Month: May 2025

  • Lənkəranda adı “Qırmızı kitab”da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb

    Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brakonyerliklə məşğul olan şəxslərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Fərzullayev saxlanılıb. Ondan balıqovlama alətləri və qanunsuz ovladığı 151 ədəd adı “Qırmızı kitab”a düşən müxtəlif növ balıq aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı – VİDEO

    Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) növbəti məhkəmə prosesi keçirilib.

    Tanınmış iş adamı İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iştirak edib.

    Prosesdə İsfəndiyar Axundovun anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri ona izah edilib.

    Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verərək, İsfəndiyar Axundovun məhkəməyə gəlmədiyi üçün prosesin uzanmasını əsas gətirib və barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

    İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov isə bunu əsassız hesab edib.

    “Biz ötən proseslərin birində iştirak edəcəkdik. Lakin qarşı tərəf prosesin təxirə salınmasını istədi. Bunun üçün də proses baş tutmadı. Eyni zamanda, mətbuatda da dərc olunan məlumatdan aydındır ki, İsfəndiyar Axundovun savadı yoxdur və hüquqi prosesləri bilmir. Onun üçün də vəsatəti əsassız hesab edirik və təmin olunmamasını istəyirik”.

    Vəsatəti təmin edilməyib.

    Növbəti vəsatət İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub.

    Vəkil Asim Abbasov bildirib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir və istənilən zaman ölkəni tərk edə bilər.

    İsfəndiyar Axundov isə öz növbəsində vəsatətə münasibət bildirib:

    “Emil Səməndərovun vətəndaşlara vurduğu ziyanı mən ödəyirəm. Zalda zərərçəkənlər var. Onlar bəzən mən işlədiyim şirkətin qarşısına gəlib şikayət edirlər. Elə bilirlər, günahkar mənəm. Lakin bu belə deyil. Bəzən mən özüm deyirəm ki, məni də həbs edin. Mənim canım irəli sürülən ittihamlardan qurtarsın. Amma dövlət mənə deyir ki, sən işini gör. Vəsatətə münasibətdə bildirirəm ki, vəkillərimlə razıyam”.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub.

    Vəkil Asim Abbasov İsfəndiyar Axundovun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq orqanlara sorğu göndərilməsi ilə bağlı vəsatət də təqdim edib.

    Məhkəmə vəsatəti təmin edib və DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

    Məhkəmənin növbəti prosesi mayın 24-də keçiriləcək.

    Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
    //oxu.az

  • Bakıda qadın sahibkar həbs edildi – Zəvvarları aldadıb

    Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.

    Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən “Romance Travel” şirkətinin rəhbəri kimi təqdim edib 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

    Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.

  • Magistratura imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

    Bu barədə DİM-dən məlumat verilib.

    İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 20549 bakalavrdan 697 nəfəri imtahana gəlməyib.

    İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

    Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

  • Küçədə döyülərək öldürülən məktəblinin – FOTOSU

    Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

    E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.

    Bildirilib ki, məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.

    Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

  • В Азербайджане ужесточаются наказания за кражу

    В Азербайджане ужесточаются наказания за кражу, то есть, тайное хищение чужого имущества, а срок лишения свободы за это деяние увеличивается от 2 до 3 лет.

    Как сообщает АПА, этот отражено в предлагаемой в Уголовный кодекс поправке, которая включена в повестку заседания Милли Меджлиса 16 мая.

    Согласно законопроекту, кража, то есть тайное хищение чужого имущества, наказывается общественными работами на срок от 360 до 480 часов, либо исправительными работами на срок до 2 лет, либо ограничением свободы на срок до 2 лет, либо лишением свободы на срок до 3 лет.

    По действующему кодексу кража, то есть тайное хищение чужого имущества, наказывается обязательными работами на срок от 360 до 480 часов, либо исправительными работами на срок до 2 лет, либо ограничением свободы на срок до 2 лет, либо лишением свободы на срок до 2 лет.

  • Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir

    Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə 360 saatdan 480 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Qüvvədə olan Məcəlləyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd edilib ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olur.

  • Скоропостижно скончавшийся судья прошел медосмотр неделю назад

    Появились новые подробности о внезапной смерти судьи Бакинского суда по тяжким преступлениям Самира Алиева.

    Как сообщает bakupost.az, Самир Алиев неделю назад прошел медицинское обследование в одной из частных больниц, включая коронарные сосуды, эхокардиограмму, стресс-тест, и никаких проблем выявлено не было. Несмотря на это, вчера утром он скончался от инфаркта.

    По словам близких, это событие стало неожиданностью для семьи. 49-летнего судью доставили в больницу, но спасти его жизнь не удалось. Сегодня он был похоронен на кладбище Qurd qapısı (“Волчьи ворота”).

    У С.Алиева трое детей. Для его дочери, обучающейся в Лондоне, сегодняшний день был особенно тяжелым. Так, на сегодня была назначена защита ее диплома. Узнав о смерти отца, студентка немедленно вернулась в Баку.

    Отмечается, что Самир Алиев был одним из первых студентов, направленных из Азербайджана на обучение в Турцию. В 1992 году он поступил в Анкарский университет, затем продолжил образование в Бакинском государственном университете и окончил его по специальности “юриспруденция”.

    С.Алиев с 2016 года работал судьей в Бакинском суде по тяжким преступлениям.

  • Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanaların birində çek-ap müayinəsindən keçib. Ürək damarları, ekokardioqramma, stres-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, ötən gün səhər saatlarında infarkt keçirərək vəfat edib.

    Yaxınlarının sözlərinə görə, bu hadisə ailə üçün gözlənilməz olub. 49 yaşlı hakim xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

    S.Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, onun diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.

    Qeyd olunur ki, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. O, 1992-ci ildə Ankara Universitetinə daxil olub, daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.

    S. Əliyev 2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.

  • Парламент Азербайджана рассмотрит поправки в УПК

    Руководителям структурных подразделений следственных и дознавательных органов будут предоставлены полномочия в рамках надзора за уголовным преследованием с целью предотвращения существенного затягивания производства по уголовному делу.

    Как сообщает Report, в связи с этим предлагаются изменения в Уголовно-процессуальный кодекс (УПК).

    Законопроект будет обсуждаться на пленарном заседании Милли Меджлиса, которое состоится 16 мая.

    Согласно документу, дознаватель, следователь или прокурор, осуществляющий процессуальное руководство предварительным расследованием, при рассмотрении сообщений о совершенных или готовящихся преступлениях проводит первичную проверку о наличии достаточных оснований для возбуждения уголовного дела в сроки, предусмотренные статьей 207.1.2 Уголовно-процессуального кодекса.

    Предлагаемая поправка предусматривает, что при производстве двух и более следственных или иных процессуальных действий, производство которых допускается до возбуждения уголовного дела, предварительная проверка достаточности оснований для возбуждения уголовного дела ограничивается сроком не более 30 суток.

    Следственное действие в виде получения сведений, составляющих личную, семейную, государственную, коммерческую или профессиональную тайну, включая информацию о финансовых операциях, состоянии банковских счетов и уплате налогов, осуществляется только на основании решения суда по представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, согласившегося с обоснованным ходатайством следователя.

    Согласно изменениям, в случаях, когда необходимо безотлагательное проведение данного следственного действия, предлагается рассмотрение ходатайства, в котором следователем обоснована такая необходимость, в течение 24 часов после его поступления в суд.