Month: April 2025

  • Синоптики предупреждают: в Баку ожидаются дождь и ветер (ОБНОВЛЕНО)

    В ряде регионов Азербайджана 24-25 апреля ожидается сильный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    Отмечается, что в Нахчыванской АР, Кяльбаджаре, Лачыне, Зангилане, Исмайыллы, Шамахы, Гобустане, Ширване, Гяндже, Гёйгёле, Гёранбое, Нафталане, Дашкесане, Гедабее, Хачмазе, Шабране, Сиязане, Хызы, Гусаре, Мингячевире, Габале, Евлахе, Барде, Сальяне, Нефтчале, Гаджигабуле, Гахе, Шеки, Огузе, Балакене, Загатале, Лерике и Ярдымлы ожидается западный ветер со скоростью 13.9-20.7 м/сек, что соответствует желтому уровню погодной опасности.

    * * * * *

    Вечером 23 апреля и ночью 24-го в Баку и на Абшеронском полуострове временами ожидается дождь.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    На отдельных частях полуострова ожидается кратковременный ливень, возможны грозы.

  • Güclü külək əsəcək – Sarı xəbərdarlıq (YENİLƏNİB)

    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Gəncə, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Mingəçevir, Qəbələ, Yevlax, Bərdə, Salyan, Neftçala, Hacıqabul, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    * * * * *

    Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

  • İstanbulda məktəblər bağlandı

    Türkiyənin İstanbul şəhərində baş verən zəlzələlərdən sonra 24-25 aprel tarixlərində məktəblər bağlanacaq.

    Median.Az-ın “TRT News”a istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Təkin məlumat verib.

    “Məktəblərimizdən sadəcə ikisinin çöl suvaqlarında çatlar var. Bundan başqa, hər hansı bir problemimiz yoxdur. Daxili işlər naziri ilə danışdım. Hər hansı problemli vəziyyət yaranarsa, məktəblərin toplanma mərkəzi olması baxımından bizdən sabah və sonrakı gün məktəblərdə tətil edilməsini istədilər. Biz də sabah və birigün üçün məktəbləri bağlamaq qərarına gəldik”, – deyə nazir bildirib.

  • Суд по “делу о талассемии”: простой вопрос судьи поставил известного врача в неловкое положение

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Азада Меджидова продолжился судебный процесс по уголовному делу в отношении Нуриды Сеидовой, Айнур Байрамовой и Айсель Мамедовой, обвиняемых в присвоении около 1 млн манатов, собранных для детей, больных талассемией – тяжелым наследственным заболеванием крови.

    Как сообщает Oxu.Az, в ходе заседания были заслушаны показания дополнительных свидетелей.

    Бывший главный врач Центра талассемии Хураман Джафарова рассказала, что сначала работала в центре врачом, а затем главврачом.

    “Потерпевшая Айнур Асадли подошла ко мне и сказала, что Айнур Байрамова берет деньги на лечение нашего пациента. Все это произошло до того, как меня назначили главврачом центра. После того, как я стала главврачом, я пресекла подобные случаи и сообщила руководству. Айнур приходила в центр вместе с пациентами как регистратор и курьер”, – заявила Джафарова.

    Отвечая на вопрос адвоката о том, направляла ли она каких-либо пациентов к обвиняемым, бывший главврач категорически отрицала это, добавив, что не знала о том, что эти лица могут организовать лечение пациентов с талассемией в Турции.

    Это заявление было встречено возражениями некоторых потерпевших. Они упрекнули бывшего главврача, спросив, как получилось, что главврач не знала о том, что обвиняемые открыто регистрировали пациентов в центре.

    Хураман Джафарова ответила, что эти случаи имели место до того, как она начала здесь работать. По ее словам, упомянутые факты относятся ко времени работы предыдущего главврача Афаг Насибовой.

