Month: May 2025

  • Kvadratı az olan söküləcək evlərlə bağlı YENİ AÇIQLAMA

    “Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri – yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir”.

    Median.Az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

    Deputat əlavə edib ki, söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır:

    “Belə ki, bəzi həyət evlərin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır.

    Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur.

    Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.

  • На полигоне вблизи Пирекешкюля будут утилизированы непригодные к использованию боеприпасы

    19-23 мая на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Vərəsələr hansı halda məsuliyyət daşıyacaqlar?

    Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyacaqlar.

    Bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Həmçinin, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

    Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.

  • Bakıda ŞİDDƏTLİ leysan yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

  • Житель Баку проглотил девять ложек и попал в реанимацию – ФОТО

    Эндоскопическая операция у мужчины, госпитализированного в Баку после того, как он проглотил девять ложек, длилась четыре часа.

    Об этом Oxu.Az сообщили в Бакинском центре здоровья.

    По информации медицинского центра, предполагается, что такой поступок 55-летнего мужчины связан с его психическим состоянием.

    В настоящее время лечение пациента продолжается в реанимационном отделении, его состояние оценивается как стабильное.

    * * * * *

    Житель Баку проглотил девять ложек.

    Как сообщает modern.az, в 01:00 в Сабунчинский медицинский центр поступило обращение за неотложной медицинской помощью.

    По предварительной информации, человек проглотил 9 металлических ложек, однако его не приняли в ряд медицинских учреждений.

    Наконец, он был доставлен в Бакинский центр здоровья, где ему немедленно оказали медпомощь. Проведенная врачами операция прошла успешно.

    В настоящее время состояние пациента оценивается как стабильное, он находится под наблюдением в реанимационном отделении.







  • Bakı sakini 9 ədəd qaşıq uddu – FOTO

    Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

    İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

    Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

    Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

    Hazırda pasiyentin vəziyyəti stabildir və Reanimasiya şöbəsində nəzarətdə saxlanılır.







  • Azərbaycanda 15 yaşlı qız ANA OLDU – Polis hərəkətə keçdi

    15 yaşlı qız marketdə tanış olduğu 24 yaşlı şəxslə evlənmək məqsədi ilə qaçıb. Onlara mağarda toy da edilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə bölgələrdən birində baş verib. Onların 2024-cü ildə toyları olub və hazırda övladları var.

    15 yaşı tamam olan Nanə (ad şərtidir) mağazada satıcı işləyirmiş. 24 yaşlı Qafar (ad şərtidir) həmin mağazaya müştəri kimi gəlib. Onlar bir-birlərini bəyəniblər və evlənməyi qərarlaşdırıblar.

    Onların kənddə, mağarda toyları da keçirilib. 15 yaşı tamam olmayan qızın toyunun olmasına ailəsi etiraz edib. Lakin qız Qafara verilməyəcəyi təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini deyib.

    Sonra ailələr toya razılıq veriblər. Qafarın dediyinə görə Nanə ona 18 yaşı tamam olduğunu deyib. Nanə də bildirib ki, Qafardan yaşını gizlədibmiş.

    15 yaşlı qızın ərə verilməsi toy məclisindən sonra məlum olub və polis araşdırmaya başlayıb. Qafar buna görə məsuliyyətə cəlb edilib.

    Onlar hazırda ər-arvad kimi birlikdə yaşadıqlarını deyiblər. Tərəflər bir-birindən şikayətçi olmayıb. Qafara yüngül cəza verilməsini xahiş ediblər.

    Məhkəmə Qafar barəsində 1 il 6 ay şərti cəza təyin edib.

  • Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

    Azərbaycan qanunvericiliyinə əsasən, avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avtopilot rejimində hərəkət etsə belə, sükan arxasında sürücü yoxdursa, bu, qanun pozuntusu sayılır və avtomobil sahibi məsuliyyətə cəlb oluna bilər.

    Median.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib.

    Ekspertin sözlərinə görə, Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsip etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir:

    “Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onsuz da gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik”.

    Eldəniz Cəfərov əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yükdaşımalarda istifadə edilir:

    “Avropa Birliyinin bir sıra ölkələrində, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində bu texnologiya artıq tətbiq edilir. Azərbaycanda da bu sistemin tətbiqi realdır və mümkündür. Hətta deyərdim ki, bu gedişlə gələcəkdə insanlar avtomobil sahibi olacaqlar, amma avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq. Çünki avtomobillər tamamilə pilotsuz olacaq”.

  • Şabranda ağır qəza: Vətən müharibəsi qazisi və hamilə həyat yoldaşı həlak oldular – FOTO

    Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan digər şəxsin də kimliyi məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən digər şəxs sürücü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadə olub. Onların bir övladları var. D.Zeynalzadə ikinci övladına hamilə olub.

    Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.