Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Median.Az ATV-yə istinadən xəbər verir ki, iddialara görə, uşaqlara təqdim olunan yumurtaların istifadə müddəti keçib, toyuq əti isə normadan qat-qat aşağı təqdim olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarətə götürüb və qanunvericiliyə uyğun araşdırma aparılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir və 151 saylı bağçada da müvafiq araşdırmalar aparılıb, çatışmazlıqlar aşkarlanmayıb.
Türkiyənin Bursa vilayətində mal-qara arasında dabaq xəstəliyi yayılıb.
Median.Az DHA agentliyinə istinadla xəbər verir ki, xəstəliyin yayıldığı vilayətin Yenişehir rayonunun Tabakhane məhəlləsində karantin rejimi tətbiq edilib.
Qabaqlayıcı tədbir qismində rayondakı heyvan bazarı bir ay müddətinə bağlanıb.
Bundan başqa, yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə heyvanların məhəlləyə giriş-çıxışı dayandırılıb.
Bölgədəki iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvənd ediləcəyi bildirilir.
Компания Apple намерена повысить отпускные цены на все новые модели iPhone.
Как передает Median.Az, об этом сообщает The Wall Street Journal,
При этом компания не собирается афишировать, что причиной подорожания могут быть повышенные импортные пошлины в отношении Китая, от которого производство iPhone все еще сильно зависит. Новые смартфоны Apple, как ожидается, будут представлены осенью.
По данным источников издания, китайские комплектующие составляют существенную часть наиболее продвинутых и дорогих версий iPhone – Pro и Pro Max. Инвестиционный банк Jefferies подсчитал, что из 65 млн айфонов, проданных в США в прошлом году, 36-39 млн составили версии Pro и Pro Max.
Məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər sertifikat imtahanına cəlb olunurlar. Lakin imtahandan keçə bilməyən bəzi müəllimlər məktəbdə dərs demək imkanı qazanmadığı üçün repetitorluq edirlər.
Median.Az ATV-yə istinadən xəbər verir ki, belə olan halda sual yaranır: İmtahandan keçə bilməyən müəllimlər necə fəaliyyət göstərə bilərlər?
Ekspertlər və ictimaiyyət nümayəndələri bildirirlər ki, hazırda valideynlər və şagirdlər daha çox nəticə verən müəllimləri axtarır, tanışlıq yolu ilə repetitor seçirlər. Soruşurlar: “Bu müəllimi tanıyırsan?”, “Nəticəsi varmı?” Yaxşı nəticə göstərən müəllimi tapıb hazırlığa başlayırlar.
Əksəriyyət düşünür ki, hər müəllim yaxşı repetitor ola bilməz. Bəziləri hesab edir ki, repetitorların da sertifikat imtahanından keçməsi vacibdir.
Vətəndaşlar bildiriblər ki, bir müəllim imtahandan keçərək 60 bal toplasa da, repetitorluqla məşğul olmur. Digər tərəfdən, bəzi müəllimlər yüksək nəticə göstərən şagirdlər hazırlasalar da, heç bir rəsmi nəticəsi və sertifikatı yoxdur. Buna baxmayaraq, həmin müəllimlərə üstünlük verilir.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, repetitorlar da sertifikasiya prosesinə cəlb olunmalı və ya bu sahədə fəaliyyət göstərmələrinə dair lisenziya almalıdırlar. Hətta onların fəaliyyət göstərdiyi şərait – otağın təhlükəsizliyi və tədris imkanları da nəzərə alınmalıdır.
“Müəyyən şəxslər var ki, heç bir pedaqoji təhsili olmadan, repetitorluq fəaliyyəti göstərirlər. Məsələn, biri rus dilini yaxşı bilir, amma pedaqoji təhsili yoxdur, uşaqlara dərs deyir. Və ya riyaziyyatdan minimum biliyi olan şəxs bu sahədə repetitorluq edir. Ümumilikdə xidmət sahəsində leqallaşma və sertifikasiya prosesi mütləq həyata keçirilməlidir, – deyə ekspert bildirib.
Son günlər uşaqlar arasında kəskin allergik reaksiyalar, səpki, qaşınma, qızartı, burun axması və digər simptomlar müşahidə olunur.
