Month: April 2025

  • Ərinin qətlini sifariş verən qadının məhkəmə işinə yenidən baxılacaq

    Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidovanın işinə yenidən baxılacaq.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb cinayət işini araşdıran əvvəlki hakimin bir müddət əvvəl vəfat etməsidir.

    İşi bu dəfə Roman Ələkbərlinin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. Artıq yeni tərkibdə tanışlıq iclası keçirilib. Gələn həftədən təkrar məhkəmə istintaqı başlayacaq.

    Məlumat üçün deyək ki, bu iş əvvəl hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb. Hakimin futbol matçında qəfil vəfatı vəziyyəti dəyişib.

    Qanuna görə, hakimlər dəyişərkən məhkəmə yenidən başlamalıdır.

    Qeyd edək ki, Əzizə ilə bir yerdə üç nəfər – tanışı Mehdi Məmmədov və onun dostları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev mühakimə edilirlər. Onlar Əzizənin qətl sifarişini yerinə yetirməkdə ittiham edilirlər.

    İstintaq materiallarında deyilir ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə siçan əleyhinə dərman qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyib. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

  • Yasamalda 32 yaşlı kişi özünü binadan atdı

    Bakıda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yasamal rayonu Kənar Dairəvi yol yaxınlığındakı binalardan birində baş verib.

    Şəmkir rayon sakini 32 yaşlı Sərdar Sərdar oğlu Əmiraslanlı doqquzmərtəbəli binanın dəhlizinin pəncərəsindən özünü atıb. Nəticədə o, hadisə yerində keçinib.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Телеканал Euronews рассказал о минной проблеме в Азербайджане – ВИДЕО

    Европейский информационный канал Euronews подготовил репортаж, посвященный минной проблеме в Европе, в материале большое внимание уделено Азербайджану.

    Репортаж приурочен Международному дню информирования о минной опасности.

    В нем подчеркивается, что в Европе также имеется минная проблема из-за конфликтов в Азербайджане, Боснии и Герцеговине, Украине.

    В репортаже приводятся слова Гасанали Алиева, пострадавшего в результате подрыва на мине, а также представителей Агентства Азербайджана по разминированию (ANAMA).

    “Мне было 23 года, когда я наступил на мину”, – сказал Гасанали Алиев. В результате инцидента ему пришлось ампутировать ногу.

    По данным ООН, в среднем в мире каждый час один человек погибает или получает ранения от мин, среди жертв часто оказываются дети и молодые люди.

    Телеканал указывает, что правительство Азербайджана реализует активную программу по борьбе с минами, а также повышает осведомленность населения об этой проблеме.

    “Быстрое обезвреживание мин, а также реконструкция и восстановление освобожденных территорий – вопрос, решение которого, требует длительного времени”, – приводит Euronews слова руководителя отдела методологии и обучения ANAMA.

    В репортаже отмечается, что для гражданских лиц необходимо продолжать повышать осведомленность об опасности мин, особенно для тех, кто проживает в регионах, пострадавших от войны, таких как Гасанали Алиев.

    По оценкам экспертов, отмечает Euronews, в 64 странах мира может быть установлено до 10 млн мин, и каждый год закладываются еще от 2 до 5 млн новых устройств.

  • Azərbaycandakı mina təhlükəsi “Euronews”un videoreportajında (VİDEO)

    “Euronews” telekanalı Avropada mina probleminə həsr olunmuş videoreportaj hazırlayıb.

    Material 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar hazırlanıb.

    Videoreportajda Azərbaycandakı mina problemi və partlayıcı qurğuların zərərsizləşdirilməsinə geniş yer verilib.

    Məlumatda qeyd olunur ki, Azərbaycan hökuməti minalara qarşı mübarizə üzrə aktiv proqramlar həyata keçirir, əhalinin bu problem barədə məlumatlılığını artırır.

    Xatırladaq ki, 2005-ci il dekabrın 8-də BMT Baş Assambleyası 4 aprel tarixinin Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü elan edilməsi haqqında qətnamə qəbul edib.

  • СМИ: Зеленский распорядился проверить украинских чиновников на полиграфе

    Президент Украины Владимир Зеленский распорядился установить, кто из правительственных чиновников допустил утечку деталей сделки по недрам.

    Об этом сообщает Financial Times (FT).

    К этому привела публикация деталей соглашения одним из депутатов Верховной Рады. Зеленский назвал утечку странной.

    Теперь украинский лидер распорядился установить виновника утечки с помощью полиграфа, утверждает FT. Опрошенные изданием украинские чиновники сообщили, что сотрудников нескольких министерств уже проверили на детекторе лжи.

  • Zelenski ictimaiyyətə sızan məxfi danışıqların detalları ilə bağlı göstəriş verib

    Prezident Volodimir Zelenski ölkəsinin Təhlükəsizlik Xidmətinə ABŞ-nin Ukraynanın təbii sərvətlərinin istismarına dair son təklifinin mətbuata sızmasını araşdırmağı tapşırıb.

    Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

    Qalmaqala səbəb Ali Radanın deputatlarından birinin sazişin detallarını dərc etməsi səbəb olub. V.Zelenski isə informasiyanın ictimaiyyətə sızmasını gözlənilməz hadisə kimi qiymətləndirib.

    Artıq Ukraynada bir neçə nazirliyin əməkdaşı yalan detektoru vasitəsilə sorğu-sual edilib.

    Ukrayna prezidentinin ofisi hələlik sözügedən məsələni şərh verməkdən imtina edib. Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında isə bildirib ki, qurum iş fəaliyyətinin təfərrüatını açıqlamır.

