Month: May 2025

  • Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub

    Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib i, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

  • Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Birləşmiş Ştatlar İrana maksimal təzyiq göstərəcək və bu ölkənin neft ixracını tamamilə dayandıracaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ investisiya forumunda çıxışı zamanı səsləndirib.

    “İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır – əvvəllər etdiyim kimi, İrana qarşı kəskin təzyiqlər tətbiq edib neft ixracını sıfıra endirmək”, – deyə Tramp vurğulayıb.

    ABŞ lideri əlavə edib ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək:

    “İran heç vaxt nüvə silahına sahib olmayacaq” – Tramp qeyd edib.

  • Məcnun Məmmədov koronavirusa yoluxub

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.

    Median.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.

    “Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, – qurumdan bildirilib.

  • Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib

    Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib.

    Report-un Qərb bürosunun məlumatına görə, bu vəzifə Samir Namazova həvalə olunub.

    S.Namazov öncə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Xatırladaq ki, xəstəxananın əvvəlki direktoru Emin İsmayılov işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl vəzifədən azad edilib.

  • Ramaldan danışıb ağladı – VİDEO

    Xalq artisti Mələkxanım Eyubova qardaşı oğlu, müğənni Ramal İsrafilovdan danışarkən kövrəlib. 

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ramala olan həssaslığından danışıb. 

    “Ramalı o qədər çox istəyirəm ki… O, tənbəl deyil, elə desək, haqsızlıq olar. Tənbəl olsaydı, o boyda əsərlər yaratmazdı. Sadəcə hər efirə getmir, görünmür. İzzət Bağırovun verilişinə getməmişdən öncə Ramalla danışdım, dedi, gəlib götürəcəklər, istəyirsən səni də götürüm?

    Dedim, yox, amma özü gecikdi efirə. Düşünürdülər ki, ona hirslənəcəyəm. Ramal gəldi, üzündə şeytan tükü var, qucaqladım, kövrəldim (ağlayır – red.). Qardaşım rəhmətə gedəndən sonra düşünürəm ki, onlarla daha da yaxın olmalıyam. Yadıma qardaşım düşdü, dedim qardaşımın yadigarlarıdır. Onları çox sevirəm. Bacı, qardaşıma verə bilmədiyim sevgini balalarında tapıram”, – Xalq artisti qeyd edib.

  • В Турции начались международные учения “Anatolian Phoenix-2025” с участием штурмовиков Су-25 Азербайджана

    В авиабазе, расположенной в городе Конья Турецкой Республики, начались международные поисково-спасательные учения “Anatolian Phoenix – 2025” (“Анатолийский Феникс – 2025”) с участием военнослужащих из различных стран.

    Об этом сообщает report со ссылкой на Министерство обороны Азербайджана.
    Вначале участники учений наблюдали показательные полёты авиационной группы ВВС Турции “Турецкие звезды”.

    Затем был представлен брифинг по целям учений, сценарию и району проведения, этапам подготовки, мерам безопасности, а также задачам, которые будут выполняться в рамках различных этапов.
    Отметим, что международные учения продлятся до 23 мая текущего года. Азербайджан на учениях представляет группа пилотов ВВС, специалисты парашютно-десантной и поисково-спасательной службы, технический персонал и авиационные средства.

  • Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb – YENİLƏNİB

    Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix – 2025” (“Anadolu Ankası – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

    Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.
    Əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “Türk Yıldızları” aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
    Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

    Qeyd edək ki, cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

  • ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı

    Ağdam rayonu Mobil bazasının direktoru işdən çıxarılıb. 

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdam rayonu Sarıcalı kəndində yerləşən ANAMA Mobil bazanın direktoru Əhmədov Ələsgər Həmzə oğlu vəzifəsindən azad olunub.

    Bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq əmr imzalayıb.

    Onun kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün işdən çıxarıldığı bildirilir.

  • Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı

    Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi Veronika Jilinanın Azərbaycan yığmasına keçidini təsdiqləməyib.

    Oxu.az TASS-a istinadən xəbər verir ki, bunu federasiya prezidenti Anton Sixarulidze təşkilatın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlayıb.

    “Bu il bir neçə keçid təsdiqlənib. Bunlar əsasən valideynləri ilə birlikdə daimi yaşayış üçün başqa ölkəyə köçən kiçik yaşlı uşaqlar olub. Heç bir yetkin idmançının keçidi baş tutmayıb. Veronika Jilina heç bir ölkəyə keçə bilməz, çünki hazırda hələ də Rusiya yığmasının üzvüdür. Biz tam olaraq başa düşmürük ki, niyə o çıxış etmir. Biz onu gözləyirik, o, əla formadadır, ona görə də Veronika Jilinaya çıxış etməyə başlamağı məsləhət görərdim. Onun böyük şansları var və o, çox istedadlı idmançıdır”, – deyə Sixarulidze bildirib.

    Qeyd edək ki, 16 yaşlı Veronika Jilina Yevgeni Plyuşenkonun şagirdidir. Keçən mövsüm idmançı zədə səbəbi ilə yarışlarda iştirak edə bilməyib. O, 2023-cü il Rusiya çempionatının gümüş medalçısı və 2023-cü il Qran-pri yarışının qalibidir.

  • Piknikə gedəndə bu rəng paltarlar geyinməyin – Gənə yapışacaq

    Piknik edərkən bəzi rəngli paltarları geyinməmək tövsiyyə olunur.

    Median.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb bəzi rəngli paltarların gənələri özünə çəkməsidir.
    Meşə gəzintiləri, pikniklər və açıq hava tədbirləri yay aylarında məşhur olsa da, bu fəaliyyətlər bəzən sağlamlıq riskləri yaradır. Onlardan biri də gənə yapışmasıdır. Gənələr ciddi xəstəliklərə səbəb ola bilir. Bu səbəbdən uzunqollu geyimlər və şalvarlar ən çox tövsiyə olunan qorunma metodlarıdır.

    Lakin son araşdırmalar göstərib ki, geyim rəngi də çox önəmlidir. “Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı”nda dərc olunan tədqiqat nəticəsində, parlaq rənglərin gənələri 20 dəfə daha çox cəlb etdiyi məlum olub. Araşdırmaya görə, parlaq rənglərin gənələri cəlb etməsinin səbəbi hələ tam bilinməsə də, bəzi alimlər bu rənglərin təbiətdəki maralların qarın bölgəsinin rənginə bənzədiyini iddia edirlər.