Month: April 2025

  • В Румынии взорвалась военная лаборатория

    В Румынии в военной лаборатории по испытанию боеприпасов и оружия произошел взрыв.

    Об этом сообщил телеканал Antena 3.

    “Инцидент произошел во вторник в армейской испытательной лаборатории, расположенной на кольцевой дороге Бухареста. Сотрудники полиции и пожарные выехали на место происшествия для тушения пожара”, – сказано в сообщении.

    По данным телеканала, один человек в результате пожара отравился угарным газом. В настоящее время спасатели пытаются определить, есть ли еще пострадавшие.

    Отмечается, что сохраняется риск повторного взрыва.

  • NATO ölkəsində hərbi laboratoriya partladı: Ölən var

    Rumıniyada döyüş sursatı və silahların sınaqdan keçirildiyi hərbi laboratoriyada partlayış baş verib.

    Bu barədə “Antena 3” telekanalı məlumat yayıb.

    Hadisə ordunun Buxarest dairəvi yolu yaxınlığında yerləşən sınaq laboratoriyasında baş verib.

    Telekanalın məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub. Hazırda xilasedicilər digər zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

    Partlayışın təkrarlanma riskinin qaldığı bildirilir.

    Qeyd edək ki, Rumıniya NATO üzvü olan ölkələrdən biridir.

  • Ukraynada müdafiə nazirinə üç yeni müavin təyin edilib

    Ukrayna Nazirlər Kabineti Müdafiə Nazirliyinin idarəetmə komandasını gücləndirmək məqsədilə nazirə üç yeni müavin təyin edib.

    Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

    Sergey Boyev müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Bu təyinata qədər o, nazir Rüstəm Umerovun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq məsələləri üzrə müavini olub. O, yeni vəzifəsində nazir müavinlərinin bütün iş istiqamətlərini əlaqələndirəcək.

    Nikolay Şevtsov müdafiə nazirinin logistika və satınalmalar üzrə müavini vəzifəsini tutacaq. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Logistika Baş İdarəsinə rəhbərlik edib.

    Aleksandr Kozenko isə müdafiə nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini təyin edilib. O, 2023-cü ilin noyabrından müdafiə nazirinin müşaviri vəzifəsində çalışıb və dövlət aviasiyasının inkişafına görə məsul olub.
    //report

  • Bakıda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

    Təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

  • Yeni dövlət qurumu yaradıldı – Nizamnamə fondu 2 milyon olacaq

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Sahibsiz Heyvanlara Qayğı Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.

    Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.

  • “Real”ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

    İspaniyanın “Real” klubunun almaniyalı müdafiəçisi Antonio Rudiger zədə səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.

    Rudiger “Barselona” ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənib.

    Madrid klubu futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb.

    “Marca”nın məlumatına görə, A.Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq.

  • Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı YENİ QƏRAR

    “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nda dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qüvvədə olan qərara görə, akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.

    Dəyişikliyə əsasən, artıq xarici media subyektlərinin nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınacaq.

  • ““Azərişıq” səbəb göstərmədən iri məbləğli borclar yazır” – “Azərsun”dan irad

    “Azərişıq” ASC mütəmadi olaraq səbəbi izah edilməyən böyük məbləğli borclar hesablayır.

    Median.Az Anews.az-a istinadən xəbər verir ki, bu barədə “Azərsun Holdinq”in nümayəndəsi Nazim Quliyev Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.

    “Binanın 20 il ərzində bütün ödənişlərini etdikdən sonra onu törəmə mərkəzə çevirmək və nizamnamə kapitalını dəyişmək istədiyimiz zaman “Azərişıq”ın sistemindən 30 min, 5 min manatlıq borc olduğu barədə məlumat çıxır. Bu borcun nədən yarandığını heç cür öyrənə bilmirik. Kompüterə isə ‘Quran ayəsi’ kimi toxunmaq olmaz – heç nə dəyişmək mümkün deyil. Bu problemlə vaxtaşırı üzləşirik. Məhkəməyə müraciət etmək istəmirik, əməkdaşlıq tərəfdarıyıq. Qanunvericiliyə görə 10 ildən sonra bu cür borclar ödənilməyə bilər, lakin biz nə bu hüquqdan istifadə edə bilirik, nə də borcun silinməsinə nail ola bilirik,” – deyə nümayəndə vurğulayıb.

    “Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov çıxışa cavab olaraq bildirib ki, borcun yaranmasına müxtəlif səbəblər təsir edə bilər və bu məsələ araşdırılmadan dəqiq fikir söyləmək düzgün olmaz.

    “Borcun yaranması fərqli səbəblərlə əlaqəli ola bilər. Vaxtında ödəniş olunmaya bilər, sayğacda nasazlıq yaranmış ola bilər. Bunun həlli yolları mövcuddur,” – deyə sədr müavini qeyd edib.

    Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyətinin sədr müavini Cabbar Cabbarlı əlavə edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşana bilir.

  • İran “Avropa üçlüyü” ilə Romada görüşə razılıq verib

    İran “Avropa üçlüyü” ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) təklifini qəbul edib.

    Bu barədə “Baghdad today” xəbər portalı İran XİN-dəki mənbəyə istinadən məlumat verib.

    Bildirilir ki, İran ABŞ ilə gözlənilən birbaşa olmayan danışıqların başlamasından bir gün əvvəl onların nümayəndələri ilə görüşə razılıq verib. Tehran və Vaşinqton arasında dördüncü məsləhətləşmə raundu şənbə günü, 3 mayda Romada keçiriləcək.

    “Fransa, Böyük Britaniya və Almaniya ABŞ ilə gözlənilən birbaşa olmayan danışıqlar ərəfəsində İran XİN nümayəndələri ilə görüş təşkil etməyi xahiş ediblər. Tehran bu təklifi təsdiqləyib və “Avropa üçlüyü”nə belə bir görüşün cümə günü, 2 mayda, ABŞ ilə planlaşdırılan məsləhətləşmələrdən bir gün əvvəl keçirilə biləcəyini bildirib”, – deyə mənbədən vurğulanıb.

    Daha əvvəl “Reuters” agentliyi xəbər vermişdi ki, İran Almaniya, Böyük Britaniya və Fransaya ABŞ ilə danışıqlar bərpa olunarsa, 2 mayda Romada nüvə proqramı ilə bağlı görüş keçirməyi təklif edib, lakin “Avropa üçlüyü” son ana qədər Tehranın təklifinə heç bir reaksiya verməyib.

    ABŞ və İran arasında üçüncü dialoq raundu 26 apreldə Omanın paytaxtı Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlarla paralel olaraq İran nüvə proqramı üzrə potensial sazişin detallarını müzakirə edən ekspertlərin texniki məsləhətləşmələri də keçirilib.

  • Azərbaycanda krantdan gələn su sakini qorxuya saldı – VİDEO

    Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində sakinlərə verilən suyun keyfiyyəti müzakirələrə səbəb olub.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda vətəndaş suyun köpüklü verilməsinə irad bildirərək onun kimyəvi tərkibinin təhlükəli olmasını iddia edib.

    Sözügedən paylaşıma onlarla istifadəçi şərh yazıb. Bəziləri sudakı köpüklərin yüksək təzyiqlə gəldiyi üçün yarandığını iddia edib.

    Həmin kadrları təqdim edirik:
    //Baku.ws