Month: April 2025

  • Президент Ильхам Алиев посетил Памятник народным героям в Пекине – ФОТО

    23 апреля Президент Азербайджанской Республики (АР) Ильхам Алиев посетил Памятник народным героям в Пекине.

    Как сообщает АЗЕРТАДЖ, на площади, где расположен памятник, в честь главы нашего государства был выстроен почетный караул.

    Прозвучали государственные гимны АР и Китайской Народной Республики.

    Президент Ильхам Алиев возложил к памятнику венок.

    * * * * *

    23 апреля Президент Азербайджанской Республики Ильхам Алиев посетил Памятник народным героям в Пекине.

    Об этом сообщает АЗЕРТАДЖ.




  • Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.

    Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • 18 nəfərə qarşı dələduzluqda ittiham edilən qadın məhkəməyə niyə gəlmir?

    Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

    Median.Az Musavat.com xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır.

    O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir.

    Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, ikinci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb.

    Aldadılan şəxslər başa düşüb ki, onun övladı yoxdur.

    Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb.

    Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur.

    Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq səkkiz məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarını nəzərə almır.

    Maraqlıdır ki, Z.Səfixanova aprelin 15-də baş tutan sonuncu iclasa gəlməyib. Buna görə də məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb, hakim növbəti iclas günü üçün vaxt təyin etməyib. Belə çıxır ki, Z.Səfixanovanın gəlişi gözlənilir.

    Hakim Səfixanovanın məhkəməyə gətirilməsinə nail ola bilmir. Onun barəsində məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir.

    Onu da qeyd edək ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur?

    Zərərçəkmiş şəxslər məhkəməyə maddi zərərlə yanaşı, mənəvi ziyanla bağlı iddialarını da təqdim ediblər.

    Məhkəmə proseslərinin əsassız səbəblərlə təxirə salınması, Səfixanovanın məhkəməyə saymazyana münasibəti zərərçəkmiş şəxsləri təngə gətirib. Buna görə də zərərçəkmiş şəxslər Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə və Sumqayıt Şəhər Məhkəməsinin sədrinə təqdim etmək üçün müraciət hazırlayıblar.

  • Серия мощных землетрясений потрясла Стамбул – ВИДЕО

    Десять афтершоков магнитудой от 3.1 до 4.9 произошли в Стамбуле после первого землетрясения магнитудой 6.2.

    Об этом сообщает Агентство по управлению чрезвычайными ситуациями Турции (AFAD).

    По словам министра внутренних дел республики Али Ерликая, власти страны пока не получали данных о разрушении зданий в Стамбуле в результате землетрясения: “Все наши подразделения работают на местах”.

    Минздрав Турции также проинформировал, что “до сих пор на горячую линию и в больницы не поступало уведомлений о каких-либо негативных последствиях землетрясения”.

    * * * * * *

    Два новых подземных толчка были зафиксированы в Стамбуле после мощного землетрясения магнитудой 6.2.

    Как сообщает Median.Az со ссылкой на Агентство по управлению чрезвычайными ситуациями Турции (AFAD), последующие толчки имели магнитуду 4.4 и 4.9.

    Эпицентр последнего землетрясения находился в Мраморном море, у побережья Бююкчекмедже.

    * * * * *

    Сильное землетрясение произошло около 13:50 по бакинскому времени в Стамбуле.

    Об этом сообщает AFAD

    По данным, оно ощущалось во всем районе Мраморного моря.

    Как сообщают сейсмологи, магнитуда землетрясения составила 6.2.

  • İstanbulda saat 12 radələrindən etibarən yeddi zəlzələ baş verib – VİDEO (YENİLƏNİB)

    Bu gün Türkiyənin İstanbul şəhərində yerli vaxtla saat 12:13-dən etibarən yeddi zəlzələ qeydə alınıb.

    Bu barədə AFAD-ın rəsmi “X” hesabına istinadla xəbər yayıb

    Zəlzələlər əsasən Mərmərə dənizində, İstanbulun Silivri və Böyükçəkmecə sahillərinə yaxın ərazilərdə baş verib.

