Month: May 2025

  • Рубио и Лавров обсудили итоги переговоров в Стамбуле

    Министр иностранных дел России Сергей Лавров провел телефонный разговор с госсекретарем США Марко Рубио.

    Об этом сообщили во внешнеполитическом ведомстве РФ.

    Согласно данным, переговоры состоялись по инициативе американской стороны, главы ведомств обменялись мнениями о продолжении российско-американских контактов.

    Отмечается, что стороны обсудили итоги прошедших накануне в Стамбуле российско-украинских переговоров, а также другие международные и региональные проблемы.

    Лавров отметил позитивную роль США, которые поспособствовали тому, что Киев в итоге принял предложение президента России Владимира Путина о возобновлении переговоров. Он также подтвердил готовность Москвы к продолжению совместной работы с американскими коллегами в данном направлении.

    “Марко Рубио приветствовал договоренности об обмене военнопленными и о подготовке каждой из сторон своего видения тех условий, которые необходимы для выхода на перемирие, подчеркнул готовность Вашингтона и далее содействовать поискам урегулирования”, – отмечено на сайте МИДа.

    Переговоры России и Украины проходили во дворце Долмабахче в Стамбуле – там же, где и в марте 2022 года. Встреча двух делегаций продлилась около двух часов. По словам главы российской переговорной группы Владимира Мединского, Москва “в целом удовлетворена” результатом встречи и “готова продолжать контакты”. Глава украинской делегации Рустем Умеров также допустил, что переговоры могут продолжиться.

    В день переговоров Рубио находился в Стамбуле, где провел трехстороннюю встречу с представителями Украины и Турции. Накануне переговоров госсекретарь США заявил, что Вашингтон не возлагает больших надежд на российско-украинскую встречу. Вместе с тем Рубио отметил, что американский президент Дональд Трамп готов оставаться вовлеченным в процесс урегулирования “столько, сколько потребуется”.

  • Lavrov və Rubio İstanbul danışıqlarının nəticələrini müzakirə ediblər

    Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

    Median.Az “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, tərəflər Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Həmçinin tərəflər İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının nəticələrini, eləcə də digər beynəlxalq və regional məsələləri müzakirə ediblər.

  • Bu avtobusların istiqamətləri dəyişdirildi

    Bu gündən 508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir.
     
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
     
    Bildirilib ki, “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
     
    Məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil olunacaq.

  • Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb

    Yaz mövsümü ilə əlaqədar Bakı şəhərinin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının 17-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

    Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcək.

  • Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

    İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb.

    Bu barədə Median.Az “Sabah” qəzetinə istinadla xəbər verir.

    Buna səbəb kimi C.Şengörün sosial şəbəkələrdə paylaşılan videoda türk xalqı ilə bağlı dediyi sözlər göstərilir.

    O, videoda deyib: “Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq məfhumundan məhrum bir cəmiyyət tanımadım”.

    Geoloqun türk millətini təhqir etməsi iddiası üzrə iki ilə qədər həbsi istənilir.

  • Bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

    Mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda vurğulanıb ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.

    “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, – məlumatda qeyd edilib.

  • Salyanda 55 yaşlı kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döydü

    Salyanda kişi 250 manatlıq ağacı kəsib qonşu qadını döyüb.

    Hadisə Salyan rayonu, E.İmanov küçəsində baş verib. Həmin küçədə yaşayan, 1970-ci il təvəllüdlü Rahil Bədəlov qapısının qarşısında olan, Salyan Yaşıllaşdırma İdarəsinə 250 manata başa gələn bir ədəd zeytun ağacının budaqlarını kəsib. Səbəb həmin ağacın Rahil Bədəlovun evinə gedən elektrik naqilinə toxunması olub.

