Month: April 2025

  • Gəncədə 26 yaşlı oğlan siqaretə görə bıçaqlandı

    Gəncədə bıçaqlanma olub.

    Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü S.Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirlir.

    Məlumata görə, S.Bayramov sözügedən küçədə yerləşən orta məktəblərinin birinin yaxınlığında yerləşən obyektdə siqarətə görə başlayan mübahisə zamanı bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal

  • Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi

    Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

    İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.

    Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

    Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

  • Qobustanda kişi övladını dişləyən itə xəsarət yetirdi – VİDEO

    Qaradağ rayonu, Qobustan qəsəbəsində kişi azyaşlı övladını dişləyən itə xəsarət yetirib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, şəxsin kimliyi müəyyən edilib, izahatı alınıb və polis əməkdaşları tərəfindən barəsində qanunauyğun tədbir görülüb.

    Qeyd edək ki, itə kəsici alətlə xəsarət yetirildiyi iddia edilsə də, bu fakt öz təsdiqini tapmayıb.

    Sözügedən görüntünü təqdim edirik:

  • Xırdalanda məktəbli direktor tərəfindən döyülüb? – RƏSMİ CAVAB

    Xırdalan şəhər 1 nömrəli orta məktəbdə məktəb direktorunun şagirdini döyməsi ilə bağlı yayılan iddialar araşdırılıb.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

    “Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddialar yerində araşdırılıb. Şagirdlərin, müəllimlərin və valideynlərin izahatlarına əsasən, fiziki zorakılıq faktı təsdiqlənməyib. Qeyd edilən tarixdə direktor sinifdəki şagirdlərarası mübahisə ilə bağlı sinfə daxil olaraq yalnız profilaktik söhbət aparıb.

    Məktəb rəhbərliyinə məktəb-valideyn münasibətlərinin düzgün istiqamətində müvafiq tapşırıqlar verilib.

    Bildiririk ki, sözügedən məktəbin direktoru ilə Regional Təhsil İdarəsinin rəhbəri arasında qohumluq əlaqəsinin olması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir”, – deyə məlumatda qeyd olunub.

  • Стала известна причина смерти девушки в Гёйчайском районе

    4 апреля в 00:22 в отделение скорой помощи Гёйчайской центральной районной больницы была госпитализирована девушка (2006 г.р.).

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    По результатам проведенных инструментальных и лабораторных исследований пациентке был поставлен диагноз “неуточненная железодефицитная анемия, гипотония”, и она была помещена в реанимационное отделение.

    “Несмотря на все необходимые медицинские вмешательства, в 12:35 у пациентки наступила биологическая смерть.

    В качестве первичной причины смерти указывается сепсис неизвестного происхождения, септический шок, острая легочная и сердечная недостаточность”, – отмечается в информации.

  • Göyçay xəstəxanasında gənc qızın ölüm səbəbi AÇIQLANDI

    Göyçayda xəstəxanada vəfat edən gənc qızın ölüm səbəbi açıqlanıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

    “2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) aprelin 4-ü saat 00:22-də təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə hospitalizasiya olunub.

    Aparılmış instrumental və laborator müayinələrin nəticəsinə görə, pasiyentə dəqiqləşdirilməmiş dəmir defisitli anemiya, hipotoniya diaqnozu təyin edilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

    Bütün zəruri tibbi yardımlara və reanimasiya tədbirlərə baxmayaraq, saat 12:35-də həmin şəxsdə bioloji ölüm baş verib.

    Ölümün ilkin səbəbi kimi naməlum mənşəli sepsis, septik şok, kəskin ağciyər, ürək çatışmazlığı qeyd olunur”, – deyə məlumatda qeyd olunub.

  • В Мексике выявили первый случай заражения человека птичьим гриппом

    В Мексике медики зафиксировали у трехлетней девочки из Дуранго птичий грипп, что стало первым подобным случаем в стране.

    Об этом сообщает Министерство здравоохранения Мексики.

    В министерстве также отметили, что подтверждение заражения человека вирусом H5N1 было получено 1 апреля от Института диагностики и эпидемиологического надзора.

    “Первоначально пациентка получала лечение осельтамивиром, в настоящее время она госпитализирована в отделение третьего уровня в городе Торреон, ее состояние оценивается как тяжелое”, – добавили в министерстве.

    В ведомстве сказали, что Всемирная организация здравоохранения заявляет, что “риск инфицирования этим вирусом для большинства людей незначителен, и употребление в пищу термически обработанной курятины или яиц безопасно для здоровья”.

  • Meksikada tarixində ilk dəfə quş qripinə yoluxma halı aşkarlanıb

    Meksikada üç yaşlı qızda quş qripi aşkar edilib, bu, ölkədə ilk belə haldır.

    Bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Meksika vətəndaşının H5N1 virusuna yoluxması faktı Diaqnostika və Epidemioloji Nəzarət İnstitutundan daxil olub.

    Meksikanın şimal-şərqində Torreon şəhərində həkimlərin nəzarətində olan xəstənin vəziyyəti ağır qiymətləndirilir.

  • В центрах содержания нелегальных мигрантов выявлены ряд нарушений

    В Центрах содержания нелегальных мигрантов в Баку и временного размещения в Евлахе выявлены нарушения.

    Об этом сообщает Median.Az со ссылкой на Аппарат омбудсмена.

    Нарушения были выявлены в результате проверок, проведенных членами Национальной превентивной группы в рамках Факультативного протокола к Конвенции ООН против пыток и Конституционного закона об омбудсмене. Основная цель посещения этих объектов – оценка условий содержания, обращения с иностранцами и устранения ранее выявленных недостатков.

    В бакинском центре зафиксированы жалобы на условия содержания, недостатки в медицинском обслуживании и нехватка медикаментов. Несмотря на наличие штатной должности психолога, соответствующие услуги в учреждении не предоставлялись.

    “В центре в Евлахе некоторые ранее выявленные недостатки устранены, однако остается проблема отсутствия медицинского персонала и нехватки учебных материалов в кабинете психолога”, – отмечается в сообщении.

    По итогам визитов с руководством учреждений проведены разъяснительные беседы и даны рекомендации по улучшению условий содержания.

    Материалы проверок направлены в Государственную миграционную службу Азербайджана.

  • Dövlət Miqrasiya Xidmətinin iki qurumunda nöqsanlar aşkarlandı

    Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax Rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə başçəkmələr həyata keçiriblər.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərin vəziyyətinin öyrənilməsi olub.

    Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələri tərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb. MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmiş şəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləri ilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmət və dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu da bildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi də müəyyən olunub.

    Yevlax Rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkmə zamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkmə zamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq, mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətli psixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruri əyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğu müəyyən edilib.

    Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

    Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.