Month: April 2025

  • Estoniya Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum olunmasını istəyir

    “Avropanın təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaların müddətini uzatmalıdır”.

    Bu barədə “Rheinische Post” nəşrinə müsahibəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.

    O, fikrinin davamında vurğulayıb ki, Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına mane olur. Ona görə də Aİ-də parçalanmanın qarşısını almaq üçün Macarıstan ittifaqda səsvermə hüququndan məhrum edilməlidir:

    “Avropa İttifaqı haqqında Sazişin 7-ci bəndində göstərilir ki, quruma üzv olduğu halda Aİ-nin təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə yol verən ölkənin səsvermə hüququ geri alınmalıdır. Rəsmi Budapeşt hazırda məhz bununla məşğuldur. Mənim fikrimcə, bu qərarın verilməsinin vaxtı yaxınlaşmaqdadır”, – deyə Estoniyanın XİN rəhbəri vurğulayıb.

  • Türkiyədə ağır yol qəzasında 4 nəfər ölüb

    Türkiyədə ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.

    Hadisə İstanbulun Pendik rayonunda baş verib.

    Belə ki, “Hyundai” markalı avtomobil qarşısında hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 4 nəfər həyatını itirib.

    Faktla bağlı yerli istintaq orqanları tərəfindən araşdırma aparılır.

    ///APA

  • Bəzi rayonlarda yağış yağır- FAKTİKİ HAVA

    Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 5-i saat 17:00-a olan məlumatına əsasən, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.

    Göygöl, Qax və Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

  • “Карабах” усилит состав двумя бразильцами

    “Карабах” уже начал работу по усилению полузащиты в летнее трансферное окно.

    Как сообщает Median.Az со ссылкой на apasport.az, агдамский клуб в настоящее время ведет переговоры с двумя бразильскими полузащитниками, выступающими в Португалии.

    “Скакуны”, довольные выступлениями ранее привлеченных из Португалии футболистов, не хотят менять направление трансферной политики.

    Согласно информации, если не удастся достичь соглашения с этими игроками, в качестве последнего варианта будет продлен срок контракта Патрика Андраде.

    Сам игрок из Кабо-Верде также намерен остаться в команде.

    Срок его контракта действует до 30 июня 2025 года.

  • “Qarabağ” heyətini iki braziliyalı ilə gücləndirəcək

    “Qarabağ” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün indidən işlərə başlayıb.

    Median.Az Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada çıxış edən 2 braziliyalı yarımmüdafiəçi ilə hazırda danışıqlar aparır.

    Daha əvvəl Portuqaliyadan komandaya cəlb olunan futbolçuların performansından razı qalan “köhlən atlar” transfer xəttini dəyişmək istəmir.

    Məlumata görə, əgər həmin futbolçularla razılıq əldə edilməsə, sonuncu variant kimi Patrik Andradenin müqavilə müddəti artırılacaq.

    Kabo-verdeli oyunçunun özü də komandada qalmaq niyyətindədir.

    Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

  • Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən kişi SAXLANILDI

    Bakının Sabunçu rayonunda arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsən şəxs saxlanılıb.

    Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

    O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb:

    “Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır”.

  • Sumqayıtda evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb

    Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.

    Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Иран и Азербайджан будут производить автомобили на экспорт

    Между машиностроительным заводом имени Буньяда Сардарова в Азербайджане и иранской автомобильной компанией подписан меморандум о взаимопонимании по производству автомобилей на экспорт.

    Об этом сообщает Telegram-канал Azad İran.

    “Вполне вероятно, что в течение двух месяцев между сторонами будет подписано соглашение об этом, и если прогнозируемая тенденция сохранится, первая модель автомобиля сойдет с конвейера к концу 2025 года”, – отметил источник.

  • İran və Azərbaycan ixrac üçün avtomobil istehsal edəcək

    Azərbaycandakı “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ilə İrana məxsus avtomobil şirkəti arasında avtomobil istehsalına dair Anlaşma Memorandumu imzalanıb.

    “Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə “Eghtesad News” portalı məlumat paylaşıb.

    “Çox güman ki, iki ay ərzində tərəflər arasında bununla bağlı müqavilə imzalanacaq və proqnozlaşdırılan tendensiya davam edərsə, bu ilin sonuna kimi ilk avtomobil modeli istehsal olunacaq”, – deyə mənbə yazıb.

  • Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Müdafiə Nazirliyindən bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

    Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

    Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

    Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.

    Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

    Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.

    Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.

    Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

    Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

    Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.

    Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.

    Hərbi qulluqçularla mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və icra edilən fəaliyyətlərin nizamnamələrin tələblərinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanıb.

    Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

    Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılan mühəndis tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.