Month: May 2025

  • Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşküldə 14-16 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Глава ЕК: В 17-й пакет санкций в отношении РФ вошли 189 судов теневого флота

    В 17-й пакет санкций в отношении России включены 189 судов теневого флота.

    Об этом глава Еврокомиссии Урсула фон дер Ляйен написала в соцсети Х.

    “Я приветствую 17-й пакет санкций против России. Мы еще больше ограничиваем доступ к военной технике. И мы включили в список еще 189 кораблей теневого флота, которые будут нацелены на экспорт энергоносителей из России. Эта война должна закончиться. Мы будем продолжать оказывать давление на Кремль”, – отметила она.

    Напомним, что сегодня послы ЕС утвердили очередные ограничительные меры. Ожидается, что главы МИД стран ЕС одобрят данный пакет санкций 20 мая.

  • Rusiyaya qarşı 17-ci sanksiya paketinə 189 gəmi daxil edilib

    Rusiyaya qarşı 17-ci sanksiya paketinə “kölgə donanması”nın 189 gəmisi daxil edilib.

    Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.

    “Rusiyaya qarşı 17-ci sanksiya paketini alqışlayıram. Biz hərbi texnikaya çıxışı daha da məhdudlaşdırırıq. Siyahıya Rusiyadan enerji daşıyıcılarının ixracını nəzərdə tutan daha 189 gəmini daxil etdik. Bu müharibə bitməlidir. Biz Kremlə təzyiq göstərməyə davam edəcəyik”, – o qeyd edib.

    Xatırladaq ki, bu gün Avropa İttifaqı səfirləri növbəti məhdudlaşdırıcı tədbirləri təsdiqləyiblər. Aİ ölkələrinin xarici işlər nazirlərinin bu sanksiya paketini mayın 20-də təsdiqləyəcəyi gözlənilir.

  • Завтра в Азербайджане ожидаются ливни, грозы и сильный ветер

    15 мая в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В ночь с 14 на 15 мая и к вечеру в некоторых местах ожидаются осадки, местами ливневого характера, не исключаются грозы. Будет преобладать умеренный северо-западный ветер.

    Температура воздуха ночью составит 14-16, днем – 18-21° тепла. Атмосферное давление – 761 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75, днем – 55-60%.

    В районах Азербайджана ожидаются дожди, грозы, град и туман. В отдельных местах осадки примут интенсивный характер, в высокогорных районах выпадет снег. Будет преобладать временами усиливающийся западный ветер.

    Температура воздуха ночью составит 12-16, днем – 16-21° тепла, в горах ночью 3-8, днем – 10-15° тепла.

  • Sabah leysan yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bidirilib ki, mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

  • Среднемесячная заработная плата в Азербайджане выросла на 10%

    В первом квартале этого года среднемесячная номинальная заработная плата наемных работников в Азербайджане составила 1 084 маната, что на 10% выше по сравнению с аналогичным периодом прошлого года.

    Как сообщает Median.Az со ссылкой на Государственный комитет статистики, средняя ежемесячная номинальная заработная плата была выше в таких отраслях экономики, как горнодобывающая промышленность, финансовая и страховая деятельность, информационные технологии и связь, профессиональная, научная и техническая деятельность, а также транспорт и складское хозяйство.

    По состоянию на 1 апреля этого года количество наемных работников в экономике страны составило 1 774,9 тыс. человек, из которых 880,1 тыс. задействованы в государственном, а 894,8 тыс. – в частном секторе.

    Из числа наемных работников 18,6% заняты в сфере торговли и ремонта транспортных средств, 18,6% – в сфере образования, 13,7% – промышленности, 8,5% – здравоохранения и социального обслуживания, 6,6% – строительства, 6,3% – государственного управления и обороны; социального обеспечения, 4,2% – транспорта и складского хозяйства, 14,9% – в других отраслях экономики.

  • Azərbaycanda orta aylıq əməkhaqqı 10% artıb

    Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq 1 084 manat təşkil edib.

    Median.Az bu barədə Döpvlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 774,9 min nəfər olub, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Məlumata görə, muzdla işləyənlərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 %-i təhsil, 13,7 %-i sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Yol polisi kənd təsərrüfatı texnikalarının sürücülərinə müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı texnikalarının sürücülərinə müraciət edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    Bildirilib ki, son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə də 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda idarə edilməsi hallarına tez-tez rast gəlinir:

    “Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan yollar yalnız müəyyən texniki göstəricilərə malik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub

    Konstruktiv xüsusiyyətlərinə görə saatda 50 kilometrdən az sürət yığa bilən, aqrar təyinatlı nəqliyyat vasitələrinin belə yollar üzrə hərəkəti qanunvericiliklə qadağandır.

    Bu cür halların yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını nəzərə alaraq, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkət etməsi və ya xüsusi nəqliyyat vasitələri ilə daşınması tövsiyə olunur”.

    Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə, texniki göstəricilərinə görə avtomagistrallarda hərəkəti qadağan olunmuş nəqliyyat vasitələrini bu yollarla idarə etməməyə çağırır.

    Qeyd edilib ki, aşkarlanacaq hüquq pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.

  • Azərbaycanəsilli bloqer Hüseyn Həsənov Rusiyada axtarışa verildi – Həbs edilə bilər

    Rusiyada məşhurlaşan və milyondan çox izləyicisi olan Azərbaycanəsilli bloqer Hüseyn Həsənov xüsusilə böyük miqdarda pul leqallaşdırılması ilə bağlı cinayət işinə görə axtarışa verilib.

    Bu barədə “Mash” məlumat yayıb.

    Bildirilir ki, onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Bloqer 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

    Məlumata görə, Hüseyn 2024-cü ildən Rusiyada yaşamır – bəzi mənbələr onun Azərbaycana köçdüyünü bildirir.

  • Rusiya Sumıya raket zərbəsi endirib, 2 nəfər ölüb

    Rusiya hərbçilərinin Ukraynanın Sumı vilayətinə raket hücumu nəticəsində 2 nəfər həlak olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Sumı şəhər şurasının sosial şəbəkə hesabında bildirilib.

    Məlumatda həmçinin qeyd olunub ki, raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

    Məlumata görə, zərbə sənaye obyektinə endirilib.