Month: May 2025

  • Международные археологические экспедиции начнут работу на освобожденных территориях Азербайджана

    На освобожденных территориях Азербайджана в скором времени начнут работу международные археологические экспедиции.

    Об этом заявил директор Института археологии и антропологии Фархад Гулиев на научной сессии “Археологические и антропологические исследования в Азербайджане: результаты и перспективы”.

    По его словам, организация международных экспедиций является одной из главных задач на ближайшее будущее.

    “Археологические исследования в Карабахе будут проводиться в основном по следующим направлениям: бронзовый век Ходжалы – “Курганное поле” и некрополь, комплекс “Имарат” в городе Агдам, поселение среднего бронзового века Узерликтепе, палеолитические памятники Азых-Таглар, курганы Физули и средневековый городской памятник Шахри-Шарифан в Зангиланском районе. Отдельным направлением станет изучение материально-культурного наследия Кавказской Албании”, – отметил Гулиев.
    //report

  • Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək

    Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək.

    Bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev institutda keçirilən “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada deyib.

    Onun sözlərinə görə, bu məsələ qarşıda duran əsas vəzifələrdən biridir:

    “Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx- Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri şərifan orta əsr şəhər yeri – istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir”.
    //report

  • Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir?

    Son zamanlar sosial şəbəkələrdə süni intellekt vasitəsilə edilən dələduzluq hallarına rast gəlirik. Onlardan biri də saxta qəza fotoları yaradılaraq sığorta şirkətlərinin aldadılmasıdır.

    Mövzu ilə bağlı “Report”a açıqlama verən sığorta eksperti Vüsal Kərimov bildirib ki, sözügedən fotolar nə qədər gerçəyindən fərqlənməsə də real nəticə verməsi absurddur:

    “Bu gün süni intellektlə saxta hadisə görüntüsü yaratmaq çətin məsələdir. Hətta sığorta şirkətlərinin əməkdaşları o qədər peşəkardır ki, onlar hadisəyə və zədəyə baxan kimi onun “fake” yaxud real olmasını müəyyən edə bilirlər. Bundan başqa isə paytaxda təhlükəsiz şəhər kameraları mövcuddur ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları istənilən hadisəni bu kameralar vasitəsi ilə araşdıra bilərlər. Bu baxımdan düşünürəm ki, bu gün süni intellektlə bu tip dələduzluq hallarının yaradılması çətin məsələdir”.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin sözlərinə görə, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra vətəndaş müraciət etdikdə o zaman mütləq şəkildə nəqliyyat vasitəsinə DYP əməkdaşları tərəfindən baxış keçirilir: “Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə məlumatların toplanması məqsədi ilə hadisə yerinə DYP əməkdaşları və sığorta müfəttişləri cəlb edilir. Digər hal kimi əgər yol-nəqliyyat hadisəsi baş veribsə və tərəflərdən biri yaxud hər ikisi qəza ilə bağlı yol polisinə daha sonra məlumat veribsə qəzanın baş verdiyi ərazidə yerləşən xüsusi texniki vasitələrə baxış keçirilir”.

    Daha ətraflı videomaterialı təqdim edirik:

  • За четыре месяца заповедники и музеи Азербайджана посетили более 277 тыс. человек

    С января по апрель 2025 года подведомственные Центру управления заповедниками при Государственном агентстве по туризму заповедники и музеи Азербайджана посетили 277 175 посетителей.

    Из них 203 153 иностранные туристы, 42 473 – местные жители, а 31 549 – лица из категорий с правом на бесплатное посещение.

    Наибольший интерес у туристов вызвали “Янардаг” и “Атешгях”, которые в совокупности приняли свыше 190 тыс. человек. Активный рост посещаемости наблюдался в марте и апреле.
    //report

  • Azərbaycanda 4 ayda qoruq və muzeyləri 277 mindən çox insan ziyarət edib

    Bu ilin yanvar-aprel aylarında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini (muzeylər) ümumilikdə 277 175 nəfər ziyarət edib.

    Median.Az bu barədə Mərkəzin hesabatına istinadən xəbər verir.

    Sənədə əsasən, bunun 42 473 nəfəri yerli, 203 153 nəfəri əcnəbi, 31 549 nəfəri isə ödənişsiz kateqoriyaya daxil olub.

