Month: May 2025

  • ABŞ-da qasırğa nəticəsində 23 nəfər ölüb

    ABŞ-ın mərkəzi ştatlarında hökm sürən qasırğa 23 nəfərin həyatına son qoyub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, ölüm hadisəsinin 14-ü Kentukki, 7-si Missuri və 2-si Virciniya ştatında qeydə alınıb.

    Ümumilikdə isə Missuri, Kentukki, İllinoys və İndianada ştatlarında 26 tornado baş verib.

    Təbiət hadisəsi nəticəsində evlərə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. 700 mindən çox ev və müəssisə elektriksiz qalıb.

    Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.

  • Cərrahi əməliyyata gedən qazinin komaya düşməsinin səbəbi açıqlandı – FOTO

    Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına əməliyyat üçün müraciət etdikdən sonra komaya düşüb.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs aprelin 14-də pilonidal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edib.

    Qeyd edilib ki, pasiyent müayinə olunub və onun əməliyyat anesteziyası üçün əks göstəriş aşkarlanmayıb:

    “Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olunduqdan sonra tənəffüs göstəriciləri itib, nəbz qeydə alınmayıb. Bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Süni ventilyasiya və medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib və mərkəzi damarlar üzərində nəbz bərpa olunub, hemodinamik göstəricilər kardiomonitorda stabilləşib”.

    Məlumatda əlavə olunub ki, xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb:
    “Həyati vacib orqanların funksiyalarının bərpası və stabilləşməsinə yönələn tədbirlər həyata keçirilib. Bəbəklər normal genişlikdə, işığa qarşı reaksiyası saxlanılıb. Xəstənin kliniki ölüm keçirməsini nəzərə alaraq süni ventilyasiya aparatında saxlanılması və reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb. Xəstə aprelin 17-dək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə valideynlərinin təkidi və tələbi ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb”.

  • Abşeronda 35 yaşlı kişi qətlə yetirilib

    Abşeronda 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirilib

    Apa xəbər verir ki, hadisə Xırdalanda qeydə alınıb.
    1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyev boğazı kəsilərək qətlə yetilib.

    Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

  • Spiker Roma Papasının andiçmə mərasimində iştirak edəcək

    Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfər edib.

    Median.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Roma şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.

  • Ərdoğan şad xəbəri elan etdi

    Qara dənizdə ehtiyatları 75 milyard kubmetr olan qaz yatağı kəşf edilib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.
    Türkiyə lideri vurğulayıb ki, söhbət 49 günlük qazma və sınaqdan sonra qeyd olunan qazın tapıldığı “Göktəpə-3” yatağından gedir.

    Ərdoğanın sözlərinə görə, bu yataq üç il yarım ərzində bütün Türkiyə ərazisində mənzillərin qazla təmin edilməsinə kifayət edəcək.

    O qeyd edib ki, yataqdakı ehtiyatların dəyəri 30 milyard dollar qiymətləndirilir.

    O, həmçinin bildirib ki, Qara dənizdəki qaz yataqlarında olan 9,5 milyard kubmetr qaz hesabına ölkədə dörd milyon mənzili mavi yanacaqıa təmin edilir. Türkiyə liderinin sözlərinə görə, 2028-ci ilə qədər bu rəqəmin 4 dəfə artırılması planlaşdırılır.

  • Elçin Quliyev generalı işdən çıxardı – Yeni təyinat

    Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəis əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

    Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

    Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

    Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.

  • Lənkəranda yol qəzası olub, 3 nəfər xəsarət alıb

    Lənkəranda yol qəzası baş verib.

    APA-nın cənub bürosunun verdiyi xəbərə görə, üç nəfərin xəsarət aldığı qəza Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Azriba deyilən ərazidə qeydə alınıb.

    Lənkəran rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Yaqub oğlu Rəhimov idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısını küçə iti çıxıb. İdarəetməni itirən avtomobil körpüyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər sürücünün həmkəndliləri 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. K. Qurbanova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

    Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya açıqlamasında deyib ki, xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir:

    “Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.İki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir. Bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb”.

  • Gəncədə 18 yaşlı gəncin bıçaqlanmasında şübhəli bilinən həmyaşıdı saxlanıldı

    Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var.

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Армия Израиля уничтожила туннель и десятки радикалов на севере Газы

    Военнослужащие Армии обороны Израиля (ЦАХАЛ) подорвали в северной части сектора Газа туннель радикального движения ХАМАС длиной около 2 км.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила армейская пресс-служба, отметив, что в ходе операции в этом районе были уничтожены десятки вооруженных радикалов.

    “В ходе операции на севере сектора Газа войска уничтожили десятки террористов и ликвидировали стратегический подземный туннель террористов протяженностью около двух километров. В ходе операции войска обнаружили несколько туннельных шахт, взрывные устройства, пусковые установки, а также дополнительное вооружение террористической организации ХАМАС, включая ракеты, гранаты и гранатометы”, – говорится в заявлении.

    В пресс-службе отметили, что ЦАХАЛ “продолжит борьбу с террористическими организациями в секторе Газа для защитить граждан Израиля”.

  • İsrail ordusu Qəzzanın şimalında əməliyyat keçirdi – Onlarla silahlı məhv edildi

    İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərləri Qəzza zolağının şimalında radikal HƏMAS hərəkatına məxsus 2 km uzunluğunda tuneli partladıblar.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

    Qeyd olunur ki, bu ərazidə keçirilən əməliyyat zamanı onlarla silahlı məhv edilib.

    Mətbuat xidməti qeyd edib ki, SAXAL İsrail vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.