Month: April 2025

  • Azərbaycanda cütlük insanların yazışmalarını ələ keçirərək satıb

    Azərbaycanda insanların “WhatsApp” yazışmalarını qanunsuz olaraq izləyən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 2000-ci il təvəllüdlü M.Məcidov və yaşıdı Qazax rayon sakini S.İbrahimovaya Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

    Araşdırmalar zamanı məlum olub ki, M.Məcidov informasiya texnologiyaları sahəsində çalışıb və bir müddət əvvəl həmin qadınla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb. Onlar “Instagram” sosial şəbəkəsində “Günay Ağayeva” adlı səhifə yaradaraq “WhatsApp” yazışmalarının izlənməsi və şifrələnmənin qırılması xidmətləri təklif ediblər.

    Bundan sonra həmin şəxslər çox sayda müraciət alıblar. Vətəndaşlar “WhatsApp” yazışmalarını izləmək istədikləri şəxslərin nömrələrini saxta səhifəyə göndərərək xidmətə maraq göstəriblər və onlar üçün əhəmiyyət kəsb edən şəxslərin mobil nömrələrini səhifəyə yazıblar. Cütlük də kart nömrəsi göndərərək pul müqabilində bu xidməti göstərib.

    Onlar bir nömrə ilə iki telefonda “WhatsApp” proqramının yüklənməsi və digər texnoloji addımlarla tanımadıqları şəxslərin şəxsi həyatına dair yazışmaları müxtəlif qiymətlərə “müştəri”lərə satıblar.

    Lakin daha sonra sevgililər bəzi “müştəri”ləri şantaj etməyə başlayıblar. Cütlük vətəndaşların şəxsi yazışmalarını izlədiklərini deyəcəkləri hədəsi ilə eyni adamlardan yenidən pul tələb edərək almağa başlayıblar. Bu yolla qadınla kişi bir neçə vətəndaşdan 200, 400 və sair məbləğlərdə pulu hədə-qorxu yolu ilə alaraq ələ keçiriblər.

    Şantaj olunduqlarını görən vətəndaşlar daha sonra polisə müraciət ediblər və cinayət işi açılıb.

    Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxslər etdikləri əməlin cinayət olduğunu bilmədiklərini deyiblər. Məhkəmənin hökmü ilə hər iki şəxsə 5 il həbs cəzası verilib. Ev dustaqlığında saxlanılan M.Məcidov aprelin 3-də məhkəmə zalındaca həbs edilib. S.İbrahimovanın cəzasının icrası isə öhdəliyindəki azyaşlı uşaqların yetkinlik yaşına çatmasınadək təxirə salınıb.

  • Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək – 7 MİLYON MANAT AYRILDI

    Bakıda Murtuza Muxtarovun ev muzeyinin yenidən qurulması həyata keçiriləcək.

    Median.Az Valyuta.az-a istinadla xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən müvafiq işlərə start verilib.

    Məlumata əsasən, “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya bağı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa və yenidən qurulması) ilə bağlı “Cronos Construction” MMC ilə müqavilə imzalanıb.

    Şirkətə yuxarıda qeyd olunan işlərin görülməsi müqabilində 7 040 948.92 manat ödəniləcək.

    Xatırladaq ki, Dendrologiya bağının yerləşdiyi ərazi əvvəllər məşhur azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. O bu ərazidə böyük bir bağ saldıraraq müxtəlif nadir bitkilər gətizdirib. Sonradan həmin bağ əsasında Dendrologiya bağı yaradılıb və bu gün də o, zəngin bitki müxtəlifliyi ilə diqqət çəkir.

    Qeyd edək ki, tərəflər arasında daha öncə də müxtəlif satınalma müqavilələri imzalanıb.

    Belə ki, 2021 və 2022-ci illərdə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsi və BŞİH-in inzibati binasının əsaslı təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında müqavilələr imzalanıb.

    Bunların müqabilində şirkətə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən 788 771 manat və 980 918.78 manat ödənilib. Daha sonra isə təmir-bərpa işlərinin davam etdirilməsi ilə bağlı şirkətə daha 13 449 826.91 manat ayrılıb.

    Bundan əlavə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən “Heydər Əliyev Mərkəzinin park ərazisində yerləşən kafedə (“Pond Cafe”) əsaslı təmir işlərinin aparılması ilə əlaqədar malların işlərin və xidmətlərin satın alınması” ilə bağlı elan edilən tenderin qalibi də “Cronos Construction” MMC seçilib.

    Həmçinin Beynəlxalq Muğam Mərkəzinin restoranında (Ud zalı) avadanlıqların təmiri və alınması da 2023-cü ildə eyni şirkət həyata keçirib və bunun müqabilində mərkəzdən 245 847.69 manat ödəniş alıb.

