Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Month: May 2025
-
Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ
-
СМИ узнали о планах США по переселению миллиона палестинцев в Ливию
Администрация президента США Дональда Трампа готовит план по переселению миллиона палестинцев из сектора Газа в Ливию в обмен на разморозку нескольких миллиардов долларов.
Об этом 16 мая сообщил телеканал NBC News со ссылкой на источники.“В обмен на переселение палестинцев администрация [американского лидера] потенциально выделит Ливии миллиарды долларов из средств, которые США заморозили более 10 лет назад”, – следует из публикации.
Кроме того, в США рассматривают возможность предложить палестинцам бесплатное проживание, стипендию и другие финансовые стимулы.
Авторы материала выразили мнение, что переезд в Ливию такого количества людей может оказать на нее огромную нагрузку. Также сложность заключается и в самом желании палестинцев покинуть родину.
При этом по данным издания о плане осведомлен Израиль.
-
ABŞ fələstinliləri Liviyaya köçürməyi planlaşdırır
ABŞ Prezidenti Donald Trampın Administrasiyası bir neçə milyard dolların blokdan çıxarılması müqabilində bir milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planını hazırlayır.
Bu barədə “NBC News” telekanalı mənbələrə istinadla məlumat yayıb.Qeyd edilir ki, ABŞ administrasiyası fələstinlilərin köçürülməsi müqabilində Vaşinqtonun 10 ildən çox əvvəl dondurduğu vəsaitlərdən milyardlarla dolları Liviyaya verəcək.
Bundan əlavə, Birləşmiş Ştatlar fələstinlilərə pulsuz mənzil, təqaüd və digər maliyyə stimulları təklif etməyi düşünür.
İsrailin bu plandan xəbərdar olduğu da bildirilir.
-
Израиль начал новое масштабное наступление в секторе Газа
Израиль начал масштабные атаки в сектора Газа в рамках операции “Колесницы Гидеона”.
Об этом сообщает “12 канал” со ссылкой на заявление армии обороны Израиля (ЦАХАЛ).“В течение последних суток мы начали широкомасштабные атаки и выдвинули силы для взятия под контроль территорий в секторе Газа. Это часть начального этапа операции “Колесницы Гидеона” и расширения кампании в Газе”, – сказано в заявлении.
В Telegram-канале ЦАХАЛ также появилось сообщение, где сказано, что армия “начала проводить масштабные удары и мобилизовать войска для достижения оперативного контроля в районах сектора Газа”.
13 мая премьер-министр Израиля Биньямин Нетаньяху заявил, что армия в ближайшие дни “с полной силой” приступит к завершению военной операции в секторе Газа, что будет означать разгром радикального движения ХАМАС.
“12 канал” сообщает, что ЦАХАЛ перешла от операции “Мужество и меч” к “Колесницам Гидеона”, которая будет включать расширение наземной операции при мощной поддержку с воздуха, суши и моря.
-
İsrail Qəzzada yeni miqyaslı hücuma başlayıb
İsrail “Gideonun cəng arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağında miqyaslı hücumlara başlayıb.
Median.Az “12 kanal”a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) bəyanat yayıb.
“Son günlər ərzində genişmiqyaslı hücumlara başladıq və Qəzza zolağında ərazilərə nəzarəti ələ keçirmək üçün qüvvələr yeritdik.
Bu, “Gideonun cəng arabaları” əməliyyatının ilkin mərhələsinin bir hissəsidir”, – deyə bəyanatda bildirilir.
-
Prezidentdən dövlət qulluqçularının reyestri ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Median.Az bununla bağlı President.az-a istinadən xəbər yayır.
Fərmanla “Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası” və “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı haqqında Əsasnamə” təsdiq edilib.
-
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konqresin iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Artıq ənənəvi şəkil almış Konqresin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.
İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.
Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcək”.
-
Генеральная прокуратура и МВД распространили совместное заявление о смерти школьника в Гяндже
Генеральная прокуратура и Министерство внутренних дел Азербайджана распространили совместное заявление о смерти школьника в Гяндже.
В нем отмечается, что по факту смерти Эльгюна Ибрагимова (2007 г.р.) в больнице Гянджи 12 мая прокуратурой города возбуждено уголовное дело.В настоящее время по делу совместно с органами внутренних дел проводятся необходимые и неотложные следственные и оперативно-разыскные мероприятия, а также назначены необходимые экспертизы с целью полного, всестороннего и объективного расследования всех обстоятельств, причин и механизма происшествия.
В совместном заявлении отмечается, что некоторыми пользователями социальных сетей распространяются непроверенные следственным органом сведения о деталях происшествия, которые противоречат установленным на данном этапе расследования обстоятельствам, в том числе не соответствующие действительности сведения о месте, количестве, характере и происхождении повреждений, обнаруженных на теле потерпевшего, а также об обстоятельствах, при которых они были получены.
“Тиражирование таких необоснованных и непроверенных сведений не только наносит ущерб обеспечению общественности объективной и достоверной информацией, но и вызывает искусственный ажиотаж в обществе”, – говорится в заявлении.
Согласно информации, по указанному уголовному делу на основании осмотра места происшествия и полученных первичных доказательств проверяются все возможные версии, в том числе самоубийство, причинение смерти по неосторожности, а также наступление смерти в результате падения или нанесения тяжких телесных повреждений.
Генеральная прокуратура и Министерство внутренних дел еще раз напоминают, что распространение информации по уголовным делам в период проведения расследования должно осуществляться только на основе информации, подтвержденной официальными государственными органами, и особенно в вопросах, к которым общество относится с повышенной чувствительностью, необходимо действовать ответственно и в соответствии с законом.
“Пользователей социальных сетей и общественных активистов просим проявить высокую чувствительность в этом вопросе и не распространять информацию, которая может помешать ходу расследования и вызвать путаницу в обществе”, – отмечается в заявлении.
-
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb.
Birgə məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı və intensiv ibtidai istintaq tədbirlərinin aparıldığı qeyd olunub.Bildirilib ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.
Birgə məlumatda qeyd olunub ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır:
“Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur”.
Məlumata görə, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır:
“Sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur”.
-
Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb
Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.
Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır./Report






