Month: April 2025

  • СМИ: США готовятся в ближайшие недели нанести удары по ядерным объектам Ирана

    США собираются уже в ближайшие недели нанести удары по ядерным объектам на территории Ирана.
    Как передает report, об этом сообщает газета The Daily Mail, ссылаясь на израильских политиков и военных, предоставивших информацию на условиях анонимности.

    “Это уже давно следовало сделать. Пора поставить точку”, – заявил изданию высокопоставленный источник в правительстве Израиля.

    “Это не безумные требования. Это крайне важно для стабильности в Израиле и во всем мире”, – добавил он, комментируя слова президента США Дональда Трампа, потребовавшего от властей Ирана возобновить переговоры по ядерной программе республики.

    Как отмечает издание, подтверждением подготовки США к нападению на Иран может быть переброска стратегических бомбардировщиков B2 Spirit на американо-британскую военную базу на острове Диего-Гарсия в Индийском океане. В настоящий момент там находятся семь таких самолетов, а также самолеты-заправщики.

  • KİV: ABŞ yaxın həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

    ABŞ yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır.

    Report xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri anonimlik şərti ilə məlumat verən israilli siyasətçilərə və hərbçilərə istinadən yazıb.

    İsrail hökumətindəki yüksək rütbəli mənbə nəşrə bildirib ki, bunu çoxdan etmək lazım idi.

    Bunlar çılğın tələblər deyil. Bu, İsraildə və bütün dünyada sabitlik üçün son dərəcə vacibdir. Artıq buna son qoymağın vaxtıdır”, – deyə o, İran hökumətindən nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi tələb edən ABŞ Prezidenti Donald Trampın sözlərini şərh edərkən söyləyib.

    Nəşr qeyd edir ki, ABŞ-nin İrana hücuma hazırlığının təsdiqi “B2 Spirit” strateji bombardmançılarının Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika-Britaniya hərbi bazasına köçürülməsi ola bilər. Hazırda orada 7 belə təyyarə, eləcə də yanacaqdolduran təyyarələr var.

  • Qurbanov məğlubiyyəti belə şərh etdi: “Biz də insanıq…”

    “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Qalib gəlməkdən ötrü çox vuruşdular, hər şeyi etdilər. İstəkləri həddindən artıq çox idi. Düzdür, hələ cavab oyunu var. Amma istənilən halda üzərimizə düşən vəzifə odur ki, qalibiyyətə görə rəqibi təbrik edək”.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

    53 yaşlı mütəxəssis görüşün elə də keyfiyyətli alınmadığını bildirib: “Çox danışılası bir şey yoxdur. Düzü, çox da keyfiyyətli oyun olmadı. Kubok qarşılaşmaları çempionat oyunlarından həmişə fərqlənib, seçilib. Cavab görüşünə hazırlıq üçün hələ xeyli vaxtımız olacaq”.

    Qurbanov oyun zamanı penaltiyə aqressiv reaksiyasının uduzmağı bacarmamasından irəli gəldiyinə dair fikirlərlə razılaşmayıb: “Niyə ki?! Dəfələrlə məğlub olmuşam və özümü çox normal aparmışam. Bu oyundakı aqressiyaya gəldikdə, biz də insanıq. Bəzən aqressiya da olur. Ömür boyu sakit dura bilmərik. O epizod normal idi. Yeri gəlsə, sizin üçün də maraqlı oldu.
    Sadəcə, elə epizodlar olur ki… Ola bilsin, həmin epizod penalti idi, bir söz demirəm, ola bilər nədəsə yanılım. Amma bizə hər şeyi ümumi anlatanda deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən də istərdim ki, oyun daha dinamik, daha sürətli getsin, daha mübarizlik olsun. Amma hakim gah oyunu saxlayır, gah da… Pauza həddindən artıq çox oldu, baş hakim Elçin Məsiyev də ola bilsin, oyun ritmini itirdi”.

    “Qarabağ”ın baş məşqçisi yerli komandalara uduzmağı qəbul etməməsinin də əleyhinə çıxıb: “Əksinə, çox istəyirəm ki, hər bir komanda “Qarabağ”a qalib gəlsin və o klubun rəhbərliyində futbola sevgi daha çox olsun, marağı daha da artsın”.
    Qeyd edək ki, cavab görüşü aprelin 23-də keçiriləcək.

  • Pakistan Prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb

    Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.
     
    Bu barədə Pakistan mətbuatı məlumat yayıb.

    Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

    Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

    Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

    Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.
    //Report

  • Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzindəki konsertdə iştirak ediblər

    Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər.

    Konsertdən sonra furşet təşkil olunub.

  • Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

    Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.

    Səfər çərçivəsində aprelin 2-də YAP-ın nümayəndələri və ÇKP-nin nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

  • Yaponiya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib

    Yaponiya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri 44,2 min nəfərin yaşadığı Niçinan şəhərindən (Küsü adası) 54 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 14 km dərinlikdə yerləşib.

    İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

    ///report

  • Sumqayıtda küçədə kişi meyiti tapılıb

    Sumqayıtda küçədə kişi meyiti tapılıb.

    Median.Az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

    1950-ci il təvəllüdlü İsfəndiyar Qurban oğlu Mehdiyevin meyiti küçədə aşkarlanıb.

    Meyit aidiyyatı üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    “Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), “Mərdəkan Bağları”, “Stansiya-Qala” və “Mərdəkan yeni yaşayış” massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda vurğulanıb.

  • ABŞ və Suriya liderləri görüşəcəklər

    ABŞ Prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əş-Şaraa ilə görüşəcək.

    Bu barədə Median.Az “i24NEWS”a istinadla xəbər verir.

    Bildirilir ki, iki liderin danışıqlarını Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman təşkil edib.

    Qeyd edək ki, D.Trampın Səudiyyə Ərəbistanına səfəri onun ikinci prezidentlik müddətinin başlamasından sonra ilk xarici səfəri olacaq.