    Ötən il isə “Azərişiq” ASC ilə 4 382 508.88 manatlıq müqavilə imzalanaraq Sabunçu rayonu, 35/6 kV-luq 2×10 MVA gücündə 34 saylı yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri görülüb.

    Əlavə edək MMC 26 may 2014-cü ildə dövlət qeydiyyatına alınıb. 200 000 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi İlham Fərrux oğlu Əliyevdir.

    Şirkət dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçi Ruhin Ramiz oğlu Əliyev olub. Araşdırmalar zamanı məlum olub ki, o, hazırda “Intex Audit” MMC-nin direktorudur. MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb.

    İlham Fərrux oğlu Əliyev haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

  • Цена биткоина подскочила до 82 000 долларов на фоне отсрочки тарифов Трампа

    Биткоин резко вырос в четверг, восстанавливаясь после недавних потерь, поскольку аппетит к риску усилился после того, как президент США Дональд Трамп отложил свои планы по введению высоких ответных тарифов.

    Об этом сообщает Median.Az со ссылкой на investing.com.

    Однако общий рост был ограничен опасениями быстро обостряющейся торговой войны между США и Китаем, учитывая, что Трамп не освободил Китай от тарифов и повысил пошлины на эту страну, что вызвало ответные меры со стороны Пекина.

    Цены на криптовалюты в основном двигались синхронно с более широкими рынками, ориентированными на риск, которые росли со среды вечером после того, как Трамп объявил об исключениях из тарифов.

    Но рост биткоина отставал от роста на фондовых и валютных рынках, поскольку крипторынки также были напряжены после того, как Strategy, крупнейший корпоративный держатель биткоина в мире, сообщила о значительных убытках по стоимости своих цифровых активов.

    Биткоин вырос на 7% до 82 146.2 доллара к 10:56 по бакинскому времени. Крупнейшая в мире криптовалюта торговалась выше пятимесячного минимума, достигнутого ранее в апреле.

  • “Bitcoin”in qiyməti qalxıb

    ABŞ Prezidenti Donald Trampın sərt tarif tədbirləri tətbiq etmək planını ləğv etməsindən sonra beynəlxalq maliyyə bazarlarında “Bitcoin”in qiyməti qalxıb.

    Median.Az bu barədə investing.com-a istinadən xəbər verir.

    Belə ki, Bakı vaxtı ilə 10:56-ya olan göstəriciyə əsasən, “Bitcoin”in dəyəri yeddi faiz artaraq 82146,2 dollar təşkil edib.

  • Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

    Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.

    Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Veloparkı işıqsız qoyan şəxsə HÖKM OXUNDU

    Respublika Velosiped Trekindən oğurluq edən şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Səbail rayonu, Salyan şosesi, Dostluq parkı, 10 ünvanında yerləşən və Respublika Velosiped Trekinin balansında olan BMX veloparkında quraşdırılmış projektor dirəklərinə gedən, diametri 25 millimetr olan yeraltı mis kabel oğurlanıb. Nəticədə park uzun müddət işıqsız qalıb.

    Aparılan araşdırma zamanı oğurluğun 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 12 il ərzində BMX veloparkında bağban kimi çalışan B.H. adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib. Ümumilikdə, kabellərin və mis şinlərin oğurlanması nəticəsində veloparka 25 836.73 manat məbləğində maddi ziyan dəydiyi məlum olub.

    Məhkəmənin qərarı ilə B.H. Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

  • Завтра на дорогах ограничится видимость

    11 апреля на некоторых участках автомагистралей страны ожидается ограничение видимости до 500-1000 м.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Отмечается, что это связано с туманной погодой.

  • Yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

    Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 11-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Меликсет Пашаян признался в незаконной военной службе на оккупированных территориях Азербайджана

    На продолжившемся 10 апреля судебном процессе в Бакинском военном суде обвиняемый Меликсет Пашаян, отвечая на вопросы государственных обвинителей, признал, что незаконно проходил военную службу на ранее оккупированных территориях Азербайджанской Республики.

    Пашаян, служивший в вооруженных силах Республики Армения, заявил, что за ним был закреплен автомат “Калашникова”.

    Обвиняемый, заявивший, что стоял на боевых постах в нескольких направлениях, в том числе в селах Сарыджалы, Гюллюджа и других селах Агдамского района, в ответ на вопрос государственного обвинителя Фуада Мусаева сказал: “Агдам – это район Азербайджанской Республики”. На вопрос о том, что и от кого он защищал на территориях Азербайджана, ответить не смог.

  • Melikset Paşayan işğal altında olmuş ərazilərdə qanunsuz hərbi xidmət keçdiyini etiraf edib

    Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.

    Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.

    Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş postlarında durduğunu deyən təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala isə cavab verə bilməyib.

    Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.