    Rahilin qonşusu Sevda ağacın kəsildiyini görüb həmin ağacın kim tərəfindən kəsildiyini ondan soruşub. Rahil – “ağacı mən kəsmişəm, yaxşı eləmişəm”, – deyib. Sevda isə – “o ağacı sən əkmisən, sən də kəsirsən?” – deyə soruşub. Sevdanın bu sözündən əsəbiləşən Rahil Bədəlov Sevdaya yumruq və təpik zərbələri endirməklə onu döyüb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən Rahil Bədəlov saxlanılıb.

    Salyan Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə R.Bədəlovun anlaqsız olduğu qənaətinə gəlinib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.
    //oxu.az

  • Yeni tədris ilində istifadəyə veriləcək “Təhsil kartı” – Müsbət və mənfi tərəfləri

    “2025-ci ilin yeni tədris ilində istifadəyə veriləcək “Təhsil kartı” təşəbbüsü həm sosial, həm iqtisadi, həm də institusional baxımdan diqqətçəkici və simvolik əhəmiyyət daşıyır. Bu təşəbbüs Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir və ilkin mərhələdə 300-dən artıq yerli şirkətin sistemə qoşulması artıq reallaşıb. Təklif olunan bu kart vasitəsilə müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri nəqliyyatdan, ticarət şəbəkələrindən, ictimai iaşə obyektlərindən, sağlamlıq və istirahət mərkəzlərindən müəyyən güzəştlərlə istifadə edə biləcəklər. Bu, son illərdə təhsil işçilərinin sosial rifahı ilə bağlı atılan azsaylı sistemli addımlardan biridir və həm dövlət, həm də cəmiyyət tərəfindən müəllim statusunun möhkəmləndirilməsi baxımından əlamətdar hadisə sayıla bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov yeni tədris ilində təqdim olunacaq “Təhsil kartlar”nın əhəmiyyətindən danışarkən deyib.

    Kamran Əsədovun sözlərinə görə, müəllimlərin sosial statusunun, rifah səviyyəsinin yüksəldilməsi təhsilin keyfiyyətinə təsir edən mühüm faktorlardan biridir:

    “Müasir dövrdə müəllimə münasibətin göstəricilərindən biri də onun gündəlik həyatdakı imtiyazları və cəmiyyətdə ona təqdim edilən sosial statusdur. Təəssüf ki, hazırkı reallıqda müəllimlər ən çox şikayət edən və maddi çətinliklərlə yaşayan peşə sahiblərindən birinə çevriliblər. 2024-cü ilin statistikasına əsasən, Azərbaycan müəllimlərinin orta aylıq maaşı 510 manat civarındadır ki, bu da ölkə üzrə yaşayış minimumu (2024-cü il üçün 270 manat) ilə müqayisədə yüksək görünə bilər, amma real inflyasiya və bazar qiymətləri fonunda müəllimin ailəsini təmin etməsi və sosial xidmətlərdən istifadəsi kifayət qədər çətindir. Təhsil kartının tətbiqi bu vəziyyətə müəyyən qədər korrektə gətirə bilər. Bu kartla müəllimlər ictimai nəqliyyatdan güzəştli istifadə hüququ qazanacaq. Bu isə nəinki onların gündəlik xərclərini azaldacaq, eyni zamanda ölkə üzrə ictimai nəqliyyat sistemində müəllimlərə münasibətdə bir hörmət göstəricisi olacaq. Kitab mağazalarında, dəftərxanalarda, təhsil texnologiyaları təklif edən mağazalarda endirimlərin tətbiqi müəllimlərin peşəkar inkişafı üçün vacib olan resurslara daha əlçatan çıxışını təmin edəcək. Restoran və mədəniyyət obyektlərində tətbiq olunacaq güzəştlər isə müəllimin sosial həyatını fəallaşdıracaq, onların cəmiyyətlə daha inteqrativ mövqedə olmasına kömək edəcək”.