    Обвиняемая Айнур Байрамова обвинила бывшего главврача во лжи, заявив, что у нее есть аудиозаписи и переписка с ней. Кроме того, обвиняемая подчеркнула, что Хураман Джафарова даже выделила им комнату для работы в центре.

    В отличие от Айнур Байрамовой, обвиняемая Нурида Сеидова заявила, что не знает бывшего главврача.

    Известный врач Мирджалал Кязыми вновь был допрошен в качестве дополнительного свидетеля. Медик подчеркнул, что знает всех потерпевших, кроме Нуриды Сеидовой, и направлял этих пациентов к ним, чтобы они оказывали такую услугу с целью помощи семьям больных.

    Потерпевший Кямиль Ахмедов должен был перенести операцию на печени с участием врача Мирджалала Кязыми, за которую требовали 46 тысяч манатов. Родственники пациента подготовили 23 тысячи манатов из этой суммы, а супруга передала обвиняемым, выступавшим в качестве посредников. Поскольку остальная часть суммы не была оплачена, пациент не был прооперирован и скончался.

    Вопрос судьи Шалалы Гасановой, ведущей процесс, к известному врачу: “Можно ли так игнорировать человечность ради денег?” поставил его в неловкое положение.

    Врач, в свою очередь, уклонился от ответа на этот вопрос судьи, сказав: “Это глобальная проблема, уважаемая судья, ответ не у меня”.

    Затем потерпевшие подали ходатайство о допросе бывшего директора Центра талассемии Валеха Гусейнова в качестве дополнительного свидетеля на процессе. Ходатайство было отклонено.

    На процессе затем началась стадия изучения документов.

    Напомним, на основании поступившей в правоохранительные органы информации о мошенничестве в отношении родителей пациентов с талассемией, других тяжелобольных и их родственников было возбуждено уголовное дело. Установлено, что Нурида Сеидова в сговоре с Айсель Мамедовой и Айнур Байрамовой, злоупотребив доверием 36 человек, присвоила 980 тысяч манатов. Сначала была арестована Нурида Сеидова. Затем на судебных процессах в отношении Айнур Байрамовой и Айсель Мамедовой была избрана мера пресечения в виде ареста.

    Обвиняемым предъявлены обвинения по статье 178.3.2 (мошенничество с причинением крупного ущерба) Уголовного кодекса.

  • “Talassemiya işi” ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı

    Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilənlər Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses əlavə şahidlərin ifadələri ilə davam etdirilib.

    Talassemiya mərkəzinin sabiq işçisi Xuraman Cəfərova mərkəzdə əvvəl həkim, daha sonra isə baş həkim kimi işlədiyini deyib.

    “Zərərçəkən Aynur Əsədli mənə yaxınlaşdı ki, Aynur Bayramova bizdən pul alıb xəstəmizin müalicəsi üçün. Bütün bunlar mən mərkəzə baş həkim təyin olunmamışdan əvvəl baş verib. Mən baş həkim olandan sonra bu kimi halların qarşısını alıb rəhbərliyə məlumat vermişəm. Aynur mərkəzə gələndə xəstələrlə birlikdə qeydiyyatçı və kuryer kimi gəlib”.

    Sabiq baş həkim hər hansı bir pasiyenti təqsirləndirilənlərə yönəltməyi ilə bağlı vəkilin sualını cavablandıraraq deyib ki, o bunu qətiyyən etməyib və bu şəxslərin talassemiyalı xəstələrin Türkiyədə müalicəsini təşkil edə biləcəklərindən xəbəri olmayıb.

    Onun bu ifadəsi bəzi zərərçəkənlərin etirazı ilə qarşılanıb. Zərərçəkənlər sabiq baş həkimə irad tutaraq bildiriblər ki, necə olur ki, təqsirləndirilən şəxslər mərkəzdə açıq aşkar pasiyentlərin qeydiyyatını apardıqları halda baş həkimin bundan xəbəri olmur?

