Month: May 2025

  • “Kanal-11″in rəhbəri Teymur Kərimovun cəzası azaldıldı

    Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası dəyişdirilib.

    Bakı Apellyasiya Məhkəməsi onun vəkili tərəfindən verilmiş şikayəti qismən təmin edib.

    T.Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.

    Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində isə şərti cəza hökmü qüvvədə qalıb.

    Xatırladaq ki, Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

  • Pakistanın baş naziri İlham Əliyevə zəng edib

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Pakistanın baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

    Dövlətimizin başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

    Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

  • Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak edəcəkmi? – Peskovdan AÇIQLAMA

    Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak etməyəcək.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

    O, Putinin Türkiyəyə gedib-getməyəcəyi ilə bağlı suala mənfi cavab verib.

    “Xeyr”, – deyə Dmitri Peskov jurnalistlərə bildirib.

  • Goranboyda qadın güllələndi: Əri təqsirli bilinir

    Goranboyda qadının tüfənglə vurulmasının bəzi detalları məlum olub.

    Rayonun Dəyirmanlar kəndində 2001-ci il təvəllüdlü N.Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onu həyat yoldaşı olması müəyyən edilib.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakının bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq – FOTO

    Bakının İlqar Abdullayev küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, 17 may saat 00:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

    “Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Müğənni Nigar Rəhimovanın “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI

    Müğənni Nigar Rəhimovanın “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsinin təfərrüatı məlum olub.

    N.Rəhimova 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışıb.

    Həmin vaxt ansambl cəbhə bölgəsinə, yəni döyüşlərin getdiyi ərazilərə rəsmi olaraq ezam edilib. Kollektiv şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib ki, bu da mənəvi-psixoloji təminatın bir növüdür.

    Vətən müharibəsi bitəndən sonra isə digər müharibə iştirakçıları kimi, N.Rəhimova da kollektivin digər üzvləri ilə birlikdə müharibə dövründəki fəaliyyətini əks etdirən müvafiq sənədlərini aidiyyəti quruma təqdim edib və Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, onlara veteranlıq verilməsi ilə bağlı sərəncam imzalanıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteranlıq verilir.
    //oxu.az

  • İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

    İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı

    Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı İsmayıl Rafail oğlu Zamanlı barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.

    Məhkəmənin növbəti iclası mayın 21-nə təyin olunub.

    Qeyd edək ki, İsmayıl Zamanlı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.
    //oxu.az

  • Putin Ukrayna ilə danışıqlara hazırlıq üçün müşavirə keçirdi

    Rusiya Prezidenti Vladimir Putin mayın 14-də axşam saatlarında Türkiyənin İstanbul şəhərində Ukrayna tərəfi ilə keçiriləcək danışıqlara hazırlıq məqsədi ilə müşavirə keçirib.

    Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

    Peskovun sözlərinə görə, müşavirədə prezidentin müvafiq sərəncamı ilə təyin olunmuş Rusiya danışıqlar qrupunun üzvləri ilə yanaşı, bir sıra yüksəkrütbəli dövlət rəsmiləri də iştirak ediblər. Onların sırasında Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov olublar.

  • Sabirabadda 16 yaşlı qızı ərə vermək istədilər

    Sabirabad rayonunun Yenikənd kəndində 16 yaşlı qızın 33 yaşlı xalası oğluna ərə verilməsi planlaşdırılıb. Lakin toy mərasiminin qarşısı alınıb.

    Bu barədə Xəzər TV-nin “Təsir dairəsi” verilişində məlumat verilib.

    Verilişin aparıcısının sözlərinə görə, məsələ ilə bağlı ötən gecə məlumat alınıb və dərhal tədbir görülüb:

    “Gecə aldığım məlumata əsasən, bu gün Yenikənd kəndində baş tutmalı olan toy mərasimi dayandırılıb. Toyda əyləşən qızın hələ 17 yaşı tamam olmayıb. Mən bildirmişdim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. Məndə olan məlumata görə, 16 yaşlı qızı 33 yaşlı xalası oğluna məcburi ərə vermək istəyiblər”.

    Aparıcının sözlərinə görə, qohum evlilikləri iyunun 1-dən qanunla qadağan ediləcəyi üçün toy tələsik təşkil olunub. Hətta mərasim üçün 20 min manatlıq xərcin çəkildiyi də bildirilir. Lakin tədbir dayandırılıb və toy baş tutmayıb.