Month: May 2025

  • 770 min manat vergi borcu olan şirkət kimindir?

    “Bitel” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var.

    Valyuta.az xəbər verir ki, hazırda şirkətin vergi borcu 770 199,05 manatdır.

    “Bitel” şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əsədov Anar Mahmud oğludur.

    Şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Anar Əsədov barəsində də hər hansı məlumat yoxdur.

  • BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq

    “Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq”.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

    Qeyd edilib ki, “Son zəng” tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

    “Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

  • Yanğın, sel, zəlzələ… – Evimizi necə sığortalayaq?

    Bəzən vətəndaşın özündən asılı olmayan səbəblərdən şəxsi əmlakı zərər görə bilir. Bu hadisələrə təbii fəlakətlər (sel, torpaq sürüşməsi, yanğınlar, şiddətli yağış və külək, zəlzələ və digərləri) aiddir. Lakin bir çox vətəndaş bu cür hallar qarşısında nə edəcəklərini bilmir. 

    Modern.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev deyib ki, vətəndaşların mülkiyyət hüququ ilə sahib olduğu daşınmaz əmlak – mənzil, fərdi ev, obyekt və ya qeyri-yaşayış sahəsi – hər bir vətəndaş üçün dəyərli və strateji sərvətdir. Onu yalnız fiziki təhlükələrdən deyil, maliyyə risklərindən də qorumaq üçün sığorta mühüm vasitədir.

    Sığorta niyə vacibdir?

    “Əmlakı sığortalamaq, mülkiyyəti gözlənilməz risklərdən, məsələn, yanğın, oğurluq, təbii fəlakətlər və s. qorumaq üçün vacib addımdır. Bu proses vətəndaşların maliyyə təhlükəsizliyini təmin edir. Əlbəttə ki, bu hadisəsinin nə vaxt, necə və hansı şəraitdə baş verəcəyini əvvəlcədən ehtimal etmək çox çətindir. Xüsusi ilə də təbii fəlakətlərlə əlaqədar risklərin müəyyənləşdirilməsi çətin prosesdir. Lakin, sığorta məhsullarından istifadə etmək, sığortalanmaq gələcəkdə baş verə biləcək hal və hadisələr zamanı vətəndaşların qarşılaşdığı maliyyə itkisinin qarşısını alır” – deyə, o bildirib. 

    Sığortanı necə əldə bilərik?

    Bugün sığorta məhsullarının əldə olunması daha rahat və əlçatandır. Çünki vətəndaş özü internet imkanları ilə sığorta şirkətinin veb-saytına daxil olub, sığorta məhsullarını əldə edə bilər. Sığorta hadisələri baş verdikdə əlbətdə ki, müəyyən itkiləri də özü ilə bərabər gətirir, xüsusi ilə baş vermiş hadisənin təbii fəlakətlər fonunda olması isə daha çox şəxsi əhatə edir və daha irimiqyaslı zərərlərin dəyməsini ehtiva edir. Təbii fəlakətlərə qarşı sığortalanmanın bir sıra üstünlükləri mövcuddur ki,  bu da vətəndaşı hadisə zamanı ciddi maliyyə itkisinə qarşı qorunmanı təmin edir, əmlakın və ya yaşayış yerinin bərpası üçün sığorta ödənişi ödənildikdə, fəlakətdən sonra normal həyata dönüş prosesi xeyli sürətlənir.

    Ekspert söyləyib ki, bu risklərə münasibətdə ölkəmizdə bir sıra sığorta məhsulları mövcuddur ki, bunlardan bəziləri icbari sığorta kateqoriyasına və digərləri isə könüllü sığorta növlərinə aiddir.

    “Ölkəmizdə “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun qəbul edilmiş və 2011-ci ildən tətbiq edilməyə başlamışdır. Bu sığorta növü üzrə sığorta təminatlarına təbii fəlakətlər nəticəsində əmlaka dəymiş zərər, eyni zamanda yanğın, partlayış riskləri, bundan başqa subasma kimi hadisə tezliyi yüksək olan risklər aiddir. Sığorta məbləği və sığorta haqları şəhər və regionlara uyğun olaraq dəyişir. 

