Month: April 2025

  • İlham Əliyev ADA forumunda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub

    Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.

    Median.Az AZƏRTAC-a istinadən Prezidentin çıxışından həmin hissəni təqdim edir:

    “Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, – deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

  • Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib

    Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunan Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsinin rəhbəri olmuş Rahim Fəxrəddin oğluna Rzayevə bir maddə üzrə bəraət verilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsində verilib.

    Qərara əsasən, ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla ittihamdan imtina etdiyi üçün bəraət verilib.

    Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxışı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 29.318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə davam etdirilir.

    Qeyd edək ki, Rahim Rzayev Aqroservis ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində aşkar olunam ciddi pozuntulardan sonra həbs olunub.

    İttihama görə, təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilən əmlakı külli miqdarda ziyan vurmaqla mənimsəyib.

    Rahim Rzayev vəzifəli şəxs kimi ASC-nin kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsalı (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsi, aqrotexniki xidmətlər göstərilməsi və bu sahədə fəaliyyətin təşkilinin həyata keçirilməsi sahəsində fəaliyyətini pozmaqda ittiham olunub.

  • Hakim yarım milyonluq qızıla görə tutulanlara “yox” dedi

    Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün ilk iclas keçirilib.

    Mirzəliyev vətəndaş Səfər Səfərovla birgə ittiham olunur. İstintaq materiallarında yazılıb ki, onlar əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər.

    Hazırlıq iclasında Əfsər Mirzəliyevin vəkili Hikmət Əliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. Müdafiəçi vəsatətini şəxsin bəlli yaşayış yerinin olması, məhkəmənin gedişatına maneə yaratmayacağı ilə əsaslandırıb.

    Nigar İmanovanın sədrlik etdiyi məhkəmə şəxsin həbsinin davamına qərar verib.

    Baxış iclası aprelin 22-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

  • Президент: Азербайджан всегда поддерживал сотрудничество между государствами тюркского мира

    Азербайджан всегда поддерживал тюркоязычный мир, сотрудничество между государствами тюркского мира.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на проходящем в Университете АДА международном форуме на тему “К новому миропорядку”.

    “Нас объединяют исторические, этнические корни. Между нашими языками есть сходство, наши культуры и традиции во многом схожи”, – сказал глава государства, добавив: “Мы хотели бы, чтобы эта организация (Организация тюркских государств – ред.) была более сильной и нацеленной на результат. В этом плане Азербайджан всегда делал все возможное. Что касается взаимоотношений между государствами-членами, то между нами сложилась очень хорошая атмосфера”.

  • Prezident: “Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib”

    “Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

    “Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, – deyən dövlətimizin başçısı əlavə edib:

    “İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var.

  • Прогноз погоды в Азербайджане на завтра

    10 апреля в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, утром местами ожидается дождь, в некоторых частях полуострова – ливни с грозами, ночью и утром местами туман, будет дуть сильный северо-западный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха ночью составит 9-11, днем – 11-13 градусов тепла.

    Атмосферное давление – 756 мм ртутного столба. Относительная влажность – 70-80%.

    В некоторых районах Азербайджана ожидаются осадки, грозы, на отдельных территориях возможны ливни, град, в горах – снег, ночью и утром – туман, местами будет дуть сильный западный ветер.

    Температура воздуха ночью составит 8-11, днем 15-19 градусов выше нуля, в горах ночью 4-9, днем 9-14 градусов тепла.

  • Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

    Azərbaycan ərazisində aprelin 10-a gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

  • В ВОЗ предупредили о новой угрозе

    В скором времени человечество может остаться без защиты от грибковых инфекций из-за их устойчивости к препаратам и недостаточности существующих средств диагностики.

    Об этом говорится в двух докладах Всемирной организации здравоохранения (ВОЗ), посвященных проблеме таких инфекций.

    По данным аналитиков, зачастую с микозами сталкиваются тяжелобольные люди. При этом на их лечении негативно сказывается устойчивость инфекции к медицинским препаратам и слабость организма таких пациентов. В связи с этим число летальных исходов при поражении грибковыми инфекциями из “критически приоритетной группы” – криптококки, аспергиллы и кандиды – может достигать 88 процентов, следует из докладов.

    Накануне генеральный директор ВОЗ Тедрос Аданом Гебрейесус заявил, что новая пандемия – это не теоретический риск, а эпидемиологическая определенность. Глава организации уверен, что она произойдет, и человечество должно быть готово к ней.

    В конце февраля ВОЗ заявила, что европейская система здравоохранения находится в застое и отстает по нескольким направлениям. В частности, в Европейском регионе организации выявили, что каждый пятый подросток страдает от психических расстройств.

  • ÜST bəşəriyyət üçün yeni təhlükə barədə xəbərdarlıq etdi

    Bəşəriyyət tezliklə ciddi bir təhdidlə – göbələk infeksiyalarına qarşı effektiv müdafiənin olmaması ilə üzləşə bilər.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi iki hesabatda xəbərdarlıq edilib.

    Sənədlərdə göbələk patogenlərinin mövcud dərmanlara qarşı artan müqaviməti və müasir diaqnostika metodlarının kifayət qədər olmaması vurğulanır.

    Analitiklərin məlumatına görə, mikozlarla çox vaxt ağır xəstələr qarşılaşır.

    “Bu zaman onların müalicəsinə infeksiyanın dərmanlara qarşı müqaviməti və belə xəstələrin orqanizminin zəifliyi mənfi təsir göstərir. Bununla əlaqədar olaraq, “kritik prioritet qrupu”na aid olan göbələk infeksiyaları – kriptokoklar, aspergillər və kandidalar – ilə yoluxma zamanı ölüm hallarının sayı 88%-ə çata bilər”, – deyə hesabatlarda qeyd edilir.

    Xatırladaq ki, bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiyanın nəzəri risk deyil, epidemioloji müəyyənlik olduğunu bildirmişdi. Təşkilatın rəhbəri əmindir ki, bu baş verəcək və bəşəriyyət buna hazır olmalıdır.

    Daha əvvəl ÜST Avropa səhiyyə sisteminin problemlərinə diqqət çəkmişdi. Təşkilatın ekspertlərinin fikrincə, bu sistem durğunluq içindədir və bir sıra istiqamətlərdə geri qalır. ÜST-də xüsusilə Avropa regionunda hər beş yeniyetmədən birinin psixi pozğunluqlardan əziyyət çəkdiyi qeyd edilmişdi.

  • Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq faktı ilə bağlı dörd nəfər HƏBS EDİLDİ (YENİLƏNİB)

    “Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib”.

    Bunu oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova deyib.

    O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:

    “Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil”.

    * * * * *

    Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

    Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

    O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.

    Həmçinin azyaşlının anasına isə Cinayət Məcəlləsinin (CM) 171-ci maddəsinə əsasən cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

    “Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək”.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı açılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.