Month: April 2025

  • Şabranda evi yararsız hala düşən ailəyə çadır quruldu

    Şabran rayonunun Padar kəndində ev yararsız hala düşüb.

    İsmixanov Sərxan Hacıbala oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

    Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

  • Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq – BU TARİXDƏN

    Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.

    Bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

    O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.

    “Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. “Rəqəmsal məktəb” platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq”, – sektor müdiri əlavə edib.
    //apa

  • “Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı

    Misli Premyer Liqasının XXXII turunda keçiriləcək oyunlara təyinatlar açıqlanıb.

    “Sabah” – “Qarabağ” oyunu Tural Qurbanov idarə edəcək.

    “Sumqayıt” – “Neftçi” görüşündə isə Fərid Hacıyev iş başında olacaq.

    Misli Premyer Liqası

    IV dövrə, XXXII tur

    25 aprel

    19:00. “Turan Tovuz” – “Şamaxı”

    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev

    VAR: Nicat İsmayıllı

    AVAR: Elşad Abdullayev

    Hakim-inspektor: Anar Salmanov

    AFFA nümayəndəsi: Mübariz Hüseynov

    Tovuz şəhər stadionu.

    26 aprel

    19:00. “Kəpəz” – “Zirə”

    Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

    VAR: Rəvan Həmzəzadə

    AVAR: Cəmil Quliyev

    Hakim-inspektor: Rəhim Həsənov

    AFFA nümayəndəsi: Namiq Əliyev

    Tovuz şəhər stadionu

    27 aprel

    17:30. “Səbail” – “Araz-Naxçıvan”

    Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

    VAR: İnqilab Məmmədov

    AVAR: Namik Hüseynov

    Hakim-inspektor: Ramil Diniyev

    AFFA nümayəndəsi: Elman Musayev

    “ASCO Arena”

    20:00. “Sabah” – “Qarabağ”

    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

    VAR: Elçin Məsiyev

    AVAR: Pərvin Talıbov

    Hakim-inspektor: Ömər Paşayev

    AFFA nümayəndəsi: Zümrüd Ağayeva

    “Bank Respublika Arena”

    28 aprel

    20:00. “Sumqayıt” – “Neftçi”

    Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov

    VAR: Cavid Cəlilov

    AVAR: Kamran Bayramov

    Hakim-inspektor: Əmrah İbrahimov

    AFFA nümayəndəsi: İlham Əliyev

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

  • В Кремле отреагировали на заявление Трампа о том, что Украина потеряла Крым

    Слова президента США Дональда Трампа о том, что Украина потеряла Крым уже много лет назад, полностью соответствуют позиции России.

    Как передает Median.Az со ссылкой на gazeta.ru, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков в ходе брифинга с журналистами.

    “Это полностью корреспондирует с нашим пониманием и с тем, что мы говорим уже давно”, – сказал он.

    Накануне Трамп резко раскритиковал заявление украинского президента Владимира Зеленского об отсутствии намерений у Киева признавать Крым российским. Американский лидер считает, что слова Зеленского “всерьез вредят” мирным переговорам.

  • Kreml Ukraynanın Krımı itirməsi barədə Trampın bəyanatına reaksiya verdi

    ABŞ Prezidenti Donald Trampın Ukraynanın Krımı çoxdan itirdiyi barədə sözləri Rusiyanın mövqeyi ilə tam uyğundur.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə brifinq zamanı bildirib.

    “Bu, bizim anlayışımızla və uzun müddətdir dediklərimizlə tam düz gəlir”, – deyə o bildirib.

    Xatırladaq ki, bir gün əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Krımı Rusiya ərazisi kimi tanımaq niyyətinin olmaması barədə bəyanatını kəskin tənqid edib.

    ABŞ lideri hesab edir ki, Zelenskinin sözləri sülh danışıqlarına ciddi şəkildə zərər verir.

    Aprelin 22-də “The Washington Post” qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Krımın Rusiyanın bir hissəsi kimi tanınması təşəbbüsü ilə çıxış edib.

    Həmçinin qeyd edilib ki, ABŞ Avropa İttifaqı və Ukrayna nümayəndələrinə nizamlama çərçivəsində Krımı rəsmi olaraq Rusiyanın bir hissəsi kimi tanımağı təklif edə bilər. Bundan əlavə, Vaşinqtonun tərəfdaşlarından cəbhə xətti boyunca münaqişənin dayandırılmasına razılaşmağı tələb edəcəyi gözlənilir.

  • ГЭЦ Азербайджана провел очередной экзамен для водителей такси

    Сегодня Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана провел очередной экзамен для оценки подготовки водителей такси.

    Как сообщает Median.Az со ссылкой на ГЭЦ, всего для участия в экзаменах было зарегистрировано 1 560 кандидатов, на экзамен явились 1 445 человек.

    По данным центра, 1 261 кандидат успешно сдал экзамен.

    Участники, набравшие 10 и более баллов, считаются успешно сдавшими экзамен, и им будет выдано свидетельство, действительное в течение 7 лет.

  • 200-ə yaxın taksi sürücüsü imtahandan kəsilib

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

    Bu barədə DİM məlumat yayıb.

    Bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə bir saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

    Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1 560 namizəd qeydiyyatdan keçib. Onlardan 1 445 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 261 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

    İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

    İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 25 və 28 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

  • Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

    Naxçıvanda avtomobil 9 yaşlı piyadanı vurub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində baş verib. “Nissan” markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2016-cı il təvəllüdlü Vaqif Hüseynovu vurub. Azyaşlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

  • Sabah bu iki rayonda QAZ OLMAYACAQ

    Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə aprelin 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanda sabiq vəzifəli şəxs 41 yaşında vəfat etdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq vəzifəli şəxsi, mayor Fəxri Abbasov vəfat edib.

    F.Abbasov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, F.Abbasov uzun müddət FHN-nin Cənub Regional Dövlət Yanğından Nəzarət Xidmətinin baş inspektoru işləyib.