Bəzən bu əlamətlərlə ev şəraitində mübarizə aparmaq mümkün olmur və valideynlər həkim qapısını döyməyə məcbur qalırlar.
Bir valideynin sözlərinə görə, altıaylıq körpəsi əlavə qidalanmaya keçid zamanı qabaqdan istifadə etdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib:
“Altıaylıq körpəm var. Əlavə qida rasionuna keçəndə qabaq verdim. Övladım allergiya oldu. Cəmi 15 dəqiqə ərzində bütün bədəni səpdi. Gördüm ki, bir az da keçsə, şoka düşəcək. Buna görə, təcili tibbi yardım çağırdıq. Vaxtında müdaxilə edilməsəydi, bəlkə də, körpəm həyatını itirə bilərdi”.
Uşaqlarda bu cür əlamətlərin müşahidə olunmasına əsas səbəb qəbul etdikləri qidalardır.
Həkim Nərmin Zakirlinin sözlərinə görə, onun işlədiyi xəstəxanaya qeyd olunan simptomlarla hər gün ən azı 15-20 pasiyent müraciət edir:
“Alma, banan, peçenye, balıq məhsulları, yerfıstığı kimi qidalar allergiyaya səbəb ola bilər. Bal isə çox təhlükəli hesab olunur və bu səbəbdən 3 yaşına qədər uşaqlara verilməsi tövsiyə olunmur”.
Mütəxəssis bildirir ki, belə hallarda çox yubanmadan pediatr və ya allerqoloqa müraciət etmək lazımdır. Antihistamin dərmanlar varsa, həkimlə məsləhətləşərək, uşağa evdəcə ilkin yardım etmək və dərhal xəstəxanaya çatdırmaq tövsiyə olunur. Çünki valideynlər gecikmə zamanı arzuolunmaz nəticələrlə qarşılaşa bilərlər.
Экспорт турецкой одежды в Азербайджан значительно сократился. Согласно данным Министерства торговли Турции, объем поставок одежды в нашу страну в первом квартале 2025 г. существенно снизился по сравнению с аналогичным периодом прошлого года.
Почему же спрос стал падать?
Как сообщает Median.Az со ссылкой на İTV, многие потребители начали отказываться от онлайн-заказов, считая их не такими выгодными, как раньше.
“Раньше я делала заказы, пусть и немного, потому что цены были приемлемыми. Сейчас они выросли, и я уже не отдаю предпочтение онлайн-покупкам. Я приобретала товары напрямую на сайтах турецких брендов, но теперь вижу, что цены там постепенно увеличиваются и почти не отличаются от местных. Обычно ориентируюсь на стоимость и выбираю более выгодный вариант”, – поделилась одна из покупательниц.
Опросы показывают, что большинство потребителей разделяют это мнение. Ключевыми факторами, влияющими на ситуацию, стали экономические изменения в Турции, включая инфляцию и колебания валютного курса, которые привели к удорожанию одежды. Кроме того, увеличились расходы на доставку и таможенные пошлины. Таким образом, на сегодняшний день заказывать одежду онлайн из Турции стало дороже, чем в предыдущие годы.
Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Bəs bu azalmanın səbəbi nədir?
Median.Az İTV-yə istinadən xəbər verir ki, bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar.
“İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm”, – deyə alıcılardan biri bildirib.
Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır.
Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir.
На улице Ази Асланова в Насиминском районе столицы облицовочные плиты отваливаются с фасада многоэтажного жилого дома и падают вниз, создавая серьезную угрозу для прохожих и припаркованных автомобилей.
Как сообщает Median.Az со ссылкой на Xəzər TV, речь идет о 14-этажном здании, построенном в 2008 году ЖСК “Консул”.
По словам Илахи Меджидовой, проживающей по соседству, подобные инциденты происходили уже несколько раз, и это создает серьезную опасность для всех, кто проходит рядом с домом. Жильцы сообщали о проблеме в строительную компанию, но никаких мер принято не было.
И.Меджидова также утверждает, что один из отвалившихся облицовочных камней уже повредил припаркованный автомобиль.
По словам коменданта здания Аги Ахмедова, такой случай действительно произошел около 6-7 месяцев назад. Он отметил, что в связи с этим был проведен осмотр облицовки и вероятность повторения таких происшествий отсутствует. Он также сообщил, что на место отвалившихся плит будут установлены новые.