Month: May 2025

  • Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq

    İstintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə səlahiyyətlər veriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

    Qanun layihəsi Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

    Sənədə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxarkən Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparır. Təklif edilən dəyişikliyə əsasən cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılması nəzərdə tutulur;

    Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasından çıxarıldığı üçün, həmin maddənin Cinayət-Prosessual Məcəllənin 214.4-сü maddəsinə uyğun olaraq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatı aparılan maddələrin sırasından da çıxarılması təklif edilir.

    Layihədə qeyd edilib ki, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.

    Belə ki, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

    Dəyişikliyə əsasən, bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə, onun məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılması təklif edilir.

  • Президент Ильхам Алиев посетил выставки InterFood Azerbaijan и Caspian Agro

    13 мая Президент Азербайджанской Республики Ильхам Алиев в Бакинском Экспо-центре посетил XXX юбилейную Азербайджанскую международную выставку пищевой промышленности InterFood Azerbaijan и XVIII Азербайджанскую международную сельскохозяйственную выставку Caspian Agro.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub

    Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Лейла Алиева поделилась кадрами из Италии – ВИДЕО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась публикацией в связи с поездкой в Италию.

    Cоответствующими кадрами Л.Алиева поделилась на своей официальной Instagram-странице.

  • Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İtaliya səfərindən paylaşım edib.

    L.Əliyeva səfərlə bağlı görüntüləri rəsmi “Instagram” hesabında paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • Beyləqanda 17 tüfəng polisə təhvil verilib

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib

    Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi Tahir Əliyev 77 yaşında vəfat edib.

    Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) Mətbuat Xidməti məlumat verib.

    Qeyd edək ki, Tahir Əliyev “Lokomotiv” idman mərkəzinin məşqçisi olub.

  • Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

    Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Yaşar Güler Şəhidlər xiyabanını və Bakı Türk Şəhidliyini də ziyarət edib, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüb.

    Türkiyəli nazir Zəfər parkında da olub.

  • В Баку продолжается реставрация мозаик

    В Баку продолжается реставрация мозаик.

    Как сообщили в Исполнительной власти Баку, по инициативе вице-президента Фонда Гейдара Алиева, основателя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой во многих частях Баку проведены работы по реставрации мозаик – редкого образца монументального искусства.

    Проводимые работы по реставрации завершены перед предприятием на проспекте Гейдара Алиева в Низаминском районе, а также перед железнодорожным переездом на улице Саттара Бахлулзаде в Сураханском районе.

    В настоящее время работы продолжаются по другим адресам.

  • Bakıda mozaikaların bərpası davam edir

    Bakının bir sıra rayonlarındakı bəzi bina və parkları bəzəyən, xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.

    Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə işlər həyata keçirilib, bir sıra ünvanlarda bu mozaikalar bərpa olunub.

    Aparılan bərpa işləri artıq Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən müəssisənin qarşısında və Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsindəki Suraxanı Dəmiryol keçidinin qarşısında yekunlaşıb.

    Hazırda işlər digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.