Month: April 2025

  • В известном туристическом регионе Турции произошло землетрясение

    В районе Датча провинции Мугла, одном из известных туристических регионов Турции, произошло землетрясение магнитудой 4.4.

    Об этом сообщили в Управлении по борьбе со стихийными бедствиями при правительстве Турции (AFAD).

    Очаг подземных толчков залегал на глубине 14 км.

    Отмечается, что землетрясение не повлекло за собой серьезных последствий, однако оно вызвало кратковременную панику среди населения.

  • Türkiyənin məşhur turizm bölgəsində zəlzələ olub

    Türkiyənin məşhur turizm bölgələrindən biri olan Muğlanın Datça rayonunda 4,4 bal gücündə zəlzələ olub.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ ocağının 14 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

    Məlumatda həmçinin qeyd olunur ki, zəlzələnin ciddi fəsadları olmasa da, əhali arasında qısamüddətli panikaya səbəb olub.

  • Səfərbərlik Xidmətinin qanunda cərimələrlə bağlı edilən dəyişikliklər barədə MÜRACİƏTİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

    Qeyd olunub ki, çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.

    Həmçinin ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.

    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına – xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.

    Bununla yanaşı, bu məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

    Mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin olunacaq.

  • İlham Əliyev İsxak Hersoqu təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.

    Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilin yanvarında Davosda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratla xatırlayıram.

    İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcək.

    Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.

  • Kürdəmirdə kişinin asılmış meyiti tapıldı

    Kürdəmirdə intihar hadisəsi olub.

    Hadisə Karrar qəsəbəsində baş verib.

    Qəsəbə sakini 40 yaşlı Ceyhun Əhməd oğlu Səfərov yaşadığı evdə özünü asıb./Lent.az

  • İntihar edən hərbi qulluqçumuzun 7 ay əvvəl toyu olubmuş: Ata olmağa hazırlaşırdı – FOTO

    Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçusu ötən gün yaşadığı mənzildə intihar edib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, kiçik gizir Rəhim Zeynal oğlu Novruzov 7 ay əvvəl ailə həyatı qurubmuş.

    O, yaxın aylarda ata olacaqdı.

    Mərhum ötən gün Kürdəmir rayonunun Çöhranlı kəndində dəfn edilib.

  • Naxçıvanda sarı xəbərdarlıq edildi

    Aprelin 29-30-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən  verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.
    Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir.

  • Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.

    Apa xəbər verir ki, TMİF-in prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakının daha da artırılmasının vacibliyini vurğulayıb.

    TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.
    Yekunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.

    Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.

    Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-in fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

  • Əhalinin nəzərinə: Maaş belə hesablanacaq

    Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq iş rejimi əsasında verilməsi barədə müzakirələr gedir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqinə dair təkliflərin hazırlanaraq cari ilin 1 iyun tarixinədək aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur. Sözügedən tədbir 2025-ci il üzrə Yol Xəritəsində, “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru çərçivəsində əksini tapıb. Bu proses necə reallaşacaq? Maaşların bu formada verilməsinin vətəndaşlar üçün hansı üstünlükləri var?
    Sözügedən məsələ ilə bağlı iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Referans-a açıqlama verib. Emin Qəriblinin qənaətinə görə bu sistemə keçidin səbəbi odur ki, hazırda beynəlxalq miqyasda məhz bu üsulla maaşların ödənməsi həyata keçirilir və reallaşdırılır. Yəni, saatla hesablandıqda daha konkret olur, tədqiqat baxımından da daha dəqiq nəticələr əldə edilir. Üstəlik, hər hansı bir müqavilə bağlayarkən də iş saatları daha dəqiq müəyyənləşir. Elə işlər var ki, bütün günü əhatə etmir, yalnız müəyyən saatlarda yerinə yetirilir.

    Eskpert onu da diqqətə çatdırıb ki, belə olduqda, həm dövlət həm də digər müəssisələrlə iş bölgüsü daha real şəkildə həyata keçirilir. Məsələn, günün bir hissəsində bir müəssisədə, digər hissəsində isə başqa bir müəssisədə işləyə bilərsiniz. İndiki aylıq əmək haqqı sistemində isə belə hallar tam dəqiq əks olunmur; yarım ştat anlayışı var, amma əslində kimin neçə saat işlədiyini müəyyən etmək çətin olur. Məsələn, siz gündə 2 saat işləyirsiniz, amma sənəddə yarım ştat işləyən şəxs kimi qeydiyyatda olursunuz. Yeni sistemdə isə iş saatlarınız dəqiq göstəriləcək.

    “Bu da o deməkdir ki, insanlar bir neçə yerdə qanuni şəkildə işləyə biləcək və əlavə gəlir əldə etmək imkanları yaranacaq. Yanlış anlaşılmasın: maaş artmır, sadəcə iş saatlarınız dəqiqləşir. Bu da sizə başqa yerlərdə işləyib əlavə gəlir qazanmaq üçün şərait yaradır”, – deyə Emin Qəribli əlavə edib.

  • “Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır” – ŞİKAYƏT

    Bakı şəhər sakinləri 36 nömrəli marşrut avtobusunun sonuncu dayanacağa – metronun “Ulduz” stansiyasına qədər getməməsindən şikayətçidirlər.

    Median.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən avtobus dəfələrlə sərnişinləri Ziya Bünyadov prospektində mağazanın qarşısında düşürüb və yenidən birinci dayanacağa qayıdıb.

    Sakinlər qeyd ediblər ki, sxem üzrə avtobus sonuncu dayanacağa qədər getməlidir, buna baxmayaraq sürücü sərnişinləri yolun yarısında endirərək mənzil başına çatdırmır.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AYNA tərəfindən daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına ciddi riayət edilməsi və sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.