы других стран и международного сообщества, то Китай “пойдет до конца”.
Президент США Дональд Трамп 9 апреля объявил о решении увеличить пошлины на китайские товары до 125%.
Ранее власти Китая подняли пошлины на американскую продукцию с 34% до 84% в ответ на действия Вашингтона.
ABŞ-nin rüsumlar vasitəsilə öz məqsədlərinə çatmaq cəhdləri uğursuzluğa məhkumdur, belə siyasət dünya iqtisadiyyatı üçün təhlükəlidir.
Median.Az “Global Times”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan bu gün brifinqdə bildirib.
“Məsuliyyətsiz və qanunsuz hərəkətlər uğursuzluqla nəticələnəcək. Bir daha vurğulamaq istəyirəm ki, tarif və ya ticarət müharibəsində qalib olmayacaq”, – o bildirib.
Nümayəndənin sözlərinə görə, ABŞ-nin tariflərdən istifadə etməsi digər ölkələrin hüquq və maraqlarına ziyan vurur, Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur, dünya ticarətini və qlobal iqtisadi nizamı dağıdır.
L.Tszyan əlavə edib ki, əgər Vaşinqton digər ölkələrin və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almamağa davam edərsə, Çin sona qədər gedəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da Çin mallarına rüsumların 125 %-ə qədər artırılması ilə bağlı qərarını elan edib.
Bundan əvvəl Çin hakimiyyəti Vaşinqtonun hərəkətlərinə cavab olaraq ABŞ məhsullarına rüsumları 34 %-dən 84 %-ə qaldırıb.
Завтра в Баку и на Абшеронском полуострове ожидается переменно-облачная, временами пасмурная погода, днем преимущественно будет без осадков.
Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром в некоторых местах возможны кратковременные дожди, сильный северо-западный ветер днем сменится умеренным северо-восточным.
Температура воздуха ночью составит 6-8° тепла, днем – 10-13° тепла. Атмосферное давление повысится с 756 мм рт. ст. до 761 мм рт. ст., относительная влажность воздуха составит 70-80%.
В регионах Азербайджана ожидаются дождь и грозы. В отдельных местах возможны сильные ливни, град, а в высокогорных районах – снег. Вечером в большинстве регионов осадки прекратятся. Ночью и утром возможен туман. Умеренный западный ветер местами усилится.
Температура воздуха ночью составит 7-10° тепла, днем – 11-15°тепла, в горах ночью – 0-4° тепла, днем – 4-7° тепла.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
В Азербайджане врачам удалось успешно принять роды у пациентки, перенесшей четырехдневную кому во время беременности.
Как сообщает Report, благодаря усилиям врачей Клинического медцентра, на свет появился здоровый мальчик весом почти 4 кг.
В КМЦ рассказали, что 27-летняя беременная женщина была госпитализирована 11 октября прошлого года с судорогами и в тяжелом состоянии.
Она находилась в коме на протяжении четырех дней, после этого женщина продолжала лечение и диагностику в отделении гинекологии КМЦ.
“7 апреля на 39-й неделе беременности путем кесарева сечения на свет появился здоровый мальчик весом 3990 г и ростом 52 см. Мать и ребенок уже выписаны домой”, – сообщили в клинике.
Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bu gün gecə saatlarında Şərur rayon Çomaxtur kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisə nəticəsində birf mərtəbəli, üç otaqlı ümumi sahəsi 120 m² olan fərdi yaşayış evinin 12 m² mətbəx hissəsinin tavanı, çardağı və içərisindəki əşyalarla birlikdə yanıb, 108 m² hissəsi (3 otaq) içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.
Baku TV-nin redaksiyasına ölkə ərazisində gizli fəaliyyətlər planlaşdıran və bu səbəblə də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşən, barələrində araşdırma başladılan bir sıra yerli QHT-lər və onların rəhbərləri, həmçinin bəzi xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkarlanan cinayət xarakterli qanun pozuntularına dair etibarlı mənbələrdən məlumatlar daxil olub.
Mənbənin kanala bildirdiyinə görə, fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən, “xidmət müqavilələri” adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar. Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb. Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir. Araşdırmalar zamanı məlum olub ki, bu yolla Əhməd Abbas oğlu Məmmədzadə ABŞ-nin Şərq-Qərb İdarəçilik İnstitutu (“East-West Management Institute (INC)”) ilə 2013-2023-cü illər ərzində ən azı 268 min 632 manat, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib İbad oğlu Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşməklə “Azərbaycanda şəffaflıq tərəfdaşlığı” mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə “Transparency International” təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32 min 051 manat, Samur rayon İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Asəf Vahid oğlu Əhmədov ABŞ-nin Alman Marşal Fondu və “Family Health International” (“FHI360”) Humanitar təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105 min 423 manat, “Gender Port” MMC-də bölmə rəhbəri işləyən Nərgiz Ağarazı qızı Muxtarova ABŞ-nin “Mercy Corps” Qlobal Humanitar təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151 min 459 manat, Ağazadə Aytac Elxan qızı ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85 min 867 manat, qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirib.
Redaksiyaya daxil olan məlumata görə, bununla əlaqədar olaraq bu il aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin “cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma”, “ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” və “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan Aytac Ağazadənin Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək barəsində axtarış elan olunub.
O da məlum olub ki, adları qeyd edilən şəxslər xidmət müqaviləsi adı altında əldə etdiyi qrant vəsaitlərini maliyyələşdirdiyi təşkilatların mənafe və tapşırıqlarına uyğun şəkildə sərf ediblər. Belə ki, bu vəsait gizli və açıq formada ayrı-ayrı həssas sosial təbəqələrin “hüquq müdafiəsi” altında ictimai-siyasi sabitliyin pozulması, ölkə ərazisində qeyri-ənənəvi icmaların yaradılması və dəstəklənməsi, daxili və xarici siyasətə müdaxilə edə biləcək qüvvələrin formalaşdırılması və maliyyələşdirilməsi, Azərbaycan xalqına məxsus mənəvi dəyərlərin zəiflədilməsi məqsədləri üçün xərclənib. Bütün bu fəaliyyət isə “təlim keçmək”, “araşdırma aparmaq” xidməti kimi təqdim edilib.