Month: May 2025

  • Qeydiyyata necə düşək? – Cərimələnə bilərsiniz…

    Təcrübə onu göstərir ki, insanlar yaşadıqları və olduqları yerləri dəyişsələr də, həmin yerlərdə qeydiyyata düşməyə o qədər də maraqlı olmurlar. Lakin ölkə qanunvericiliyinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, Azərbaycan vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

    Burada yaşayış yeri dedikdə, şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

    Olduğu yer isə şəxsin yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) qəbul edilir.

    Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bu məqsədlə yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (çıxarış və ya kirayə müqaviləsi) həmin orqana təqdim edilməlidir.

    Müvafiq sənədlər təqdim edilmədikdə, həmçinin şəxsin qeydiyyata alınacağı halda (ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), yaşayış sahəsində yaşayanların hər birinə qanunla müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə, eyni zamanda, şəxsin qeydiyyata alınmaq istədiyi ev uçmaq təhlükəsi altında olduqda qeydiyyata alınmaqdan imtina edilir.

    Vətəndaşın yaşadıqları yerdən qeydiyyatdan çıxarılması isə aşağıdakı kimi olur:

    – Yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

    – Başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

    – Ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

    – Öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

    – Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

    – Qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

    Şəxsin olduğu yer üzrə qeydiyyatı isə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

    Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmə məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.

    Həmçinin vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə olunurlar.

    Ancaq vətəndaşların yaşadıqları və olduqları yerlər üzrə qeydiyyata düşməmələri onlardan asılı olmayan səbəblərdən də olur. Belə ki, xüsusilə paytaxtda fərdi evlərin bir hissəsinin sənədsiz olmaları, kirayə evlərin müqavilə olmadan verilməsi belə evlərdə qeydiyyata düşməyi çətinləşdirir. Lakin hazırda “ASAN xidmət”ə müraciət etməklə və ya “E-Polis” tətbiqi vasitəsilə bu problemi də həll etmək mümkündür.
    //qafqazinfo

  • Siqaret qutusu 48 il əvvəl törədilmiş qətlin üstünün açılmasına səbəb oldu

    1977-ci ildə ABŞ-ın Kaliforniya ştatında baş vermiş qadın qətlinin üstü 48 ildən sonra siqaret qutusunda qalmış barmaq izi sayəsində açılıb.

    Bu barədə “APNews” məlumat yayıb.

    Cinayətdə şübhəli bilinən 69 yaşlı Villi Yusin Sims Ohayo ştatında saxlanılıb. İlkin məlumatlara görə, o, 1977-ci il fevralın 1-də 24 yaşlı Canett Ralstonu onun avtomobilində – “Volkswagen Beetle” markalı maşının arxa oturacağında əvvəlcə zorlayıb, sonra isə boğaraq qətlə yetirib. Hadisə qadının həmin axşam dostları ilə birlikdə vaxt keçirdiyi San-Xose şəhərindəki barın yaxınlığında baş verib.

    Məhkəmə-tibbi ekspertizası Ralstonun uzunqollu köynəklə boğularaq öldürüldüyünü müəyyən edib. Sims cinayətin izlərini gizlətmək üçün avtomobili yandırmağa cəhd göstərib, lakin alovun yayılıb-yayılmadığını yoxlamadan ərazidən uzaqlaşıb. Nəticədə yanğın baş verməyib və qadının meyiti az sonra aşkarlanıb. Maşından bir sıra əşyalarla yanaşı, içərisində naməlum kişiyə aid barmaq izi olan siqaret qutusu da götürülüb.

    Hadisə baş verən gecə qadının dostları onun barda tanımadığı bir kişi ilə çıxdığını və on dəqiqəyə qayıdacağını söylədiyini bildiriblər. Lakin ondan bir daha xəbər alınmayıb. Şahid ifadələri əsasında ehtimal edilən qatilin fotorobotu tərtib olunsa da, istintaq nəticəsiz qalıb.