    Xuraman Cəfərova isə buna cavab olaraq deyib ki, bu hallar onun çalışdığı dönəmdən əvvəl olub.

    Onun bildirdiyinə görə, sözügedən faktlar əvvəlki baş həkim Afaq Nəsibovanın çalısdığı vaxta təsadüf edib.

    Təqsirləndirilən Aynur Bayramova isə sabiq baş həkimi yalan danışmaqda ittiham edərək onunla səs qeydlərinin və yazışmalarının olduğunu deyib. Bununla yanaşı təqsirləndirilən onu da vurğulayıb ki, Xuraman Cəfərova onların mərkəzdə fəaliyyət göstərməsi üçün, hətta otaq da ayırıbmış.

    Təqsirləndirilən Nuridə Seyidova isə Aynur Bayramovadan fərqli olaraq sabiq baş həkimi tanımadığını deyib.

    Taninmış həkim Mircəlal Kazımi yenidən əlavə şahid kimi dindirilib.

    Şahid həkim Nuridə Seyidovadan başqa digər zərərçəkənləri tanıdığını vurğulayaraq bildirib ki, xəstə ailələrinə yardım məqsədilə bu şəxslərin belə bir xidmət göstərmələri ilə bağlı həmin pasiyentləri onlara istiqamətləndirib.

    Zərərçəkən Kamil Əhmədovun həyat yoldaşının həkim Mircəlal Kazıminin iştirakı ilə qaraciyər əməliyyatına görə 46 min manat tələb edildiyi halda xəstənin yaxınları bu məbləğin 23 min manatını hazırlayaraq vasitəçilik edən təqsirləndirilənlərə təqdim ediblər. Məbləğin digər hissəsi ödənilmədiyindən xəstə əməliyyata alınmayaraq dünyasını dəyişib.

    Prosesi idarə edən hakimlərdən Şəlalə Həsənovanın həkimə – “Pula görə insanlığı bu dərəcədə də arxa plana atmaq olarmı?” – sualı tanınmış həkimi çətin duruma salıb.

    Həkim isə, öz növbəsində, xanım hakimin bu sualından yayınaraq – “Bu, qlobal bir problemdir, möhtərəm hakim, bunun cavabı məndə deyil”, – deyə cavab verib.

    Daha sonra zərərçəkənlər Talassemiya mərkəzinin sabiq direktoru Valeh Hüseynovun əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı vəsatət veriblər.

    Vəsatət təmin olunmadan rədd edilib.

    Prosesdə daha sonra sənədlərin tədqiqi mərhələsinə start verilib.

    Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP və Milli Şuranın aprelin 27-də “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

    Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

  • Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir

    Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Elşən Vahid oğlu Salmanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.

    Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

  • Три взрыва произошли в Москва-Сити

    Три взрыва произошли в Москва-Сити.

    Об этом сообщает Telegram-канал SHOT.

    Сейчас на территории сильный пожар. Причины возгорания выясняются, на место едут экстренные службы.

    По данным МЧС РФ, на парковке административного здания на Пресненской набережной в Москве загорелся автомобиль.

  • Moskvada biznes mərkəzində güclü partlayışlar – Yanğın başladı

    Rusiya paytaxtında Beynəlxalq Biznes Mərkəzi olan Moskva-Sitidə üç partlayış baş verib.

    Median.Az bu barədə “SHOT” “Telegram” kanalına istinadla xəbər verib.

    Bildirilir ki, hazırda ərazidə güclü yanğın var.

    “Yanğının səbəbləri araşdırılır, təcili yardım xidmətləri hadisə yerinə gedir”, – deyə məlumatda vurğulanıb.

    Hələ ki xəsarət alanlar barədə məlumat yoxdur.

  • Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib

    Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Rusiya Federasiyasında səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya hərbi əməliyyatların aparılması şəraitində hərbi xidmətə çağırış və ya kontrakt üzrə xidmət edən hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.Z.Savlatov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu gün Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.