Month: April 2025

  • İdxal olunan mal piyində donuz DNT-si aşkarlandı

    İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Gourmeat” MMC-nin Rusiyadan idxal etdiyi “Bryansk Meat Company” şirkətinin istehsalı olan 21000 kq “Miratorq” əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb.

    Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

  • В Азербайджане установлены требования к “Последнему звонку”: вальс и современные танцы запрещены? (ОБНОВЛЕНО)

    Государственное агентство дошкольного и общего образования опровергло информацию о якобы направленных в школы инструкциях, касающихся проведения в 2024-2025 учебном году мероприятий, приуроченных к “Последнему звонку”.

    Как заявили в ответ на запрос Oxu.Az в структуре, информация о распространении таких указаний не соответствует действительности.

    “Агентство не направляло никаких инструкций, касающихся организации “Последнего звонка”, в местные органы управления образованием, то есть в региональные подразделения”, – говорится в сообщении.

    * * * * *

    В общеобразовательные учреждения Азербайджана направлена инструкция, регулирующая проведение мероприятий “Последнего звонка” 2024-2025 учебного года.

    Как сообщает teleqraf.com, в этом году все учащиеся, включая выпускников, должны быть одеты в школьную форму.

    Необходимо строго контролировать выбор музыки, звучащей во время мероприятий, не допуская воспроизведения некачественной музыки.

    В то же время выпускники должны исполнять только азербайджанские национальные танцы. Вальс и современные танцы запрещены. Предпочтение следует отдавать живому исполнению на национальных музыкальных инструментах, таких как тар, саз, кеманча. Азербайджанские народные песни и национальные танцы должны быть обязательно включены в программу мероприятия.

    Предпочтение следует отдавать танцам и музыке, отражающим культурные особенности региона, где расположена школа.

    Далее в инструкции отмечается, что мероприятие должно проводиться на пришкольной территории. В общеобразовательных учреждениях без пришкольной территории “Последний звонок” должен быть организован в спортивном или актовом зале. Общая продолжительность мероприятия ограничена 45 минутами.

    Отображение политических, религиозных, идеологических символов на мероприятии также считается недопустимым.

    В случае нарушения требований инструкции по “Последнему звонку” будут приняты меры в отношении руководства школы и других ответственных лиц.

  • Azərbaycanda “Son zəng”də müasir rəqslər qadağan edildi? – Rəsmi AÇIQLAMA (YENİLƏNİB)

    Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilməsi təkzib olunub.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

    “Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə “Son zəng”lə bağlı hər hansı təlimat göndərilməyib”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər.

    Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

    Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır. Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir. Azərbaycan xalq mahnıları və milli rəqslərimiz tədbir proqramına mütləq daxil edilməlidir.

    Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə üstünlük verilməlidir.

    Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir. Həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində tədbir idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirin ümumi müddəti 45 dəqiqə ilə məhdudlaşır.

    Tədbirdə siyasi, dini, ideoloji simvolların əks olunması da yolverilməz sayılır.

    “Son zəng”lə bağlı təlimatın tələblərinin pozulduğu hallar baş verərsə, həmin məktəbin rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək.

  • Donald Tramp İlham Əliyevə məktub göndərdi

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident.

    Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır.

    Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram.

    Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

  • В Гяндже проводится расследование по факту избиения учителя, назначена экспертиза

    Главное управление полиции города Гянджи проводит расследование по факту избиения учителя учениками, по делу назначена судебно-медицинская экспертиза.

    Об этом сообщили в пресс-службе гянджинской региональной группы Министерства внутренних дел Азербайджана.

    “Назначена соответствующая экспертиза. По итогам расследования и на основании заключения экспертизы будет дана правовая оценка произошедшему”, – заявили в ведомстве.

    * * * * *

    В городе Гяндже во время конфликта между учителем и учениками пострадал педагог.

    Как сообщает Report, инцидент произошел в средней школе-лицее №4 с углубленным изучением иностранных языков.

    По предварительной информации, во время перемены между двумя учащимися IX и X классов и учителем школы – Ф.Гулиевым (1985 года рождения) – возник спор. Причиной конфликта стало замечание педагога по поводу неподобающего поведения школьников в коридоре. В ходе инцидента на учителя было оказано физическое давление, в результате чего он получил травму и обратился за медицинской помощью.

