Month: April 2025

  • В Джалилабаде задержан водитель, управлявший автомобилем под воздействием наркотиков

    В Джалилабадском районе задержали водителя, управлявшего автомобилем под воздействием наркотиков.

    Сотрудники дорожной полиции районного отдела полиции остановили из-за нарушения ПДД “Фольксваген”, за рулем которого находился С. Асланлы.

    Поскольку действия мужчины вызвали у правоохранителей подозрения, он был привлечен к медосвидетельствованию. По итогам обследования было установлено, что С.Асланлы находится в состоянии наркотического и алкогольного опьянения.

    В его отношении был составлен протокол и направлен для рассмотрения в суд.

  • Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

    Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Volkswagen” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü S.Aslanlıya “saxla” işarəsi verilib.

    Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə və spirtli içki qəbul etdiyi müəyyən olunub.

    S.Aslanlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Hesablama Palatası: Gənclər və İdman Nazirliyindəki nöqsanların aradan qaldırılması gecikir

    Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 3-nün aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

    Bu barədə Palatadan bildirilib.

    Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

    – Qərarın aidiyyəti bəndlərində göstərilənlərə əsasən müvafiq illər üzrə əməliyyatların məzmununa və xarakterinə uyğun olaraq kassa və faktiki xərclər, eləcə də uçotdan yayındırılmış aktivlərin baş vermə səbəbinə uyğun olaraq müvafiq hesablar üzrə mühasibat yazılışı verilməklə maliyyə hesabatlarında əks etdirilməsi;

    – 2022-ci il üzrə 35 967 manat, 2023-cü il üzrə 30 668 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin hərəkətinə dair mühasibat uçotunda müvafiq müxabirləşmə verilərək hesabat dövrünün sonuna qalığın müəyyən edilməsi və 2023-cü il hesabat dövrü üçün tərtib ediləcək maliyyə hesabatlarında 888 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin qalığının əks etdirilməsi;

    – baş vermiş əməliyyatlara uyğun olaraq uçotda mühasibat yazılışları verilməklə Goranboy, Yardımlı və Tərtər olimpiya idman komplekslərinin Nazirliyin balansından çıxarılması və 2023-cü il üçün tərtib edilən maliyyə hesabatlarında əks etdirilməsi.

  • ВСУ опровергли заявление Генштаба РФ по Курской области

    Информация Кремля об освобождении Курской области РФ не соответствуют действительности, Вооруженные силу Украины (ВСУ) продолжают операцию на Курщине.

    Об этом сообщают ВСУ.

    “Оборонительная операция Сил обороны Украины в определенных районах Курской области РФ продолжается. Оперативная обстановка сложная, но наши подразделения продолжают удерживать определенные позиции и выполняют задачи по назначению”, – говорится в сообщении.

    В Генштабе отметили, что заявления российского руководства о “разгроме” украинской группировки войск в Курской области являются ничем иным, как “стремлением выдать желаемое за действительное”.

    “Активные действия наших войск в определенных районах Белгородской области РФ также продолжаются”, – добавили военные.

    Ранее начальник Генштаба ВС РФ Валерий Герасимов, докладывая российскому президенту Владимиру Путину, сообщил, что село Горналь Курской области освобождено от украинских формирований: “Сегодня освобожден от украинских подразделений последний населенный пункт на территории Курской области – село Горналь”.

  • Ukrayna Rusiyanın Kursk vilayəti ilə bağlı bəyanatını təkzib edib

    Kremlin Rusiya Federasiyasının Kursk vilayətini azad etməsi ilə bağlı məlumatı reallığa uyğun gəlmir. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyatı davam etdirir.

    Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

    “Rusiya Federasiyasının Kursk vilayətinin müəyyən ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin müdafiə əməliyyatı davam edir. Əməliyyat vəziyyəti ağırdır, lakin bölmələrimiz müəyyən mövqeləri tutmaqda və verilən tapşırıqları yerinə yetirməkdə davam edir”, – məlumatda bildirilib.

  • Азербайджан может начать экспорт осетровых с 2026 года

    В Азербайджане в сфере рыбного хозяйства в ближайшее время могут начать деятельность новые предприятия.

    Об этом Report заявил председатель правления Ассоциации производителей и переработчиков рыбы Азербайджана Заур Салманлы.

    По его словам, несмотря на ограниченный объем добычи, выращивания и экспорта рыбы, в Азербайджане существует значительный потенциал в этом направлении, для реализации которого ведется активная работа. В частности, обсуждаются субсидии для поддержки производителей и расширения инфраструктурных возможностей.

    “В настоящее время в рыбной отрасли работает несколько компаний. Однако ожидается, что благодаря поддержке на рынок выйдут новые производители. Один из крупных проектов предполагает начало экспорта осетровых с 2026 года”, – сказал Салманлы.

    Он отметил, что наиболее активные регионы в рыбном хозяйстве — Мингячевир, Евлах, Нефтчала и Сальян.

    “Однако, снижение уровня воды в реке Куре и сложности с регистрацией хозяйств остаются в числе проблем отрасли. В будущем планируется передать регистрацию хозяйств от Министерства экологии Министерству сельского хозяйства, что должно упростить процесс и стимулировать развитие отрасли”, – считает глава ассоциации.

  • Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər

    Yaxın vaxtlarda Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib.

    Onun sözlərinə görə, hazırda balıq məhsullarının istehsalı və ixracı məhdud olsa da, bu sahədə böyük potensial mövcuddur və ondan istifadə olunması üçün iş aparılır.

