Month: May 2025

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии Агдамского центра мугама

    10 мая Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии Агдамского центра мугама.

    Как сообщает АЗЕРТАДЖ, глава государства выступил на мероприятии.

    Затем Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева посмотрели концертную программу, посвященную открытию Агдамского центра мугама.

  • İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

    Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.

  • Часть сокровищ Тутанхамона переехала в новый музей

    Часть сокровищ из коллекции фараона Тутанхамона переехала в новый музей.

    Об этом сообщает министерство туризма и древностей Египта.

    “163 артефакта доставили в Большой Египетский музей в Гизе, официальное открытие которого запланировано на 3 июля”, – говорится в заявлении министерства.

    По словам министра туризма и древностей Шерифа Фатхи, часть экспонатов “золотой коллекции” Тутанхамона привезли в рамках последних приготовлений к официальному открытию музея. Затем туда перевезут другие артефакты.

    Среди перевезенных экспонатов – церемониальное кресло Тутанхамона, а также ювелирные изделия и подвески из золота. Гробницу Тутанхамона в 1922 году нашел в долине Царей в Луксоре во время раскопок британский археолог Говард Картер.

    После коллекция, включая золотую маску, была размещена в Египетском музее на Тахрире. В новом музее в Гизе сокровищам Тутанхамона обретут отдельный зал. Новый музей власти Египта называют “подарком миру” и планируют пригласить на его открытие глав государств.

  • Tutanxamonun xəzinələrinin bir hissəsi yeni muzeyə köçürülüb

    Firon Tutanxamonun xəzinə kolleksiyasının bir hissəsi yeni muzeyə köçürülüb.

    Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

    Nazirliyin bəyanatında deyilir: “163 artefakt Böyük Misir Muzeyinə (Gizədə) gətirilib, muzeyin rəsmi açılışının iyulun 3-də olacağı planlaşdırılır”.

    Turizm və qədim əsərlər naziri Şərif Fatihinin sözlərinə görə, Tutanxamonun “qızıl kolleksiyası”na aid eksponatların bir hissəsi muzeyin rəsmi açılışına hazırlıq çərçivəsində köçürülüb. Sonra digər artefaktlar da oraya daşınacaq.

    Köçürülən eksponatlar arasında Tutanxamonun mərasim kreslosu, qızıldan hazırlanmış zinət əşyaları və boyunbağılar var. Tutanxamonun məzarını 1922-ci ildə Fironlar Vadisində aparılan qazıntılar zamanı britaniyalı arxeoloq Hovard Karter aşkar etmişdi.

    Sonradan bu kolleksiya, o cümlədən məşhur qızıl maska, Tahrirdə yerləşən Misir Muzeyində nümayiş etdirilib. Yeni Gizə muzeyində Tutanxamonun xəzinələri üçün ayrıca bir zal ayrılacaq. Misir hakimiyyəti yeni muzeyi “dünyaya hədiyyə” adlandırır və açılışa dövlət başçılarını dəvət etməyi planlaşdırır.

  • Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?

    Bakı şəhərində əhalinin sıx yerləşməsi avtomobil sayının çoxalmasına şərait yaradır. Nəticədə, tıxac, parklanma kimi məsələlər ortaya çıxır. Parklanma əraziləri şəhərin müxtəlif ərazi və prospektlərində yerləşir. Sürücülər maşınlarını həmin ərazilərdə park edən zaman bəzən müəyyən problemlər ilə qarşılaşırlar. Avtomobillərin müəyyən yerlərdən vurulması, cızılması, əzilməsi və digər məsələlər zamanı məsuliyyətin kimin üzərində olması maraqlı mövzulardandır.

    Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunvericilikdə, bu məsələ ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmayıb.

    “Əgər hər hansısa avtomobilə digər avtomobil tərəfindən ziyan dəyirsə, həmin zərərin xərcini qarşı tərəf mütləq ödəməlidir. Lakin təbii fəlakət, ağac aşması, daş düşməsi kimi hallarda sürücü mülki iddia qaldıra bilər” – deyə o bildirib.

    Ekspertin sözlərinə görə, həmin hadisələr zamanı Yaşıllaşdırma idarəsinə, yolda çalaların vurduğu ziyana qarşı Yol idarəsinə qarşı iddialar qaldıra bilər. Amma parklanma yerlərində hələ ki, qanunla hansısa məsuliyyət nəzərdə tutulmayıb.

