Month: April 2025

  • “Qəbələ” I Liqada çempionluğu rəsmiləşdirib

    “Qəbələ” Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib.

    Bu, XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.

    Bölgə təmsilçisi doğma meydanda “hərbçiləri” 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

    Yeganə qolu Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən vurub.

    Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.

  • Gəncədə 31 yaşlı qadını avtomobil vurub

    Gəncə şəhərində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü Rəna Zeynalovanı vurub.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

    ///APA

  • Стоимость биткоина превысила 95 000 долларов впервые с 24 февраля

    Стоимость биткоина в ходе торгов превысила 95 000 долларов впервые с 24 февраля 2025 года.

    Об этом свидетельствуют данные площадки Binance.

    По состоянию на 18:12 по бакинскому времени биткоин рос на 2.46% и находился на уровне 95 178 долларов.

    К 18:17 по Баку биткоин ускорил рост и находился на отметке в 95 191 долларов.

  • “Bitcoin”in qiyməti son iki ayda ilk dəfə 95 min dolları keçib

    “Bitcoin” kriptovalyutasının qiyməti 2025-ci il fevralın 24-dən bəri ilk dəfə 95 min dolları ötüb.

    “Binance” platformasının məlumatları buna dəlalət edir.

    Bakı vaxtı ilə saat 18:17-də “Bitcoin”in qiymət qiyməti artaraq 95 191 dollar təşkil edib.

  • Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

    Oğuzda 80 yaşlı qadın su kanalında boğulub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndində baş verib.

    Kənd sakini 80 yaşlı Qənirə Həsənova kənd ərazisindəki bağ sahəsindən keçən su kanalına düşüb. Köməksiz vəziyyətdə qalan yaşlı qadın boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Стала известна причина гибели армянского пограничника

    Служба национальной безопасности (СНБ) Армении сообщила детали гибели солдата-срочника в Сюнике.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, согласно информации, пограничник не подорвался на мине, а получил смертельное ранение из закрепленного за ним автомата.

    “Военнослужащий срочной службы одного из подразделений пограничных войск СНБ РА А.А. по предварительным данным, погиб, получив огнестрельное ранение выстрелом из закрепленного за ним автомата”, – сообщили в силовом ведомстве.

    Там же добавили, что для выяснения обстоятельств случившегося возбуждено уголовное дело, ведется предварительное следствие.

    * * * * *

    Армянский пограничник погиб, подорвавшись на мине в Сюникской области.

    Об этом сообщают армянские СМИ.

    Как и при каких обстоятельствах произошла трагедия, пока неизвестно. Следственный комитет Армении подтвердил гибель пограничника, но причину также не уточнил.

    В пресс-службе СК заявили, что по факту возбуждено уголовное дело.

  • Ermənistanın hərbçisi minaya düşərək ölüb

    Ermənistanın hərbi qulluqçusu Zəngəzur (Sünik) bölgəsində minaya düşərək ölüb.

    Bu barədə Median.Az Ermənistan KİV-ə istinadla xəbər verir.

    Hadisənin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat yoxdur. Ermənistanın İstintaq Komitəsi sərhədçinin ölümünü təsdiqləyib

    İstintaq Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.

  • Rusiyalı generalın qətli ilə bağlı ŞOK İDDİA – Ukrayna kəşfiyyatının əli var

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əsas Operativ İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında məlumat verib.

    “Qətldə Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı əsaslı şübhələr var”, – deyə Zaxarova əlavə edib.

    O qeyd edib ki, əgər istintaq orqanları bu işdə Ukrayna izini təsdiqləsə, bu, bir daha Kiyevin vəhşi və xain mahiyyətini göstərəcək.

    Zaxarova daha əvvəl Moskalikin ölümünü terror aktı adlandırmışdı.

    Qeyd edək ki, 59 yaşlı Yaroslav Moskalik Moskvaətrafı Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində həlak olub. Güclü partlayış dalğası onu binanın girişinə doğru atıb.

    İlkin məlumatlara görə, avtomobilə məsafədən idarə olunan əl istehsalı partlayıcı qurğu yerləşdirilib. Hüquq-mühafizə orqanları ehtimal edir ki, Moskalik bir neçə ay ərzində izlənilib və hadisə ilə bağlı müxtəlif versiyalar araşdırılır. İstintaq Komitəsi yüksək rütbəli hərbçinin qətli ilə bağlı cinayət işi açıb.
    //Baku.ws

  • В Кремле завершились переговоры Путина и Уиткоффа

    Переговоры президента России Владимира Путина и спецпосланника президента США Стива Уиткоффа завершились в Кремле. Они длились около трех часов, передает Median.Az со ссылкой на РИА Новости.

    Также распространилась видеозапись, на которой, предположительно, кортеж Уиткоффа покидает Кремль.

  • Kreml Putin-Uitkoff görüşünün nəticələri barədə açıqlama verib

    “Aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Moskva və Kiyev arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə edib”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

    “Birbaşa Ukrayna böhranına gəldikdə isə, söhbət xüsusilə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bərpası imkanlarından gedib”, – deyə o bildirib.

    Uşakov əlavə edib ki, görüş zamanı Rusiya və ABŞ yalnız Ukrayna məsələsi üzrə deyil, digər mövzularla bağlı da mövqelərini yaxınlaşdırıblar.