    “Bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyində balıq istehsalçıları və emalçıları ilə görüş keçirildi, bir sıra məsələlər müzakirə olundu. Son vaxtlar balıqçılıqla bağlı təklif və təşəbbüslər irəli sürülüb, bunların da əsas məqsədi sektorun inkişafını sürətləndirmək, istehsal və ixrac imkanlarını genişləndirməkdir. Bu sahəyə yönəlik subsidiya mexanizmlərinin tətbiqinə dair müzakirələr gedir. Subsidiya proqramları həm istehsalçıların maliyyə yükünün azaldılması, həm də texniki və infrastruktur imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

    Hazırda ölkədə bir neçə şirkət balıqçılıqla məşğuldur. Lakin dəstək mexanizmlərinin hesabına yeni istehsalçıların bazara daxil olması proqnozlaşdırılır. Eyni sözü ixracla bağlı da demək olar. Hələ ki, bir şirkət nərəkimilərin yetişdirilməsinə və ixracına böyük investisiyalar qoyur. Bu layihənin əsas hədəfi 2026-cı ildən nərəkimilərin ixracına başlamaqdır. Bu təşəbbüs, həm daxili bazarın tələbatının ödənilməsi, həm də beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə sədr qeyd edib.

    Z.Salmanlının sözlərinə görə, ölkənin Mingəçevir şəhəri və Yevlax rayonu balıqçılıq baxımından daha aktiv bölgələr hesab olunur: “Eyni zamanda, Neftçala və Salyan rayonlarında da balıqçılıq təsərrüfatları fəaliyyət göstərir. Bununla belə, Kür çayında suyun səviyyəsinin azalması və su ehtiyatlarının məhdudlaşması bu regionlarda balıqçılığın inkişafına maneə yaradır. Digər problem balıqçılıq təsərrüfatlarının dövlət qeydiyyatına alınmasında olan çətinliklərdir. Hazırda qeydiyyatla bağlı səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir, lakin yaxın gələcəkdə bu funksiyanın Kənd Təsərrüfatı Nazirliyinə verilməsi nəzərdə tutulur. Qeydiyyat proseduru sadələşdirilsə və sektor daha effektiv şəkildə tənzimlənsə, bu balıqçılığın inkişafl baxımından əhəmiyyətli ola bilər”.

    “Azərbaycanda balıqçılıq alternativ və davamlı iqtisadi inkişaf sahəsi kimi qiymətləndirilə bilər. Lakin bunun üçün həm infrastrukturun gücləndirilməsi, həm də ekoloji problemlərin – xüsusilə su ehtiyatlarının idarə olunmasının – effektiv həlli vacibdir. Dövlət dəstəyi, investisiyalar və elmi yanaşma balıqçılıq sektorunun gələcək inkişafında həlledici rol oynayacaq”,- deyə əlavə edib.

  • Hesablama Palatası: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb

    Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

    Bu barədə Palatadan bildirilib.

    Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə “Yerinə yetirilmiş işlərin qəbulu Aktı” ilə rəsmiləşdirilmiş 559 700 manat dəyərində işlər üzrə tərtib edilmiş smeta sənədlərinin (işlərin icrası zamanı iş həcmlərinə edilmiş dəyişikliklər) ekspertizadan keçirilməsi;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər obyekti üzrə smeta sənədlərində smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi və yığılmış qruntun qrupunun düzgün göstərilməməsi nəticəsində 663 359 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər layihəsi “B04” stansiyasının çıxışları obyekti üzrə “Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 59 713 manat, smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi hesabına 780 13 manat, betonun vahidinin qiymətinin düzgün tətbiq edilməməsi hesabına 117 513 manat, ümumilikdə 255 238 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “B03-B04” mənzil tunelləri və “B04” stansiyası (yolun üst quruluşu və təmas relsi) obyekti üzrə “Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 1 286 277 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “B03-B4” stansiyalararası mənzil tunellərində təxliyə keçidləri və “B04” stansiyasının tikintisinin davam etdirilməsi (memarlıq hissəsi) obyekti üzrə “Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 276 016 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisində yolun üst quruluşu və təmas relsinin quraşdırılması obyekti üzrə “Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 64 662 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun abadlaşdırma və digər işləri üzrə smeta və müqavilədə daşınma məsafəsinin çox göstərilməsi və işlərin vahidinin qiymətinin yüksək qiymətlə daxil edilməsi hesabına ümumilikdə 989 272 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun yükləmə-boşaltma meydançasının tikintisi obyektində layihədəki həcmlərdən artıq həcmin smetaya daxil edilməsi hesabına ümumilikdə 50 723 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

    – Auditlə əhatə olunan iki obyekt üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcm və dəyərinin müvafiq layihə-smeta sənədlərindən artıq (o cümlədən, fərqli) olmasının müəyyənləşdirildiyi nəzərə alınmaqla digər obyektlərin də bu predmet üzrə daxili nəzarət qaydasında əhatə olunması, layihə-smeta sənədlərindən kənar qaydada yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə əsaslanmaqla layihə-smeta sənədlərinə müvafiq düzəlişlərin edilməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsi və yekun qərarlardan asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi.

  • Azərbaycan gimnastı karyerasını başa vurub

    Azərbaycan gimnastı Arzu Cəlilova karyerasını başa vurub.

    Bu barədə Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

    Bədii gimnastika üzrə Avropa çempionatının bürünc, gənclər arasında dünya birinciliyinin gümüş və bürünc medalçısı Milli Gimnastika Arenasında idmançı kimi sonuncu dəfə çıxış edib.

    AGF-nin baş katibi Fatimə Şəfizadə sabiq milli üzvünü ölkəmizdə gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif edib.

  • Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edəcək

    Ədliyyə naziri Fərid Əhmədov 2 may 2025-ci il tarixində İmişli rayonunda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərini qəbul edəcək.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 may tarixinədək İmişli regional ədliyyə idarəsinə (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, əlaqə telefonu: +994 21 246-12-13) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər:

    “Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var. Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək”.