Month: April 2025

  • Bakıda film səhnələrini xatırladan qəzanın görüntüləri – Video

    Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev prospektində qəza olub.

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən verilən məlumata görə məlumata görə, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

    Qəzanın görüntülərini təqdim edirik:

  • Yardımlıda fahişəliyə cəlb edilən azyaşlının ATALIĞI HƏBS OLUNDU

    Yardımlı rayonunda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlb etmə cinayətinə görə aparılan istintaq çərçivəsində qızın anası da daxil olmaqla dörd nəfər həbs olunub.

    “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə oxu.az-a açıqlamasında bildirib ki, həbs olunanlar arasında qızın ögey atası da var.

    “Bu, çox acınacaqlı və ürəkağrıdıcı məsələdir. Cinsi zorakılığa məruz qalan tək qızın özü deyil. Onun 11 yaşlı qardaşına qarşı da zorakılıq edilib. Uşaqlar hazırda Yardımlı Rayon İcra Hakimiyyətinin nəzarətindədilər, onlara qəyyum təyin olunub, amma bu günə-sabaha uşaqları sığınacağa yerləşdirəcəyik, ondan sonra isə reabilitasiya işlərinə başlanacaq.

    Qeyd edim ki, əslində bu məsələ təsəvvür edildiyindən daha ciddi məsələdir və heç də dörd nəfərin həbsi ilə yekunlaşacaq məsələ deyil. Bu işin içində adı hallanan digər şəxslər də var ki, onların da həbsi qaçılmaz olacaq. Hazırda istintaq getdiyi üçün bəzi məsələləri səsləndirmək mümkün deyil, amma inanıram ki, istintaq bu işə lazımi aydınlığı gətirəcək və bu vəhşiliyi törədənlər cəzalarına çatacaqlar”, – deyə birlik sədri bildirib.

  • Bakıda “saxla” əmrinə tabe olmayan sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı – TƏFƏRRÜAT

    Bakıda polisin “saxla” əmrinə tabe olmayaraq iki yol patrul xidməti avtomobilini əzən, polis əməkdaşlarından birinə də xəsarət yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, 35 yaşlı Ümid Nəsrullayev Yasamal rayonu ərazisində “Hyundai” markalı avtomobildə olan zaman yol patrul xidməti əməkdaşları ona “saxla” əmri veriblər. Lakin Ümid avtomobili saxlamaq istəməyib. Ümid maşının ön və arxa hissəsində dayanmış maşınları vuraraq ərazidən uzaqlaşmaq istəyib. O, avtomobilini irəli və geri hərəkət etdirərək iki polis maşınına çırpılaraq ümumilikdə 9 min manata yaxın maddi ziyan vurub.

    İttihama görə, Ümid maşının mühərrikini söndürmək istəyən polis əməkdaşlarından birinə də xəsarət yetirib.

    Polis şöbəsinə aparılan Ümidin avtomobilinə baxış keçirilən zaman marixuana və narkotik tərkibli preqabalin aşkar edilib.

    Ümid ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etdiyini etiraf edib. O, maşınından çıxan marixuananın ona məxsus olmadığını deyib.

    İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. İstintaq orqanı sübut kimi onun telefonuna gələn mesajlara da istinad edib.

    Araşdırma zamanı məlum olub ki, Ümid daha əvvəl də bir neçə maddə ilə məhkumluq həyatı yaşayıb.

    Törətdiyi əməllərə görə Ümid Nəsrullayev bu dəfə 6 il azadlıqdan məhrum edilib.

  • Həbsxanada məhkum yoldaşına ülgüclə xəsarət yetirdi yetirən şəxsin cəzası ÜÇQAT AĞIRLAŞDIRILDI

    Həbsxanada məhkum yoldaşına ülgüclə xəsarət yetirən Azər Şaliyevin cəzası üçqat ağırlaşdırılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

    38 yaşlı Azər 2014-cü ildən həbsdədir. Həmin vaxt o, quldurluq və narkotik cinayətlərinə görə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə 3 il qalmış daha bir cinayət törədib. Bu dəfə o, 10 illik məhkum Şəhriyar Baxışəliyevin boyun nahiyəsinə iki dəfə ülgüclə xəsarət yetirib.

    Ona qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Amma məhkəmə Azəri bu maddə ilə deyil, qəsdən sağlamlığa az zərər vurma maddəsi ilə təqsirli bilib. Əvvəlki cəzası birləşdirilməklə, ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş məhkəmənin bu qərarı ilə razılaşıb. Lakin prokuror hökmdən narazı qalaraq apellyasiya protesti verib. Protestdə qeyd olunub ki, Şaliyev zərərçəkmişə iki dəfə xəsarət yetirsə də, hadisənin motivini izah edə bilməyib. Bu səbəbdən hadisə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməlidir.

    Hakim Mehriban Qarayevanın sədrlik etdiyi məhkəmə tərkibi protesti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

    Yeni qərara əsasən, Azər Şaliyev qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinərək 15 il, qalıq cəzası da birləşdirilməklə, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bundan əlavə, o, əvvəlki ciddi rejimli müəssisədən xüsusi rejimli cəzaçəkmə yerinə köçürüləcək.

