Month: April 2025

  • В Суговушан вернулась очередная группа переселенцев (ОБНОВЛЕНО)

    Очередная группа бывших вынужденных переселенцев, отправленная из Тертерского района в село Суговушан, прибыла в родной край.

    Как сообщает Report, с учетом сегодняшнего этапа общее число переселенных в Суговушан семей достигло 180 (591 человек).

    * * * * *

    Очередная группа переселенцев выехала в освобожденное от оккупации село Суговушан Агдеринского района.

    Как сообщает Report, на этом этапе в село возвращаются 54 семьи в составе 179 человек.

    Ранее эти граждане были вынуждены проживать в различных регионах страны, в том числе в общежитиях, санаториях и административных зданиях.

    С учетом сегодняшнего этапа общее число переселенных в Суговушан семей достигло 180 (591 человек).

  • Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb (YENİLƏNİB)

    Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, kənd üzrə ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

    * * * * *

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülür.

    Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülür. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.

  • Арзу Алиева и Лейла Алиева встретились с жителями Габалы – ФОТО

    Президент Baku Media Center Арзу Алиева и вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева посетили Габалу, где встретились с местными жителями.

    Соответствующей публикацией Арзу Алиева поделилась на своей странице в социальной сети Instagram.










  • Arzu Əliyeva və Leyla Əliyeva Qəbələdə sakinlərlə görüşdülər – FOTO

    Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələyə səfər ediblər, yerli sakinlərlə görüşüblər.

    Arzu Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:










  • İlham Əliyev Avropa Komissiyasının Azərbaycana münasibətindən danışdı

    Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

    “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.

  • Prezident: “COP zamanı Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq”

    “COP zamanı digər mühüm nailiyyət karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət idi və bu, razılaşdırıla bilmirdi. Bununla bağlı razılıq məhz Azərbaycanda əldə olundu, bizim sədrliyimiz zamanı, bizə olan etimad sayəsində baş verdi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

    “Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımızda qoyulmuş vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, – yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, – bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Ermənistan ordusunun hərbçisi minaya düşüb

    Ermənistan ordusunun hərbçisi mina partlayışı nəticəsində xəsarət alıb.

    Median.Az bu ölkənin KİV-nə istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan da təsdiqləyib.

    Hadisənin Ermənistanın şərqində, Qeqarkunik vilayətində baş verdiyi bildirilib.

  • Prezident: “Biz Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”

    “Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

    Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən dövlətimizin başçısı qeyd edib:

    “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”.

  • Азербайджанский скоростной поезд замечен в Тбилиси: что происходит? – ФОТО

    Распространилась информация о том, что с мая возобновляется движение поездов по маршруту Баку – Тбилиси – Баку.

    Поводом для подобных новостей стало появление в Тбилиси скоростного поезда, принадлежащего ЗАО “Азербайджанские железные дороги” (АЖД).

    По утверждениям, состав АЖД был отправлен в Тбилиси для проверки, поскольку пассажирские поезда Баку – Тбилиси – Баку заработают 1 мая.

    Сотрудник отдела по связям с общественностью ЗАО Бахтияр Гаджиев в связи с этим заявил Oxu.Az, что информация не соответствует действительности.

    “Сведения не имеют под собой никаких оснований, поскольку поезд, о котором идет речь, не является пассажирским. Это поезд, который регулярно проводит диагностику железнодорожных путей для обеспечения безопасности движения”, – отметил он.

  • Azərbaycana məxsus sürət qatarı Tbilisidə GÖRÜNDÜ – Nə baş verir? (FOTO)

    May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

    Bu məlumatın yayılmasına səbəb “Azərbaycan Dəmir Yolları”na aid sürət qatarının Tbilisidə görünməsi olub.

    İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tbilisiyə göndərilib.

    Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev oxu.az-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

    “Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır”, – deyə B.Hacıyev bildirib.