    Elməddin Muradlı söyləyib ki, bu qaydalar yerüstü parklanmalar üçün nəzərdə tutulmayıb. Lakin, yeraltı parklanma məkanlarda bu bir az fərqlidir. Orada təhlükəsizlik, mühafizə kimi məsələlər ön planda dayanır.(modern.az)

  • “Adsız Mercedes”lərin istehsalı başlandı – FOTO

    Rusiyada sanksiyaya görə tərk edilmiş avtomobil zavodlarının birində yenidən istehsal başlayıb. Həm də qərbli istehsalçıların iştirakı olmadan.

    Moskva ətrafındakı Yesipovo şəhərindəki köhnə “Mercedes” zavodunda istehsal bərpa edilib. Lakin Ştutqartlı istehsalçı bu maşınların “Mercedes” adlandırılmasına razılıq verməyib.


    Bu səbəbdən Rusiya polisi avtomobillərin qeydiyyat şəhadətnmaməsində “Markasız” MB GLS 400 d 4Matic” kimi göstərib. Formal olaraq bu avtomobil “Mercedes” adlanmasa da, ban nömrəsi 2022-ci ildəki formadadır.

    Bir neçə gün əvvəl BMW də Rusiyadakı anbarlarda qalan detallardan yığılmış maşınların ona aid olmadığını bildirmişdi.
    (avtosfer.az)

  • “28 May”ın ətrafı: 75 il 44 saniyədə – VİDEO

    Metronun “28 May” stansiyası ətrafında yaradılan hab ilə hərəkət azadlığı yenidən insanlara qaytarılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Qeyd olunub ki, avtobus və mikromobillik vasitələri sayəsində şəhərin mərkəzi daha əlçatan və insanyönümlü olub.

  • Bərdədə çayda batan Əlinin – Fotosu

    Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Bərdədə çayda boğularaq ölüb. Məlumata görə, Ə. Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gedibmiş.

    Median.Az onun fotosunu təqdim edir:

  • ÇL-də İngiltərənin 6 klubu olacaq

    İngiltərə Çempionlar Liqasının 2025/2026 mövsümündə 6 komanda ilə təmsil olunacaq.

    Bu “Mançester Yunayted” və “Tottenhem”in Avropa Liqasında finala yüksəlməsindən sonra dəqiqləşib.

    UEFA-nın reqlamentinə görə, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq. Finalçılar İngiltərə Premyer Liqasında qitənin ən nüfuzlu turnirinə şans verən ilk 5 yerdə qərarlaşmadığı üçün bu, ölkə üçün əlavə yer olacaq.

    Qeyd edək ki, “Liverpul” çempion olmaqla ilk hüquqa sahib olub. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır. Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.

  • Axirətin olduğuna ən çox inanan ölkələr – SİYAHI

    Axirətə – ölümdən sonra həyatın mövcudluğuna ən çox inanan ölkələrin adları açıqlanıb.
     
    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, siyahıda müsəlman ölkələri ilə yanaşı, xristian dövlətləri də yer alıb.
     
    Axirətə ən çox inanan ölkələr:
     
    Çin – Əhalinin 11,5 faizi ölümdən sonra həyata inanır.
    Yaponiya – 32,2 faiz
    Vyetnam – 34,1 faiz
    İspaniya -38,1 faiz
    Rusiya – 38,7 faiz
    Norveç – 30,3 faiz
    Böyük Britaniya – 41,7 faiz
    Monqolustan – 51,1 faiz
    Avstraliya – 53,8 faiz
    Braziliya – 56,7 faiz
    Kanada – 56,9 faiz
    Tayland – 57,1 faiz
    Venesuela – 57,2 faiz
    İslandiya – 58 faiz
    Argentina – 58,2 faiz
    ABŞ – 68,2 faiz
    Meksika – 70,8 faiz
    İndoneziya – 73,5 faiz
    Malayziya – 81,9 faiz
    Efiopiya – 82,4 faiz
    Nigeriya – 83,1 faiz
    Filippin – 83,8 faiz
     
    Katoliklərin çoxluq təşkil etdiyi Filippin ilk 10-luqda yer alan yeganə xristian ölkəsidir.
     
    Misir – 88,1 faiz
    Pakistan – 89,3 faiz
    İran – 91,3 faiz
    Türkiyə – 91,8 faiz
    Liviya – 95,5 faiz
    Mərakeş – 96,2 faiz
    Banqladeş – 98,8 faiz