Month: April 2025

  • В Азербайджане изменен порядок расчета алиментов – ВИДЕО

    Верховный суд Азербайджана утвердил новые правила, согласно которым алименты теперь устанавливаются в виде фиксированной денежной суммы, что является преимуществом для получателей.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, член Коллегии адвокатов Халид Абдуллаев заявил, что новая система исключает необходимость ежегодной подачи исков об увеличении алиментов.

    Юрист пояснил, что нововведения распространяются на плательщиков алиментов, не имеющих стабильного дохода.

    Напомним, что, согласно законодательству, в 2025 году минимальная заработная плата в Азербайджане составит не менее 400 манатов, а минимальный размер алиментов – 246 манатов.

    Подробнее – в видео:

  • Alimentin ödənilməsində DƏYİŞİKLİK – VİDEO

    “Alimentin artırılması ilə bağlı hər il yeni iddialar qaldırma dövrü artıq geridə qalır. Ali Məhkəmənin sabit pul məbləğində müəyyən olunan aliment məbləği ilə bağlı qaydaları aliment alan şəxslərin xeyrinədir”.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Xalid Abdullayev deyib.

    O bildirib ki, bu qaydalar sabit gəliri olmayan aliment ödəyicilərinə şamil olunur.

    Qeyd edək ki, qanunvericiliyə əsasən, 2025-ci ildə minimum əməkhaqqı 400 manat, alimentin minimum məbləği isə 246 manatdan az olmamalıdır.

    Ətraflı süjetdə:

  • “Şlyapa Zahid”i bankdan milyonlar götürməyə kim məcbur edib?

    Müdafiə Nazirliyinin sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin 42 milyonluq mənimsəmə ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə “R.S” tikinti şirkətinin şöbə müdiri Yalçın Ələkbərov ifadə verib.

    “Müqavilə əsasında Müdafiə Nazirliyinin hərbi hissəsində yataqxana tikdik. Lakin bunun qarşılığında bizə 440 min manat pul ödənildi. Pulumuzun qalan hissəsini güclə aldıq. Bununla bağlı baş nazirin müavininin qəbulunda olduq. Sonra məhkəməyə müraciət etdik və qalib gəldik. Bizə iki milyon dollar ödənildi. Mən təqsirləndirilən şəxsi tanımıram, onu internetdə görmüşəm. Şirkət rəhbəri H.L. isə İngiltərədə yaşayır. Bu ay Azərbaycana gəlməsi gözlənilir”.

    Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadəsi arasında ziddiyət olduğundan məhkəmədə ilk ifadəsi elan olunub.

    İfadədə bildirib ki, müqavilənin dəyəri yeddi milyon dollar dəyərində olub və onlar hərbi hissədə yataqxana tikiblər.

    Daha sonra Zahid Niftəliyevin vəkili məhkəməyə vəsatət təqdim edərək müvəkkilinin “AtaBank”ın inzibati binasına kiminsə göstərişi ilə getdiyini qeyd edib.

    “Onu ora kim göndərib? Mahir Rəfiyev? Həmin ərəfədə 682 min və 625 min manat faiz borcu ödənilib. Mən 2015-ci il 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı il 25 fevral, 7 mart, 15 iyun, 24 iyun, 30 iyul, 22-27-29 dekabr tarixlərində telefon danışıqlarının əhatə dairəsinin müəyyən edilməsi üçün “Azercell” MMC-yə sorğu verilməsini xahiş edirəm”.

    Vəsatətə mayın 7-də növbəti prosesdə baxılacaq.

    Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

    İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

    Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

    İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb. Şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
    //oxu.az

  • Teleaparıcıya cinayət işi açıldı – Həbs oluna bilər

    Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızına cinayət işi açılıb.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb.

    Sevinc Heydərovanın şikayətində göstərilir ki, Fərqanə Gülağa qızı Quliyeva onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub.

    Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” proqramında işıqlandırılıb. Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş.

    Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir: “Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq.”

    Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

  • Операция против коррупции в госучреждении: раскрыты имена задержанных должностных лиц

    Раскрыты незаконные действия должностных лиц Агентства аграрных услуг при Министерстве сельского хозяйства.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры.

    По результатам оперативно-разыскных мероприятий, проведенных на основании поступившей информации о получении взяток от отдельных лиц заместителем начальника отдела Государственного технического надзора Агентства аграрных услуг при Министерстве сельского хозяйства Азербайджанской Республики Рашадом Ёлчиевым и начальником сектора организации технического надзора Государственного центра аграрного развития №1 той же структуры Арифом Гасановым при исполнении ими служебных обязанностей, в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре возбуждено уголовное дело.

