Month: April 2025

  • Президент Ильхам Алиев прибыл с государственным визитом в Китайскую Народную Республику

    22 апреля Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с государственным визитом в Китайскую Народную Республику (КНР).

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Пекина в честь главы государства был выстроен почетный караул.

    Президента Ильхама Алиева и первую леди Мехрибан Алиеву встречали министр транспорта КНР Лю Вэй и другие официальные лица.

  • Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.

  • Ramin Şükürov həbs edildi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

    O, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

    Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.

  • Epilepsiya xəstəsi olan qadın əməliyyatdan sonra öldü

    Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurla əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib.

    Məlumata görə, əməliyyatdan sonra qadının vəziyyəti sabit olub, amma ötən gecə halı pisləşərək, qıcolma keçirməyə başlayıb. O, bu səbəbdən vəfat edib.

    Hazırda faktla bağlı araşdırma başlanılıb.

  • Sevgililər Günündə aldadıb evə çağırdılar, döydülər – Ən az cəza səkkiz il oldu

    Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan edilərək təqsirləndirilənlərdən Məmixan Məmmədov 8 il 6 ay, Sadiq Əzizov 8 il 6 ay, Sultanə Həsrətova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

    Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

    Məmixan Məmmədov və Sadiq Əzizov “Instagram”da özlərini “Fatimə” adı ilə təqdim edərək bir nəfərlə tanış olublar. Həmin şəxsi Sevgililər Günü – fevralın 14-də Bakıda kirayə yaşadıqları evə dəvət ediblər.

    İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova V.Z.-ni qarşılayaraq həmin evə gətirdikdən sonra, əvvəlcədən əldə edilmiş razılığa görə, Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində V.Z.-nin Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə onu döyüb. Sadiq Əzizov isə dəmir boru ilə ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.

    Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda, 1 500 manat məbləğində ziyan vurublar.

    Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini təqsirli bilməyiblər.
    //oxu.az

  • Tosu ləqəbli Tiktoker Məhərrəm Həsənovun həbs müddəti uzadılıb

    Tiktokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan Tosu ləqəbli Tiktoker Məhərrəm Həsənovun həbs müddəti uzadılıb.

    Bu barədə qərar Bakı şəhər Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

    Belə ki tiktokerin həbs müddəti 3 ay uzadılıb.

    Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Tosu ləqəbli Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və onun Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

  • Кабмин утвердил новые оклады для сотрудников таможенной службы

    Кабинет министров Азербайджана принял решения об утверждении размеров ежемесячных должностных (тарифных) окладов сотрудников Государственного таможенного комитета, имеющих специальные звания, и гражданских работников, не являющихся государственными служащими.

    Соответствующие постановления подписал премьер-министр Али Асадов.

    Министерству финансов поручено обеспечить финансирование дополнительных средств, необходимых для повышения ежемесячных должностных окладов таможенников, за счет средств, предусмотренных в государственном бюджете на 2025 год для соответствующих целей.

    Кроме того, Министерству труда и социальной защиты населения поручено обеспечить расчет и выплату трудовых пенсий сотрудников, имеющих специальные звания, в связи с увеличением их ежемесячных должностных окладов в порядке, установленном законодательством.

  • Azərbaycan gömrükçülərinin maaşları ilə bağlı Baş nazirdən QƏRAR

    Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında qərarlar qəbul edib.

    Qərarları Baş nazir Əli Əsədov imzalayıb.

    Eyni zamanda, Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiq edilib.

    Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavəsində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.

    Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, gömrükçülərin aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

    Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar olaraq xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanmasını və ödənilməsini təmin etmək həvalə olunub.

  • Премьер Азербайджана утвердил повышение должностных окладов налоговиков

    Кабинет министров Азербайджана принял решение об утверждении новых должностных окладов сотрудников Государственной налоговой службы при Министерстве экономики.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, ежемесячные должностные оклады личного состава аппарата Государственной налоговой службы, входящих в ее структуру учреждений, а также подведомственных организаций, не входящих в структуру, утверждены в новой редакции.

    Постановление Кабмина считается вступившим в силу с 1 января текущего года.

  • Əli Əsədov Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiqlədi

    Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.

    Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, Dövlət Vergi Xidmətinin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiqlənib.

    Qərar bu il yanvarın 1-dən qüvvəyə minir.