Month: April 2025

  • Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi

    “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətə baxılıb.

    Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proses Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formatda baş tutub.

    Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xərçəng xəstəliyi müayinə olunaraq təsdiqini tapib. Buna görə də Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağli qərar çıxarılmasını məhkəmədən istəyib.

    Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq prosesin uzadılmamasını və qərar verilməsini xahiş edib.

    Müşavirədən sonra Əvəz Zeynallının xəstəliyinin təstiqi üçün tibbi şəhadətnamənin məhkəməyə verilməsinin təmin olunması ilə bağlı qərar qəbul olunub.

    Qərarda bildirilir ki, tibbi şəhadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılsın. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməklə bir ay ərzində təqdim olunmalıdır.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı doqquz il, Elnur Şükürov isə dörd il müddətinə azadlıqdan məhrum ediliblər.

    Birinci instansiyanın hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq qismən təmin edilib.

    Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb.

    Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

  • Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola salıblar.

  • Qubada sahibsiz it yeddi yaşlı uşağa hücum etdi – Köməyə gələnlər xəstəxanalıq oldular

    Quba rayonunda küçə iti üç nəfərə hücum edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci Nügədi kəndində baş verib.

    Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa köməyə gələn qadınlara da hücum edən it onları ayaq və əl nahiyəsindən dişləyib.

    Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • “Pir Hüseyn Xanəgahı” və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib

    “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarda qeyd olunub ki, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

    Qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

    Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə nazirliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.

    Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası, eləcə də meliorasiya və su təsərrüfatı obyektlərinin və onların mühafizəsinə aid ərazilərdə aparılan meliorasiya və irriqasiya tədbirləri istisna olmaqla təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və qoruğun daimi istifadəsinə verilir.

    Baş nazir Əli Əsədovun qərarı ilə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib.

  • “Toplum TV” işində vəkillərin vəsatətlərinə baxılıb

    “Toplum TV” üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

    Prosesin davamında təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi vəsatətə baxılsa da, vəsatət təmin olunmayıb.

    Növbəti proses mayın 5-nə təyin edilib.

    Xatırladaq ki, ötən il martın 6-da “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

    “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

    Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

  • Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan Azərbaycana ekstradisiyası təmin olunub

    Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan ölkəmizə ekstradisiyası təmin olunub.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Hikmət Xanlar oğlu Vəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

    Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Hikmət Xanlar oğlu Vəliyevin Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.

  • Bakının bir sıra küçələrində su təchizatında fasilə yarandı

    Paytaxtın R.Rüstəmov küçəsi ilə Məhsəti küçələrinin kəsişməsində diametri 400 mm olan siyirtmənin dəyişdirilməsi səbəbindən 98 Qaraçuxur anbarından çıxan Cənub xəttində suyun təzyiqi aşağı salınıb. Bu isə bir sıra ünvanlarda müvəqqəti su kəsintisinə səbəb olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, təzyiqin aşağı salınması səbəbindən bəzi ünvanların aşağı mərtəbələrində suyun verilişi mümkün olsa da, ümumilikdə Nizami rayonunun aşağıdakı ərazilərdə su təchizatında fasilələr yaranacaq:

    Ə.Vəliyev, Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, T.Abbasov, K.Balakişiyev, M.Şərifli küçələrində yerləşən 1, 2, 3, 4, 5…60 saylı cüt və tək nömrəli binalar və ətraf həyət evləri;

    M.Abbasov, M.Ordubadi küçələri,

    Q.Qarayev prospekti 1-31 (tək nömrəli binalar),

    Q.Qarayev küçəsi 2-34/67 (cüt nömrəli binalar),

    Q.Qarayev küçəsi 76-114 (cüt nömrəli binalar),

    Nəsimi küçəsi 1-13 (tək nömrəli binalar),

    Nəsimi küçəsi 2-16 (cüt nömrəli binalar),

    Məhsəti və S.Mirzəyev küçələri 1-67 (tək nömrəli binalar),

    S.Mirzəyev küçəsi 2-48 (cüt nömrəli binalar),

    B.Çobanzadə küçəsinin bir hissəsi,

    R.Rüstəmov küçəsi 1-23 (tək nömrəli binalar) və 2-50 (cüt nömrəli binalar),

    C.Naxçıvanski küçəsi 1-47 (tək nömrəli) və 2-34 (cüt nömrəli binalar),

    B.Nuriyev küçəsi 1-33 (tək nömrəli) və 2-20 (cüt nömrəli binalar),

    Babək prospekti 67-89 (tək nömrəli binalar),

    Y.Əliyev küçəsindəki həyət evləri,

    Ə.Əzimzadə küçəsinin Neftçilər ərazisinə düşən hissəsi.

  • Dağıstanda terrorçular saxlanıldı: Polis şöbəsinə silahlı hücum planlaşdırırdılar

    Rusiya Federasiyasının Dağıstan Respublikasında polis şöbəsinə silahlı hücum planlaşdıran terrorçular saxlanılıb.

    Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin respublika üzrə idarəsinin Telegram kanalında yayılıb.

    Məlumata görə, hüquq-mühafizə orqanları Dərbənd şəhərində yerləşən polis idarəsinə silahlı hücum etməyə hazırlaşan dörd nəfəri saxlayıb. Onların hadisəni törətmək üçün partlayıcı maddələr və əl düzəltməsi partlayıcı qurğular hazırlamaq məqsədilə zəruri komponentlər əldə etdikləri bildirilib.

    Bundan əlavə, terrorçu qrupun daha bir üzvü saxlanılarkən silahlı müqavimət göstərib və zərərsizləşdirilərək məhv edilib.

  • “Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

    “Azərkosmos” və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb.

    Sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.

    İmzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub.

    STC çərçivəsində “Azərkosmos” 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.

    Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

    Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.

  • Выборы Папы Римского могут пройти 5 мая

    Конклав, закрытые выборы Папы Римского, может быть собран с 5 мая. На эту дату указывает принятый на конгрегации кардиналов ритуальный календарь, хотя окончательно она будет установлена только после похорон 26 апреля.

    Как сообщили в Службе печати Святого престола, на заседании конгрегации (собрания) кардиналов в среду было установлено, что новендиал (девятидневный траур по Папе Римскому) будет соблюдаться со дня похорон до 4 мая. Первый ритуал будет проведен в день похорон, затем он будет ежедневным в соборе Святого Петра с участием разных представителей Римско-католической церкви и под руководством различных кардиналов.

    В ходе конгрегации, на которой решаются текущие вопросы периода вакантного Апостольского престола, пока участвуют 103 кардинала, уточнили в Службе печати Святого престола. В Ватикане ожидаются другие иерархи.

    Коллегия кардиналов насчитывает 252 князя церкви, из них в конклаве примут участие 135, у которых есть право голоса. К ним относятся кардиналы в возрасте до 80 лет, и каждый из них может считаться потенциальным претендентом на папский престол. Конклав проходит в Сикстинской капелле. Каждый день проводятся по четыре голосования. Для избрания Папой Римским необходимо набрать две трети голосов. Об избрании нового предстоятеля Римско-католической церкви извещает белый дым из трубы, которая хорошо видна на площади Святого Петра.

    Папа Римский Франциск, возглавлявший Римско-католическую церковь с 2013 года, умер 21 апреля на 89-м году жизни от инсульта, повлекшего кому и остановку сердца. Прощание с ним проходит в соборе Святого Петра. Франциск завещал похоронить себя в базилике Санта-Мария-Маджоре (Богоматери Великой). Похороны состоятся 26 апреля. В Аргентине, на родине Франциска, в связи с его смертью был объявлен недельный траур.