    2025-ci ildə iş yenidən araşdırılmağa başlayıb və siqaret qutusundakı barmaq izi FTB-nin yeni bazasında yoxlanılıb. Bu izin 69 yaşlı təqaüdçü Simsə məxsus olduğu müəyyən edilib. O dövrdə Simsin hərbçi olduğu və cinayətin baş verdiyi əraziyə yaxın bir hissədə xidmət etdiyi məlum olub. Ralstonun ölümündən bir il sonra Sims başqa bir hadisə üzrə – qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Sims Kaliforniyanı tərk etdikdən sonra cinayətkarların DNT nümunələri toplanmağa başlanıb.

    İstintaqın irəliləməsi nəticəsində polislər Simsdən DNT nümunəsi götürüblər və bu, Ralstonun dırnaqları ilə onun boğulduğu köynəkdə tapılan materiallarla üst-üstə düşüb. Sims saxlanılıb və ona ömürlük həbs cəzası verilə bilər.

  • Gecə klubda əcnəbilərə hesab ödətdirmək istəyən qadınlar saxlanıldı

    Bakıda gecə klubunda əcnəbilərə görə səs-küy salan xanımlar saxlanılıb.

    1997-ci il təvəllüdlü Lamiyə və 1998-ci il təvəllüdlü Esmira adlı xanımlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, ərəb ölkələrindən olan əcnəbi vətəndaşlarla tanış olan qadınlar Səbail rayonu, Sahil metrosunun yanında yerləşən klubda yeyib-içib və əyləniblər. Bundan sonra əcnəbi vətəndaşlar onları kluba aparan xanımlardan yeyib-içdiklərinə görə hesab ödənilməsini tələb ediblər.

    Xanımlar isə əksinə, hesabın əcnəbi vətəndaşlar tərəfindən ödənilməsini istəyiblər. Bundan sonra qadınlar klubun qarşısına keçərək küçədə səs-küy salmağa başlayıblar.

    Saxlanılan qadınlar sözügedən maddələrlə təqsirli bilinib və məhkəmə tərəfindən 200 manat məbləğində inzibati cərimə ediliblər.
    //qaynar.az

  • İcra başçısının müavini işdən çıxıb – Səbəbini açıqladı

    İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.

    Bu barədə Ruslan Eldaroğlu özü açıqlama verib.

    “Səhhətimlə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Yaxın dostlar, çevrəm bundan xəbərdardır. Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra isə əməliyyat olunacam”, deyə o, bildirib.

    Qeyd edək ki, Ruslan Eldaroğlu 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. Tanınmış jurnalist “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib. O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.

  • Ermənistan Rusiya silahlarından imtina edib, daha Hindistandan alır

    Rusiya-Ukrayna müharibəsinin fonunda Ermənistan Rusiyadan silah tədarükünü dayandıraraq Hindistan və Fransa ilə hərbi əməkdaşlığa üstünlük verməyə başlayıb.

    Qaynarinfo xəbər verir ki, 2022–2023-cü illərdə İrəvan Hindistanla 1,5 milyard dollardan artıq, 2023–2024-cü illərdə isə Fransa ilə 250 milyon dollar dəyərində müdafiə müqavilələri imzalayıb.

    Ermənistanın Rusiya ilə son hərbi sazişi isə hələ 2021-ci ildə 400 milyon dollar məbləğində bağlanıb, lakin bu günə qədər tam icra olunmayıb. Bu məlumatlar Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) “Müasir mərhələdə Rusiya-Ermənistan əməkdaşlığı” adlı hesabatında yer alıb.

    Hindistandan alınan silahlar sırasında 214 millimetrlik “Pinaka” yaylım atəşli raket sistemləri, 155 millimetrlik ATAGS artilleriya qurğuları, ZADS dron əleyhinə sistemlər, “Akash-1S” hava hücumundan müdafiə kompleksi və Rusiyanın lisenziyası əsasında istehsal edilən “Konkurs” tank əleyhinə raket kompleksləri var. Fransa isə Ermənistana üç ədəd “GroundMaster 200” radiolokasiya stansiyası, daşına bilən “Mistral 3” zenit-raket sistemləri və özüyeriyən “Caesar” artilleriya qurğuları göndərəcək.

    Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2011–2020-ci illər ərzində Ermənistanın silah idxalında Rusiyanın payı 94%-ə qədər olub. Lakin 2024-cü ilə gəldikdə bu göstərici cəmi 10%-ə düşüb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, Hindistan və Fransadan silah tədarükü İrəvanın Rusiyadan siyasi asılılığını azaltmaq məqsədi daşıyır. Politoloq, Qafqaz üzrə ekspert Artur Atayevin fikrincə, bu uzunmüddətli strategiyadır, lakin Moskva ilə hərbi əlaqələrin tamamilə qırılmasını nəzərdə tutmur.

    Bununla belə, Fransa və Hindistandan alınan texnika Ermənistan ordusundakı Rusiya və sovet dövründən qalma silahları tam əvəz edə bilməz. Rusiya Elmlər Akademiyası nəzdində MİEMO-nun Mərkəzi Asiya sektoru rəhbəri Stanislav Priçtinin fikrincə, tədarükün diversifikasiyası daha çox siyasi məna daşıyır. O qeyd edir ki, Ermənistan ordusu hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) standartlarına əsaslanır və Gümrüdəki Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında əsas əlaqə rolunu oynayır. Bu baxımdan, ekspertin qənaətincə, gələcəkdə Rusiyanın Ermənistan silah bazarındakı payı bərpa oluna bilər.

  • Nə Venera, nə də Mars: Alimlər Yerə ən yaxın planetin hansı olduğunu müəyyənləşdirdi

    Alimlər Merkuri planetinin əslində Yerə ən yaxın planet olduğunu müəyyənləşdiriblər.

    Bu barədə “Farmingdale Observer” nəşri yazıb.

    NASA və ABŞ Ordusunun Mühəndis Araşdırma və İnkişaf Mərkəzinin alimləri planetlər arasındakı məsafəni ölçmək üçün daha mürəkkəb hesablama üsullarından istifadə ediblər və nəticədə Merkuri Yerin ən yaxın qonşusu elan olunub.

    Ənənəvi yanaşmalar planetlərin bir-birinə ən yaxın olduqları anları əsas götürürdü. Yeni yanaşmada isə “nöqtəvi çevrə metodu” adlı texnika ilə planetlərin zaman üzrə orta məsafələri hesablanıb. Nəticələr göstərib ki, Merkuri nəinki Venera və Marsdan, hətta bütün digər planetlərdən orta hesabla Yerə daha yaxındır.

    Alimlər bunu Merkuri planetinin Günəş ətrafında çox sürətli dövr etməsi ilə izah edirlər. Bu sürət onu Yerlə eyni tərəfdə daha çox vaxt keçirməyə vadar edir. Məhz bu səbəbdən Merkuri, zamanın çox hissəsində Yerə digər planetlərdən daha yaxın olur.

    Alimlərin vurğuladığına görə, bu fakt uzun müddət diqqətdən kənarda qalıb, çünki əvvəllər istifadə olunan metodlar bu cür dinamik məsafələri nəzərə almırdı. İndi isə orbital dinamikaları uzunmüddətli müşahidələr əsasında araşdırmaqla Merkuri planetinin Yerin ən yaxın kosmik qonşusu olduğu aşkarlanıb.

    Məlumata əsasən, Yer ilə Merkuri arasında ən yaxın məsafə təxminən 77 milyon kilometr təşkil edir. Bəzi kosmik aparatların – o cümlədən NASA-nın Parker Solar Probe zondunun – maksimum sürətlə Merkuri planetinə təxminən beş saata çatması mümkündür.

    Hazırda Merkuri planeti insan tərəfindən birbaşa araşdırıla bilməz, çünki onun səthində temperatur -173°C-dən +427°C-yə qədər dəyişir və əhəmiyyətli atmosfer təbəqəsi yoxdur. Buna baxmayaraq, alimlər robotlaşdırılmış missiyalar vasitəsilə oraya aparatlar göndərir və mühüm elmi məlumatlar toplayırlar.