    В Гянджа-Дашкесанском региональном управлении образования в ответ на запрос Report подтвердили факт инцидента. Руководство учебного заведения оперативно вмешалось в ситуацию: в учебное заведение были приглашены родители учащихся, с ними проведена разъяснительная беседа школьным психологом. Администрация еще раз акцентировала внимание на необходимости соблюдения дисциплины и норм поведения в образовательном учреждении.

    По факту происшествия ведется расследование со стороны правоохранительных органов.

  • Gəncədə məktəbdə insident olub, şagirdlər müəllimə xəsarət yetiriblər

    Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

    Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.

    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan iki şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüs zamanı mübahisə yaranıb.

    Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

    Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

    Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

    Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evlərindən 150 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, notbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs – əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.

    Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Baş həkim klinikasına lift qoydurmağa icazə üçün 95 min manat verdi – Mənimsənildi

    Bakıda “32 Beauty dent billur” klinikasına lift qoydurmaq istəyən baş həkimin 95 min manatı mənimsənilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1988-ci il təvəllüdlü Zaur T. adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, baş həkim Sənan Məmmədov klinikanın ərazisini həm genişləndirmək, həm də tibb mərkəzinə lift qoyulması üçün müvafiq qurumlardan icazə almaq fikrinə düşüb. Sənan Məmmədov bunun üçün tikintiyə başlasa da, Nərimanov Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən işlər dayandırılıb.

    Baş həkim daha sonra tanışının vasitəsilə Zaur T. adlı şəxslə tanış olub. O, Sənan Məmmədova Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini ala biləcəyini söz verərək, ondan ümumilikdə bu işin həyata keçirilməsi üçün 95 min manat pul alıb. Pul klinikanın baş direktoru Murad adlı şəxs tərəfindən təqsirləndirilən şəxsə göndərilib.

    Zaur bu pulu borclarını ödəməyə və digər şəxsi ehtiyaclarına xərcləyib. Sonda baş həkim hüquq-mühafizə orqanlarına müraciət etməli olub.

    Sənan Məmmədov ifadəsində təqsirləndirilən şəxsə 95 min manatı rüşvət qismində verilməsi üçün vermədiyini deyib: “Sözügedən pulu sadəcə olaraq, zəhmət haqqı kimi Zaura verdim”.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

  • Nazirlər Kabineti aviasiya sahəsi ilə bağlı qərarlar verib

    Nazirlər Kabineti “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nı və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Bundan başqa, hökumət başçısı imzaladığı digər qərarla “Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları”nı təsdiqləyib.

  • Instagram-афера в Азербайджане: пара зарабатывала на взломе WhatsApp и шантаже

    В Азербайджане женщина вместе со своим возлюбленным, работающим в сфере информационных технологий, создала страницу в Instagram под названием “Гюнай Агаева” и предлагала услуги по отслеживанию переписки в WhatsApp и взлому шифрования.

    Как сообщает Qafqazinfo, граждане, желавшие отслеживать переписку в WhatsApp интересующих их лиц, отправляли номера телефонов на фейковую страницу и пользовались услугой, указывая мобильные номера значимых для них людей. Пара, в свою очередь, отправляла номер карты и за деньги оказывала эту услугу.

    Используя возможность установки приложения WhatsApp на двух телефонах с одним номером и другие технологические методы, они продавали переписку из личной жизни незнакомых людей клиентам по разным ценам.

    Впоследствии возлюбленные начали шантажировать некоторых “клиентов”. Пара, угрожая рассказать об отслеживании их личной переписки, повторно требовала и получала от этих же людей деньги. Таким образом, женщина и мужчина путем угроз получили от нескольких граждан суммы в 200, 400 и более манатов.

    Решением суда оба были приговорены к 5 годам лишения свободы. Находившийся под домашним арестом М.Маджидов был арестован в зале суда 3 апреля. Исполнение наказания его возлюбленной С.Ибрагимовой отложено до достижения совершеннолетия ее несовершеннолетними детьми, находящимися на ее попечении.