Month: May 2025

  • “Uşaqların ölümündən sən günahkarsan” – Bill Qeytsdən Maska

    Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə elmi innovasiyalarla deyil, başqa səbəblərdən qarşı-qarşıya gəliblər.

    Median.Az xəbər verir ki, “Microsoft”un qurucusu və tanınmış xeyriyyəçi Bill Qeyts verdiyi müsahibədə Maskı dünyanın ən kasıb bölgələrində uşaqların yaşamaq hüququnu əlindən almaqda ittiham edib.

    Qeytsin sözlərinə görə, Maskın təşəbbüsü ilə yaradılan və “Hökumətin Səmərəliliyini Artırmaq” məqsədi daşıyan DOGE (Department of Government Efficiency) strukturu bu ilin fevralında ABŞ Beynəlxalq İnkişaf Agentliyini bağlayıb. Bu qərar Mozambik və Qəzzə kimi bölgələrdə HİV-lə mübarizə aparan səhiyyə mərkəzlərinin maliyyə dəstəyindən məhrum edilməsinə səbəb olub.
    “Dünyanın ən varlı adamının, dünyanın ən kasıb uşaqlarını öldürməsi gözəl mənzərə deyil,” – deyə Qeyts bildirib.

    Qeytsin dediyinə görə, USAID-in bağlanması nəticəsində anbarlarda saxlanılan həyat qurtaran dərmanlar və qidalar istifadəsiz qalıb, qızılca, HİV və poliomielit kimi xəstəliklər isə yenidən yayılmağa başlayıb. Xüsusilə HİV-ə yoluxmuş anaların körpələrinə virus ötürməsinin qarşısını alan müalicə proqramlarının dayanması vəziyyəti daha da ağırlaşdırıb.

    “Mən istərdim ki, Mask bu uşaqlarla görüşsün – çünki pulu o kəsdi,” – deyə Qeyts əlavə edib.

    Digər tərəfdən, Bill Qeyts sərvətinin 99 faizini Gates Fonduna bağışlamağa söz verib. Onun təxminən 107 milyard dollarlıq sərvətindən növbəti 20 il ərzində 200 milyard dollardan çox vəsaitin xeyriyyə işlərinə sərf olunacağı gözlənilir.

  • Masallıda 20 yaşlı oğlanın meyiti tapıldı

    Masallıda meyit tapılıb.

    Hadisə şəhərin M.F.Axundov küçəsində qeydə alınıb.

    Bakı şəhər sakini 20 yaşlı Məhəmmədəli Mübariz oğlu Zeynalovun meyiti yaşadığı evin həyətində tapılıb. Mərhumun hansı səbəblə öldüyü bəlli deyil.

    Araşdırma aparılır.//lent.az

  • Zelenski Ərdoğanla görüşü ilə bağlı paylaşım edib

    Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşlə bağlı paylaşım edib.

    O, “X” səhifəsində Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb.

    O, bu məsələlərin əksəriyyəti ilə bağlı həmkarı ilə ortaq baxışa malik olduğunu qeyd edib.//report

  • Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək

    “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb.

    Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
    Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
    Qeyd edək ki, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun hazırlanmış və uşaq oyun meydançaları üçün avadanlıqların və/və ya örtüklərin və onlarla əlaqəli layihələndirmə, istehsal, quraşdırma, istismar, saxlanma, daşınma və utilizasiya proseslərinin təhlükəsizliyinə dair tələbləri müəyyən edir.

  • “Cinsiyyət orqanı tam amputasiya olunub” – Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA (YENİLƏNİB)

    15.05.2025-ci ildə, gecəyarısında Xaçmaz rayonunda xəsarət alan 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a bildirilib ki, ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.
    Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
    * * * * *
    Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanının kəsilməsilə bağlı təfərrüatlar məlum olub.
    Tərəflər arasında mübahisə bir il əvvəldən başlayıbmış.
    Kənd sakinlərinin bildirdiyinə görə, xəsarət yetirilən şəxs bir il əvvəl 1994-cü il təvəllüdlü Səbuhi ilə mübahisə edib və ona zor tətbiq edib. Həmin şəxs özündən 10 yaş balaca olan Səbuhini bağ sahəsində tutaraq onu döyüb və ailəsinə qarşı ağır ifadələr işlədib. Səbuhi isə bu barədə polisə şikayət etməyib. Amma tərəflər arasında münaqişə davam edib.
    Hadisədən 1 il sonra – mayın 14-də Səbuhi gecə saatlarında spirtli içki qəbul edəndən sonra həmin şəxsdən qisas almaq qərarına gəlib. O, evindən bıçaq götürərək hadisə yerinə gəlib və həmin şəxsi evindən çağırıb. 42 yaşlı Xaçmaz sakini evindən çıxarkən Səbuhi onu arxadan tutub. Zərərçəkmiş şəxsin müqavimətini görən Səbuhi ona boynundan bıçaq zərbəsi endirib. Kişi yerə yıxılandan sonra isə Səbuhi “sənə demişdim ki, məni söy, ailəmə dil uzatma” deyərək bıçaqla onun cinsi orqanını kəsib. Hadisə yerini tərk edən Səbuhi polisə təslim olub və cinayəti etiraf edib.
    Xatırladaq ki, hadisə Xaçmaz rayonunun Fərzəlioba kəndində baş verib.
    * * * * *

    Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanı kəsilib.
    Hadisə rayonun Fərzəlioba kəndində baş verib.
    Kənd sakini, 1994-cü il təvəllüdlü Səbuhi Mahmudov 1983-cü il təvəllüdlü kişi ilə mübahisə edib. Mübahisə nəticəsində S.Məmmədov həmin şəxsin cinsi orqanını bıçaqla kəsib.
    Hadisə mayın 14-də saat 23 radələrində baş verib.
    Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.

    //oxu.az

  • Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

  • Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib

    Azərbaycanın Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb. Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyətinə toxunulub. Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı qeyd edilib.

    Görüşdə Azərbaycanla Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

  • Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI

    Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

    Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

    Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.

  • Bilal Ərdoğan “Fənərbağça” prezidentliyinə namizədliyini irəli sürməyəcək

    Dünya Etnoidman Birliyinin sədri və Oxatma Dərnəyinin Mütəxəssislər Şurasının üzvü Bilal Ərdoğan “Fənərbağça” klubunun prezidentliyinə namizəd olmaq fikrində deyil.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, Bilal Ərdoğan bu barədə xəbərlərin yalan olduğunu deyib.

    “Söhbət ola bilməz, bununla heç bir işim yoxdur. Təbii ki, mən “Fənərbağça” azarkeşiyəm, bu ayrı bir məsələdir. İllərdir çempion ola bilmədiyimiz üçün üzüldük, amma yenə də əlimizdən gələni əsirgəmədik. Amma əsla “Fənərbağça” klubunun prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm”, – deyə B.Ərdoğan bildirib.

  • Yevlaxda minik maşını ilə avtobus toqquşub

    Yevlaxda “Niva” markalı minik maşını ilə avtobus toqquşub.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Yevlax rayon Duzdağ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

    1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını, 1985-ci il təvəllüdlü Ramin Qarayevin idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində minik maşınında olan sərnişin, 1977-cı il təvəllüdlü Yeganə Süleymanova xəsarət alaraq Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.