  • Qaradağda yeni stadion və idman zalları tikiləcək: Milyonlarla manatlıq layihə

    Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini-futbol meydançası və idman zalları tikiləcək.

    Median.Az Yurd.media-ya istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi bununla bağlı müvafiq hazırlıqları başa çatdırıb.

    Məlumata görə, tikinti işləri 3,8 milyon manata başa gələcək.

  • Напряжение между Минском и Ереваном: освятят армянскую церковь без армянского премьера?

    Армянская сторона пока не получала приглашения на освящение армянской церкви св. Григория Просветителя в Минске.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в Министерстве иностранных дел Армении.

    Ранее армянские СМИ писали, что армянская церковь святого Григория Просветителя в Минске будет освящена в мае 2025 года.

    В связи с этим армянские журналисты направили в офис премьер-министра Армении запрос, поинтересовавшись, получали ли приглашение принять участие в освящении храма премьер-министр или другие высокопоставленные лица, и если да, то кто из Армении отправится в Минск. Однако ответ последовал из МИД республики.

    “В ответ на ваш запрос сообщаем, что какого-либо приглашения не поступало”, – ответили в МИД.

    Напомним, напряженность в отношениях между Ереваном и Минском возникла после высказываний Лукашенко об итогах Карабахской войны.

    Еще в июне 2024 года, Пашинян заявил, что никогда не посетит Беларусь, пока руководителем этой страны является Лукашенко. Внешнеполитические ведомства двух стран в июне 2024 года обменялись нотами, а в августе, после очередного резкого заявления Лукашенко, здание белорусского посольства в Ереване забросали помидорами и картошкой.

  • Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin açılışına çağırılmayıb

    Ermənistan tərəfi Minskdə Müqəddəs Maarifləndirici Qriqori Erməni Kilsəsinin bərpasından sonra açılış mərasiminə – təqdisinə dəvət almayıb.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bir qədər əvvəl Ermənistan mediası Belarus paytaxtı Minskdəki Müqəddəs Maarifləndirici Qriqori Erməni Kilsəsinin 2025-ci ilin mayında təqdis olunacağı barədə məlumat paylaşıb.

    Bununla bağlı erməni jurnalistlər Ermənistanın baş nazirinin ofisinə sorğu göndəriblər, baş nazir və ya digər yüksək rütbəli şəxslərin məbədin təqdis edilməsində iştirak etmək üçün dəvət alıb-almadıqlarını, əgər alıblarsa, Ermənistandan Minskə kimin gedəcəyini soruşublar. Lakin cavab XİN-dən gəlib.

    “Sorğunuza cavab olaraq bildiririk ki, heç bir dəvət daxil olmayıb”, – deyə açıqlamada bildirilib.

    Xatırladaq ki, İrəvanla Minsk arasındakı münasibətlərdə gərginlik Lukaşenkonun İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb.

    Paşinyan hələ 2024-cü ilin iyununda bəyan etmişdi ki, Lukaşenko bu ölkənin lideri olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcək. İki ölkənin xarici işlər nazirlikləri 2024-cü ilin iyununda nota mübadiləsi aparıblar, avqustda isə Lukaşenkonun növbəti sərt bəyanatından sonra Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof atılıb.

  • Зачитан приговор Назиму Гулиеву

    Завершено судебное следствие по уголовному делу главного редактора газеты “Идеал” Назима Гулиева.

    На процессе под председательством судьи Бакинского суда по тяжким преступлениям Джавида Гусейнова прокурор выступил с обвинительной речью и предложил суду приговорить Назима Гулиева к 9 годам и 6 месяцам лишения свободы.

    Отметим, что Назим Гулиев был задержан Главным управлением по борьбе с организованной преступностью Министерства внутренних дел и привлечен к уголовной ответственности.

    Ему было предъявлено обвинение по статье 178.2.4 (мошенничество с причинением значительного ущерба) Уголовного кодекса Азербайджана.

    Позднее ему также было предъявлено обвинение по статье 182.2.4 (вымогательство с целью завладения имуществом в значительном размере) Уголовного кодекса АР.

    По информации Oxu.Az, на процессе под председательством судьи Бакинского суда по тяжким преступлениям Джавида Гусейнова был зачитан приговор, согласно которому Назим Гулиев приговорен к 8 годам лишения свободы.

    Отметим, что Н.Гулиев в 2009 году был признан виновным в получении взятки, вымогательстве и других преступных деяниях и приговорен к 13 годам и 3 месяцам лишения свободы, но спустя 11 лет – в 2020 году был досрочно освобожден.
    //oxu.az

  • Nazim Quliyevə HÖKM OXUNDU

    “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Nazim Quliyevin 9 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Nazim Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

    Daha sonra isə ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Nazim Quliyev 8 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilmiş, 11 il sonra – 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdı.

  • Выплачены пенсии за апрель по Баку, Сумгайыту и Абшерону

    Государственный фонд социальной защиты при Министерстве труда и социальной защиты населения выплатил пенсии за апрель по городам Баку, Сумгайыт и Абшеронскому району.

    Об этом сообщили в ведомстве.

    В ближайшие дни будут выплачены пенсии за этот месяц и в других регионах страны, а также лицам, имеющим право на пенсию на льготных условиях.