    Zəlzələlərin gücü aşağıdakı kimidir:

    3.9 bal – Mərmərə dənizi, Silivriyə (İstanbul) 25.54 km məsafədə;

    6.2 bal – Mərmərə dənizi, Silivriyə (İstanbul) 23.16 km məsafədə;

    4.4 bal – Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 14.74 km məsafədə;

    4.9 bal – Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 16.77 km məsafədə;

    4.5 bal – Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 14.24 km məsafədə;

    4.8 bal – Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 23.15 km məsafədə;

    5.9 bal – Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 23.88 km məsafədə.

    Hazırda zəlzələlərin nəticələri ilə bağlı araşdırmalar davam edir. Rəsmilər əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.

    İndiyə qədər bir yaralı barədə məlumat verilib. Bundan başqa üçmərtəbəli bir bina çöküb.

    * * * * *

    İstanbulda 6.2 güclü zəlzələdən sonra daha iki təkan qeydə alınıb.

    Hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilir ki, növbəti təkanlar 4.4 və 4.9 maqnitudalı olub.

    Sonuncu zəlzələnin episentri Mərmərə dənizində, Büyükçekmece sahillərində olub.

    * * * * *

    Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. Yeraltı təkanların 6.2 gücündə olduğu vurğulanıb.

    Hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ episentri Silivriyə 25.54 km məsafədə yerləşib. Təkanlar Silivri, Beylikdüzü və Esenyurtda hiss edilib.

    Qeyd edək ki, bundan əvvəl 4 bal gücündə zəlzələ qeydə alınıb.

    Zəlzələ ilə əlaqədar İstanbul sakinləri sosial media hesablarında paylaşımlar edərək narahatlıqlarını ifadə ediblər.
    //oxu.az

  • Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb

    Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600 manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

    Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus “Kia” markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Havaya normadan artıq tullantı atan restoranlar cərimələnib

    Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Afrodita”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

    “Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2 500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”, – deyə İ.İbrahimova əlavə edib.

    Mətbuat katibi ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

  • Лейла Алиева поделилась кадрами визита в Китай – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного Объединения IDEA Лейла Алиева поделилась в своем Instagram-аккаунте кадрами визита в Китай.

  • Leyla Əliyeva Pekindən maraqlı görüntülər paylaşdı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekindən paylaşım edib.

    Leyla Əliyeva “Instagram” sosial şəbəkəsində Pekinin görməli yerlərinin fotolarını paylaşıb.

  • “İstilik təchizatı haqqında” qanun layihəsində təsbit edilən əsas anlayışlar müəyyənləşib

    “İstilik təchizatı haqqında” qanun layihəsində təsbit edilən əsas anlayışlar müəyyənləşib.

    Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, bu qanun istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

    Həmçinin qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edəcək:

    fərdi istilik sistemi – istehlakçı tərəfindən tikinti obyektinin fərdi şəkildə istilik təchizatının həyata keçirilməsi üçün quraşdırılan və istismar edilən qurğuların məcmusu;

    istilik daşıyıcısı – istilik təchizatı sistemində istilik və isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisinin ötürülməsi üçün istifadə olunan maddə (su, buxar);

    istilik enerjisi – istilik daşıyıcılarının termodinamik parametrlərini (temperatur, təzyiq, sıxlıq) dəyişdirə bilən enerji resursu;

    istilik enerjisinin istehlakçısı (bundan sonra – istehlakçı) – öz ehtiyacları üçün istilik enerjisini satın alan məişət və ya qeyri-məişət istehlakçısı;

    istilik enerjisinin istehsalçısı (bundan sonra – istehsalçı) – istilik enerjisinin istehsalı ilə məşğul olan hüquqi və ya fiziki şəxs;

    istilik enerjisinin istehsalı – kimyəvi enerjinin (yanacaq), elektrik və ya digər enerji növlərinin istilik enerjisinə çevrilməsi prosesi;