    В ходе оперативно-следственных мероприятий установлены обоснованные подозрения в том, что Рашад Ёлчиев и Ариф Гасанов, действуя по предварительному сговору, в 2022-2025 годах получали в качестве взяток денежные средства в различных суммах от многочисленных лиц, обратившихся к ним для государственной регистрации сельскохозяйственных и других транспортных средств, ввезенных на территорию страны, выдачи государственных регистрационных номеров, проведения технического осмотра, предоставления соответствующих свидетельств и др.

    В ходе обысков, проведенных в служебных помещениях должностных лиц в рамках оперативно-разыскных мероприятий, были обнаружены и изъяты доказательства, имеющие значение для дела.

    На основании собранных по делу первичных доказательств Рашаду Ёлчиеву и Арифу Гасанову предъявлено обвинение по статьям 311.3.1, 311.3.2 и 311.3.3 (неоднократное получение взятки группой лиц по предварительному сговору в крупном размере) Уголовного кодекса АР, в их отношении по ходатайству следственного органа и представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Бинагадинского районного суда избраны меры пресечения в виде домашнего ареста (основная) и отстранения от должности (дополнительная).

    В настоящее время предварительное расследование уголовного дела продолжается.

    * * * * *

    В Агентстве аграрных услуг при Министерстве сельского хозяйства Азербайджана проведена спецоперация.

    Как сообщает Report, в ходе оперативных мероприятий, проведенных Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре, были задержаны несколько должностных лиц.

  • Dövlət agentliyində KORRUPSİYA ƏMƏLİYYATI – Saxlanılan vəzifəli şəxslərin ADLARI açıqlandı

    Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    * * * * *

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatda bir neçə vəzifəli şəxsin saxlandığı deyilir.

  • Qadını və uşağı maşınla vuran bloqer Hacı Hacıyev barədə qərar verildi

    “BMW” markalı avtomobillə “drift” edərkən idarəetməni itirib bir qadın və bir uşağın xəsarət almasına səbəb olan dağıstanlı bloqer Hacı Hacıyev ev dustaqlığına buraxılıb.
     
    Median Az
    xəbər verir ki, “İzvestiya” bu barədə Hacıyevin vəkilinə istinadən məlumat yayıb.
     
    Moskva Vilayət Məhkəməsi Hacıyevin Dağıstanda yaşadığı yerdə ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Müdafiə tərəfi bloqqerin Moskva vilayətində ev dustaqlığında olması üçün ünvanın dəyişdirilməsi barədə vəsatət qaldıracaq.
     
    Xatırladaq ki, avtobloqer Moskva vilayətinin Odintsovo şəhərində qəza törədib. Qəza ötən ilin noyabr ayında driftçilərin görüşündə baş verib.
     
    Hacıyev maşınla vurduğu qadının ayağının sınmasını şərh edərkən bunu “xırda zədə” adlandırmışdı. (Publika.az)

  • May ayında neçə gün qeyri-iş günü olacaq?

    2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.
     
    Median.Az News24.az-a istinadən xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür.
     
    Hər iki gün həftəiçi günlərinə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi halı nəzərdə tutulmayıb.
     
    Şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, ümumilikdə may ayında 11 gün iş olmayacaq.

  • 11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?

    Səkkiz ailə Xətai rayonu, Kazımağa Kərimov küçəsindən 2014-cü ildə müqavilə əsasında mənzil alır. Ancaq bina sakinlər köçürülmədən 2025-ci ilin fevral ayında sökülür. Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olduğu deyilir.

    “Sahibkar Saday Əhmədovun qızı mənə zəng edib dedi ki, gəl, pulunu götür, çıxarışı ləğv edək. Dedim ki, 2014-cü ilin pulu ilə hazırkı eyni deyil, düz gəlmir, razı deyiləm. “Evi sökdürəcəyəm” dedi, sökdürdü də”, – şikayətçi deyib.

    Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qeyd edilən ünvanda tamamlama işləri səviyyəsində olan 2 girişli, 3 mərtəbəli binanın texniki vəziyyətinin qiymətləndirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanının müraciəti əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu tərəfindən 2025-ci ilin yanvar ayında həyata keçirilib və müraciət edən quruma binanın qəzalı olması barədə müvafiq rəy verilib.

    Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, söküntüdən sonra həmin ərazidə yeni bina tikiləcək və vətəndaşlar mənzillərlə təmin ediləcəklər.

    Ətraflı Baku TV-nin süjetində:

  • Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb

    Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb.

    Median.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.