  • MN-də milyonluq mənimsəmə – Şahidlər məhkəməyə məcburi gətiriləcəklər

    Bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilən, Müdafiə Nazirliyinin tabeliyindəki “N” saylı hərbi hissəsinin sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Soltan Soltanlı ifadə verib.

    O bildirib ki, təqsirləndirilən şəxs onun bacanağıdır: “Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir. Mən də hərbi qulluqçuyam, istəmirəm ki, kartıma pul gəlsin. Buna görə də mən bank rekvizitlərimi ona göndərdim. Pulu nağdlaşdırdım və Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”.

    Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, onun kartına Vahid Novruzlu üçün pul göndərilib: “Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulun miqdarı təxminən 2-3 min manat arası olardı”.

    Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, kartına göndərilən pul 3 155 manat olub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib.

    Daha sonra ifadə verən şahid Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu bacısının həyat yoldaşıdır: “Mənim kartıma 3 917 manat pul gəlib. Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulu kimin göndərdiyini əvvəlcədən bilməmişəm. Dedi ki, kartına pul gələcək, çıxarıb mənə verərsən. Mən pulu verəndə soruşdum ki, bu, nə puldur? Dedi ki, qardaşım xaricdən göndərib”.

    Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu onu hərbi hissədə qazanxanada işə düzəldib. Onun sözlərinə görə, əməkhaqqı müqaviləsi ilə işləyib, 400 manata yaxın əməkhaqqı alıb.

    Sualları cavablandıran şahid deyib ki, onun Vahid Novruzlunun 340 min manat mənimsəmə işindən xəbəri olmayıb, bu barədə istintaqa çağırılan zaman xəbər tutub.

    Digər şahid Füzuli Ələkbərov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləyib: “Vahid Novruzlunu tanışım Elşən Salamovun vasitəsilə tanmışam. Mənim kartına 3 min manat pul gəldi. Mən də həmin pulu çıxararaq Elşənə vermişəm. Münasibətimiz yarandığı üçün mənim kartıma dəfələrlə pul gəlib, mən də həmin pulu çıxararaq Elşənin kartına atmışam. Elşəndən həmin pulun nə pul olduğunu soruşmamışam”.

    Daha sonra hakim bir neçə şahidin adını çəkib və onların məhkəməyə gəlmək istəmədiklərini deyiblər. Hakim tərəflərdən həmin şahidlərin barəsində hansı tədbirin görülməsini soruşub.

    Təqsirləndirilən şəxsin vəkili onların gəlməsini istəməyib. Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub. Bildirib ki, həmin şahidlərin istintaq verdikləri ifadələrin oxuyub, onların dedikləri ilə razılaşıb.

    Yerində müşavirə keçirən hakimlər həmin şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul ediblər. Hakim Fikrət Əliyev bildirib ki, qərar icra olunması üçün şahidlərin yaşayış yeri üzrə Ağcabədi Rayon Polis şöbəsinə göndəriləcək.

    Növbəti proses aprelin 11-də davam edəcək.

    Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

    İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

    Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti – Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

    Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

    Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.
    //oxu.az

  • Обвиняемый в контрабанде золота на 461 000 манатов таможенник предстанет перед судом

    Завершено предварительное следствие по уголовному делу в отношении таможенника Афсара Мирзалиева, который пытался провезти в Азербайджан контрабандным путем 41 золотой слиток.

    Как сообщает Qafqazinfo, прокуратура направила собранные доказательства и улики в суд для рассмотрения.

    Дело обвиняемого капитана таможенной службы будет рассматриваться в Бакинском суде по тяжким преступлениям. Если предъявленные А.Мирзалиеву обвинения подтвердятся, ему грозит до 8 лет лишения свободы.

    Первое заседание состоится на следующей неделе.

    Отметим, Афсар Мирзалиев работал старшим инспектором отдела таргетинга и координации Управления оперативных расследований Главного таможенного управления воздушного транспорта Государственного таможенного комитета.

    Согласно информации Генпрокуратуры, у следствия возникли обоснованные подозрения в том, что А.Мирзалиев и гражданин Сафар Сафаров, действуя по предварительному сговору, 27 декабря 2024 года провезли контрабандой 41 золотой слиток общей стоимостью 461 000 манатов на территорию страны рейсом Стамбул – Баку через Международный аэропорт Гейдар Алиев.

    В ходе оперативных мероприятий были изъяты золотые слитки и другие вещественные доказательства. С.Сафарову предъявлено обвинение по статье 206.3.2 (контрабанда группой лиц по предварительному сговору), А.Мирзалиеву – по статьям 206.3.2 и 206.3.3 (контрабанда с использованием служебного положения) Уголовного кодекса Азербайджана. Суд избрал в их отношении меру пресечения в виде ареста.

    Отметим, что А.Мирзалиев является племянником известного полковника Абдуллы Мирзалиева.

  • Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

    Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorluq tərəfindən toplanmış dəlil və sübutlar baxılması üçün məhkəməyə göndərilib.

    Təqsirləndirilən gömrük kapitanı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediləcək. Ona qarşı verilmiş ittihamlar təsdiqini taparsa, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

    İlk iclas gələn həftə keçiriləcək.

    Qeyd edək ki, Ə.Mirzəliyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru işləyib.

    Onun öz qulluq mövqeyindən istifadə edərək vətəndaş Səfər Həsən oğlu Səfərovla qabaqcadan əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3 145 qram) qızıl külçənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

    Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

  • В Гобустанском районе 3-летний ребенок отравился химраствором

    В селе Текле Гобустанского района зафиксирован случай отравления.

    Как сообщает Oxu.Az, 3-летний У.Халилов, оставшись без присмотра взрослых в своем доме, выпил опасный химический раствор.

    Ребенок госпитализирован.