    istilik enerjisinin paylanması – ötürülməsi də daxil olmaqla istilik enerjisinin şəbəkə vasitəsilə istehlakçılara çatdırılması;

    istilik enerjisinin paylayıcısı (bundan sonra – paylayıcı) – şəbəkə ilə istilik enerjisinin paylanmasını (o cümlədən ötürülməsini) həyata keçirən hüquqi şəxs;

    istilik enerjisinin satıcısı (bundan sonra – satıcı) – istilik enerjisinin pərakəndə satışını həyata keçirən hüquqi və ya fiziki şəxs;

    istilik enerjisinin satışı – istilik enerjisinin alqı-satqı müqaviləsi əsasında satışı;

    istilik qurğusu – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) üçün istifadə edilən qurğular;

    istilik təchizatı – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışı fəaliyyətləri;

    istilik təchizatı obyektləri – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) prosesində istifadə olunan istilik mənbələri, şəbəkələr, bina və qurğular;

    istilik təchizatı sistemi – istilik mənbələri, şəbəkələr və istilik istehlakı qurğuları kompleksi;

    istilik təchizatı subyektləri – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, o cümlədən təbii inhisar subyektləri;

    kommersiya uçotu – istiliyin və isti suyun satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə istiliyin və isti suyun ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən istiliyin termodinamik parametrləri və isti suyun həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;

    kommersiya uçotu qaydaları – istilik təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən qaydalar;

    qeyri-məişət istehlakçısı – aşağıdakı maddədə nəzərdə tutulan istehlakçılar istisna olmaqla digər istehlakçı;

    məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilik enerjisindən istifadə edən fiziki şəxs;

    mərkəzləşdirilmiş istilik sistemi – bir və ya bir neçə istilik mənbəyindən, şəbəkələrdən (xarici istilik kəmərlərinin diametrindən, sayından və uzunluğundan asılı olmayaraq) və istehlakçılardan ibarət olan sistem;

    şəbəkə – istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğuları kompleksi;

    texniki şərtlər – istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədlərinin hazırlanmasına əsas verən istilik və isti su təchizatı ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

    tənzimləyici – istilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum.

    Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edəcək.

    İstilik təchizatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan, “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının istilik təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarət olacaq.

    Ələt Azad İqtisadi Zonasında istilik təchizatı ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənəcək.

    Qanun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunacaq.

    Bu qanun istehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemlərinin quraşdırılması və onun istismarı ilə əlaqədar münasibətlərə şamil edilməyəcək.

    Qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

    Müəyyən maddələr istisna olmaqla, bu qanun dərc edildiyi gündən qüvvəyə minəcək.

    Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, istilik təchizatı sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayacaq və həmin aktların tələblərinə riayət olunmalıdır.

    Yeni qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri də qanunda təsbit edilib:

    • istilik təchizatının etibarlılığı və təhlükəsizliyi;

    • idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;

    • istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması;

    • qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi;

    İstilik təchizatı sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri:

    • enerji təhlükəsizliyinin təmin edilməsi;

    • istilik təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;

    • istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz istilik təchizatının təmin edilməsi.

    İstilik təchizatı sektorunda dövlətin vəzifələri:

    • özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

    • əlverişli investisiya mühitinin yaradılması;

    • rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

    • istilik təchizatı subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

    • istehlakçıların hüquqlarının müdafiəsi;

    • istilik təchizatı sektorunda təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;

    • istilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;

    • enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

    • ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;

    • dövlət nəzarətinin həyata keçirilməsi;

    • istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.

    Bundan əlavə qanun layihəsində həmçinin istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri də təsbit edilir.

    Belə ki, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.

    İstilik təchizatı sahəsində yerli özünüidarəetmə orqanları balanslarında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri inkişafı ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, bələdiyyə mənzil fondu binalarında payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.
    //oxu.az