Month: April 2025

  • Hotelə qızıl külçələr apararkən saxlanılan polkovniklə bağlı YENİ QƏRAR – Hadisənin GÖRÜNTÜLƏRİ (VİDEO)

    İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

    Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq-mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.

    Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.

    Qeyd edək ki, Qəhrəman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.

    Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.

  • Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının tarixi açıqlanıb

    Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti görüşü aprelin 11-də keçiriləcək.

    Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilib ki, görüş NATO-nun baş qərargahında baş tutacaq.

    Böyük Britaniya və Almaniya NATO-nun baş qərargahında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunu toplayacaq.

  • Vatican News начал распространять новости на азербайджанском языке

    С сегодняшнего дня портал Святого престола Vatican News начал распространять новости и на азербайджанском языке.

    Этот шаг предпринят с целью содействия межрелигиозному диалогу.

    Таким образом, число языков, на которых данный сайт распространяет новости, увеличилось до 56-ти.

  • Vatikanın rəsmi saytı Azərbaycan dilində xəbərlərin yayımına başladı

    Müqəddəs Taxtın rəsmi portalı “Vatican News” bu gündən etibarən Azərbaycan dilində xəbərlərin yayımına başlayıb.

    Portalda müvafiq bölmə yaradılıb.

    Bu addımın dinlərarası dialoqu dəstəkləmək məqsədi daşıdığı bildirilir.

    Beləliklə də, portalın yayım dillərinin sayı 56-ya çatıb.

  • Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə 2 döl və 1 körpənin ölüm faktı araşdırılır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prokurorluqda araşdırma başlayıb.

    Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sabirabadda son 10 gün ərzində 2 döl, 1 körpə tələf olması barədə məlumat yayıb.

    Məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 23 mart saat 01:20-də 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.

    1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə isə 24 mart saat 01:50-də uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

    Eyni zamanda, mərkəzə 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.

    Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

  • Aİ nümayəndələri Ağdamda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar

    Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə baş katibinin müavini Saymon Mordu, Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, bölmə rəhbəri Dorota Dlouchy, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko və digər qonaqlar Ağdam rayonunda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropalı qonaqlar əvvəlcə Sarıcalı kəndinə gəliblər.

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Sarıcalı kəndində aparılan tikinti işləri haqqında məlumat verib. Bildirilib ki, Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. Birinci mərhələ üzrə kənddə 203 fərdi ev, həmçinin təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr inşa edilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Kəndə keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib.

    Nümayəndə heyəti sonra Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olub. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov bildirib ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə bölgədə əhalinin məşğulluğunun təmin olunmasıdır.

    Ağdam Sənaye Parkında indiyədək 28 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə olunub. Sənaye parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib.

    Avropalı qonaqlar sonra Ağdam şəhərində aparılan bərpa və yenidənqurma işləri haqqında məlumatlandırılıb, Ağdam Cümə məscidində olublar.

  • Расположенное в Новой Каледонии Королевство Гурешаба подало заявку на присоединение к БИГ

    Король Королевства Гурешаба (остров Ненгон, Канаки, Новая Каледония) Доку Хмаиаи Хипполит Синевами Хтамуму подал заявку на вступление в Бакинскую инициативную группу (БИГ).

    Как сообщает Median.Az со ссылкой на АПА, в своем обращении он заявил, что с момента оккупации его страны Францией в 1853 году и по настоящее время в рамках борьбы своего народа против французской колониальной системы вместе с другими великими канакскими вождями 24 сентября 2024 года обязался поднять на международный уровень одностороннюю декларацию об объявлении суверенитета королевств.

    “Именно по этой причине прошу вас принять Королевство Гурешаба как члена Бакинской инициативной группы. Господин Президент, выражаю Вам свою признательность за поддержку и солидарность, оказываемую борьбе моего народа, и прошу принять мое высочайшее уважение и почтение”, – говорится в обращении.

  • Yeni Kaledoniyada yerləşən Qureşaba Krallığı Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib

    Kanakinin (Yeni Kaledoniya) Nenqon adasında yerləşən Qureşaba Krallığının kralı Doku Hmaiai Hippolit Sinevami Htamumu Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, kral müraciətində bildirib ki, 1853-cü ildə ölkəsinin Fransa tərəfindən işğal edilməsindən bu günə qədər xalqının Fransa müstəmləkə sisteminə qarşı mübarizəsi çərçivəsində Böyük Kanak Başçısı olaraq, digər böyük kanak başçıları ilə birlikdə 24 sentyabr 2024-cü ildə krallıqların suverenliyinin elan edilməsi haqqında birtərəfli bəyannaməni beynəlxalq səviyyəyə qaldırmaq öhdəliyini üzərinə götürüb.

    “Məhz bu səbəbdən Qureşaba Krallığının Bakı Təşəbbüs Qrupuna üzv qəbul olunmasını böyük səmimiyyətlə sizdən xahiş edirəm.

    Cənab Prezident, xalqımın mübarizəsinə göstərdiyiniz dəstək və həmrəyliyinizə görə sizə minnətdarlığımı bildirir, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm”, – deyə müraciətdə vurğulanır.

  • Bayramla bağlı Göyçaya getmişdi, dağda meyiti tapıldı

    Göyçayda itkin düşmüş şəxsin meyiti tapılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, martın 30-u itkin düşən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fuad Kərimovun meyiti dağlıq sahədə tapılıb.

    Qeyd edilib ki, o, bayramla əlaqədar ata yurdu Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F. Kərimovdan xəbər almaq mümkün olmayıb. Bu gün isə onun üzərində xəsarətlər olan meyiti dağlıq ərazidən tapılıb.

    52 yaşlı kişinin öz-özünə xəsarət yetirdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İçərişəhərlə tanış olub

    Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

    Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16.5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

    Gəzinti zamanı Almaniya prezidenti və xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

    Sonra ali qonağa Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsinə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında məlumat verilib.

    Almaniya prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb.

    İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.