    Ən çox ziyarət edilən məkanlardan biri “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olub. Bu obyektə 91 474 əcnəbi, 9 579 yerli, ümumilikdə 109 minə yaxın ziyarətçi baş çəkib.

    İkinci yerdə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu qərarlaşıb. Buraya 81 376 nəfər əcnəbi, 7 182 nəfər yerli turist səfər edib. Ödənişsiz ziyarətçilərin sayı isə 7 412 nəfər olub.

    Daha sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu gəlir. Bu qoruğa 4 ayda 14 209 nəfər yerli, 15 906 nəfər əcnəbi, 7 187 nəfər isə ödənişsiz şəkildə giriş əldə edib.

    “Palçıq Vulkanları Turizm Kompleksi” də turistlərin böyük marağına səbəb olub. Hesabat dövründə kompleksi 10 396 əcnəbi, 2 270 yerli, 2 276 ödənişsiz ziyarətçi gəlib görüb. Kompleksə giriş biletlərinin qiyməti yerli turistlər üçün 5 manat, xaricilər üçün 15 manatdır. Müvafiq güzəştli kateqoriyalara isə giriş ödənişsizdir.

    Digər obyektlərə gəldikdə isə:

    “Kiş” Tarix-Memarlıq Qoruğu: 4 294 yerli, 4 572 əcnəbi, 1 713 ödənişsiz

    “Diri Baba” türbəsi: 3 115 yerli, 4 359 əcnəbi, 3 378 ödənişsiz

    “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu: 876 yerli, 87 əcnəbi, 280 ödənişsiz

    “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyi: 341 yerli, 146 əcnəbi, 249 ödənişsiz

    Şəki Dövlət Rəsm Qalereyası: 607 yerli, 237 əcnəbi, 483 ödənişsiz

    Ziyarətçi axınının xüsusilə mart və aprel aylarında intensivləşdiyi müşahidə olunur. Məsələn, təkcə apreldə qoruqlara və mədəniyyət müəssisələrinə 85 408 əcnəbi, 12 163 yerli, 12 687 ödənişsiz şəxs baş çəkib.

    Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki müəssisələrdə bilet qiymətləri müxtəlifdir. Yerli vətəndaşlar üçün bilet qiymətləri adətən 1-5 manat arasında dəyişir, tələbələrə isə güzəştli tariflər tətbiq olunur. Xarici turistlər üçün giriş qiymətləri əsasən 9 manatdan başlayır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları və şəhid ailəsi üzvləri isə qoruqlara ödənişsiz daxil ola bilirlər. 12 yaşa qədər xarici turistlərə də giriş pulsuzdur.

  • В центре Баку задержаны карманники из Алжира

    В Баку задержаны граждане Алжира, занимавшиеся карманными кражами.

    Сотрудники 9-го отделения управления полиции Сабаильского района в ходе мероприятия, проведенного на основании поступившей информации, задержали двух граждан Алжира – 30-летнего Махди Сиди Мухамеда и 28-летнего Абкари Риада Буруба, подозреваемых в совершении серии краж в центре Баку.

    В ходе расследования установлено, что они в разное время совершали карманные кражи мобильных телефонов и других ценностей у различных лиц в заведениях общественного питания, расположенных в центре Баку, где наблюдается большое скопление граждан.

    По факту возбуждено уголовное дело, расследование продолжается.

  • Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb

    Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.

    Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri tədbir zamanı paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları – 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.

    Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Zaqatala komandası texniki məğlubiyyət alıb

    AFFA İntizam Komitəsi U-17 Qızlar Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verib.

    Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

    “Şəfa” ilə görüşdə komandanın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə bölgə təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət alıb.

  • Qubada iki nəfəri elektrik cərəyanı vurub, biri ölüb

    Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • В Пирекешкюле будут уничтожены непригодные к использованию боеприпасы

    В Пирекешкюле с 14 по 16 мая будут уничтожены просроченные и непригодные к использованию боеприпасы.

    Об этом сообщили в Министерстве обороны.

    Процесс уничтожения просроченных и непригодных к использованию боеприпасов будет осуществляться с соблюдением правил безопасности на полигоне вблизи поселка Пирекешкюль.

    “Призываем население не паниковать из-за звуков взрывов, оснований для беспокойства нет”, – говорится в сообщении.