    Kamran Əsədov bu sistemin mənfi tərəflərinin də diqqətdən kənarda qalmamasını xatırladıb:

    “İlk növbədə, kart sisteminin real dəyəri onun tətbiq sahəsinin genişliyi və güzəştlərin həcmi ilə müəyyən olunacaq. Əgər endirimlər simvolik (5-10%) səviyyədə olacaqsa və ya xidmət təminatçıları tərəfindən effektiv tətbiq edilməyəcəksə, bu təşəbbüs kağız üzərində qalan, sadəcə formal sosial jest kimi dəyərləndiriləcək. Güzəştlərin məcburi deyil, könüllü əsasda təqdim olunması bu riski daha da artırır. Eyni zamanda, bu kartın hansı mexanizmlə, hansı müddətə və hansı kateqoriyalara verilməsi ilə bağlı dəqiq hüquqi-normativ baza yaradılmasa, tətbiqdə bərabərsizlik və sistemsizlik müşahidə olunacaq. Misal üçün, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim kart alacaq, amma eyni dərəcədə təhsil yükü olan özəl məktəb müəllimi bu sistemdən kənarda qalacaqsa, bu, sosial narazılıq doğura bilər”.

    Ekspert hesab edir ki, təhsil kartı həmçinin müəllimin ictimai nüfuzunu artıran vasitə funksiyasını daşıyacaq:

    “Məsələn, aptekdə və ya mağazada kassada “Mən müəlliməm” deyərək güzəşt almaq, müəllim peşəsinə olan ictimai hörməti praktik şəkildə cəmiyyətə göstərən simvolik akt olacaq. Bu, şagird və valideynlərin də müəllimə münasibətinə dolayı təsir göstərə bilər. Bunu sosial psixologiya da təsdiqləyir: imtiyazlı status alan peşə sahiblərinə cəmiyyət daha çox məsuliyyət və hörmətlə yanaşır. Bu baxımdan, təhsil kartı yalnız maddi deyil, eyni zamanda simvolik, mənəvi yükə malik olacaq. Nəticə etibarilə, təhsil kartı layihəsi müəllimlərin sosial təminatının gücləndirilməsi, cəmiyyətdə nüfuzunun artırılması və təhsilin cazibədar peşə kimi təqdim olunması üçün potensial imkanlar yaradır. Lakin bu imkanların reallaşması onun tətbiq mexanizminin səmərəliliyindən, hüquqi əsaslarının möhkəmliyindən və kartın real alıcılıq gücündən asılı olacaq”.

    Kamran Əsədovun fikirincə, bu sistemin davamlı olması üçün Təhsil Nazirliyi ilə yanaşı, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, həmçinin özəl sektorun geniş əməkdaşlığı tələb olunur.

  • В Ширване водитель жестоко избил диспетчера и пустил в ход отвертку

    В Ширване водитель автобуса 9-го маршрута жестоко избил диспетчера прямо на остановке.

    Конфликт разгорелся на территории, более известной как “сальянская дорога”.

    Согласно данным, водитель автобуса Бахтияр подъехал к остановке и хотел быстро отправиться дальше по маршруту. Однако дежуривший там диспетчер Азер сделал ему замечание, указав, что преждевременный отъезд нарушит интервал движения и создаст проблемы для других автобусов. Недовольный Бахтияр вступил в словесную перепалку с Азером, которая быстро переросла в рукоприкладство.

    Разъяренный диспетчер обругал водителя, что окончательно вывело того из себя. Бахтияр набросился на Азера с кулаками, а затем схватил отвертку и нанес ему травмы. Пострадавший диспетчер был госпитализирован.

    На место происшествия прибыли сотрудники полиции. По факту инцидента возбуждено уголовное дело.

    Суд приговорил буйного водителя Бахтияра к 1 году 9 месяцам ограничения свободы.
    //oxu.az

  • Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi

    Şirvan şəhərində sürücü dispetçeri döyüb.

    Hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib.

    9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib. Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

    Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
    //oxu.az