    Alimlər qeyd edirlər ki, bu kəşf elmin daim inkişaf etdiyini və bəzi köhnə nəzəriyyələrin səhv ola biləcəyini bir daha sübut edir.
    //qaynar.az

  • Gecə kənddə traktorla avtoşluq edən şəxs cəzalandırıldı

    Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində “Belarus” markalı traktoru içkili halda sürən şəxs saxlanılıb.

    1990-ci il təvəllüdlü Nəsimi Həsənov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, Nəsimi Həsənov gecə saatlarında spirtli içki qəbul edərək, kənddə traktor sürməyə başlayıb və kənd sakinlərinin narahatlığına səbəb olub. O, hərəkətindən peşman olduğunu bildirib.

    Məhkənin qərarı ilə onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
    //qaynar.az

  • В Азербайджане на аукцион выставят еще 12 транспортных средств

    Государственная служба по вопросам имущества проведет 1 июля аукцион по продаже автомобилей, перешедших в государственную собственность.

    Об этом Median.Az сообщает со ссылкой на ведомство.

    Согласно информации, аукцион состоится в Центре имущественных услуг Государственной службы (по адресу: город Баку, Низаминский район, улица Халила Рзы Улутюрка, 20). На аукцион будут выставлены 12 транспортных средств общей стоимостью 125 100 манатов.

    Заявки будут приниматься не позднее чем за 3 банковских дня до проведения аукциона. Лицам, желающим принять участие в аукционе, предоставляется возможность заранее ознакомиться с выставляемым на продажу имуществом.

    Подробную информацию об аукционах можно получить по ссылке.

  • Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 1-də dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 125 100 manat olan 12 nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə dəymiş ziyanın ödənilməsi tələb olunub

    “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

    Zərərçəkən Elxan Əhmədov deyib ki, hadisə vaxtı icarədar Səyyad Ələsgərovun sexində işləyib və hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alıb:

    “Mənə 2 min 400 manat müavinət verilib, lakin bu vəsait müalicəmə kifayət etməyib. Mən barışıq ərizəsini verəndə deyildi ki, əlavə yardım olacaq. Amma heç bir yardım edilmədi. Əgər, yardım edilməsə, barışıq ərizəsini geri götürəcəyəm. Hadisə zamanı əlim, ayağım və bədənimin müxtəlif yerləri yanıb”.

    Zərərçəkən Anar Nuriyevin sözlərinə görə, hadisə nəticəsində ona 31 min manat dəyərində ziyan dəyib:

    “Mənə köməklik göstərilməsini xahiş edirəm. Hadisə nəticəsində avadanlığa ziyan dəyib, buna görə mənzilimi satdım və borca düşdüm. Ən azı ziyanın 80 faizinin ödənilməsini istəyirəm”.

    Zərərçəkən Tofiq Qurbanov bildirib ki, hadisə nəticəsində sexdə olan avadanlıqları yararsız hala düşüb:

    “Mən 120 min manat dəyərində ziyana düşmüşəm. Hadisədən sonra işlərim çətinləşdi. Məcbur qalıb yanan avadanlıqları satdım. Mənə dəyən ziyanın ödənilməsini tələb edirəm.”

    Təqsirləndirilən Tağı İbrahimov zərərçəkənin qaldırdığı mülki iddia ilə razılaşmayıb.

    O, bildirib ki, zərərçəkən məbləği şişirdib:

    “Bu qədər ziyan dəyməsini əks etdirən sübut var? 120 min manat böyük məbləğdir. Zərərçəkən iddia edir ki, yararsız avadanlıqları satıb. Bunu necə sübut edə bilər?”

    Hakim Elmin Rüstəmov əlavə edib ki, zərərçəkənləri razı salaraq barışıq əldə etmək lazımdır:

    “Siz özünüzü onların yerinə qoyun. Burada ailə üzvünü, sağlamlığını itirən insanlar var. Onları geri qaytarmaq mümkün deyil. Proses bir ildir davam edir, hələ də narazı qalan insanlar var”.

    Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin olunub.

    Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

    İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

    İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

    Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.