    Məsələn, Bakı şəhəri üzrə sığorta haqqı illik 50 manat olmaqla, 25.000 manatlıq bir təminatla əmlakı qeyd olunan risklərdən sığortalamaq mümkündür. Bu məbləğ, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 40 manat olmaqla, 20.000 manatlıq bir təminatı əhatə edir, respublikamızın digər regionlarında isə 30 manat olmaqla, 15.000 manatlıq təminatı əhatə edir.” 

    Emin Allahverdiyev vurğulayıb ki, kiçik sığorta haqları ödəməklə il ərzində baş verə biləcək istər təbii fəlakətlər, istərsə də digər risklərə münasibətdə təminat almaq mümkündür və bu sığorta növünün ölkədə  sığorta haqqı baxımından kifayət qədər əlçatan olduğunun da göstəricisidir. Qeyd olunan risklər üzrə hadisə baş verdiyi zaman əmlakın konstruktiv elementlərinə, bəzək elementlərinə, elektrik, rabitə və digər naqillərinə, qaz və su təchizatına, divar, tavan və döşəmələrə dəymiş zərərlər üzrə təminat verilir.

    Bundan başqa əmlakı könüllü qaydada da sığorta etdirmək mümkündür. Burada sığorta məbləğini və şərtlərini sığortaçı ilə sığortalı arasında razılaşdıraraq müqavilə bağlamaq mümkündür. 

    Könüllü sığortada risklər müqavilədə qeyd olunmalıdır

    Könüllü əmlak sığortası ilə vətəndaş hətta daşınar əmlaklarını da təbii fəlakət risklərinə münasibətdə sığorta edə bilər. Bundan başqa könüllü əmlak sığortası üzrə sığorta haqlarını sığorta şirkəti ilə razılaşdıraraq hissəli ödənişlərlə də ödəmək mümkündür. Sığorta risklərinin siyahısında təbii fəlakətlər, zəlzələ, sel, daşqın, tufan, qasırğa kimi təminatların olmasına diqqət etmək lazımdır. Çünki könüllü sığortalarda yalnız sığorta şəhadətnaməsində qeyd edilmiş risklər üzrə təminatlar verilir və bu nöqteyi-nəzərdən sığorta şəhadətnaməsini alarkən mütləq onu oxumalı və daha sonra imzalamalısınız.

    Fərdi şəkildə əmlakı sığorta etmək üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədi (çıxarış və digər sənədlər) və sığortalının şəxsiyyət vəsiqəsinin təqdim edilməsi lazımdır. Vətəndaş bu prosesi internet resursları vasitəsi ilə sığorta şirkətlərinin web səhifələrinə də daxil olub edə bilər.

  • Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır – VİDEO

    “Ögey ana”, “Fəryad” kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır.

    Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

    “Uzun müddət əvvəl Azərbaycandan gedib. Niyə görə gedib? Küsüb gedib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsə də qəbul etmir, gizlənir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Mirzəyeva Ceyhun qızı” deyə, aparıcı vurğulayıb.

    Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 1993-cü il martın 5-də vəfat edib.

  • Bakıda məşhur uşaq bağçası ləğv olunur

    “Şüvəlan Uşaq Bağçası” MMC ləğv olunur.

    Bu barədə İqtisadiyyat.az MMC-yə istinadən xəbər verir.

    Ləğv olunduğunu elan edən MMC kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 23, mənzil 35 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğludur. Mətbuatda “Şüvəlan Uşaq Bağçası”nın məmurlardan birinə məxsus olduğu barədə məlumatlar yayılıb.

  • Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır

    Azərbaycanda dəmir və beton istehsalı ilə məşğul olan “Bakı Dəmir-Beton 8” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası keçiriləcək.

    İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 25-nə təyin olunub.

    Səhmdarların ümumi yığıncağının gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar ASC-nin illik və maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, eləcə də şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması və bu barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi, cəmiyyətin bütün işçiləri ilə əmək müqavilələrinə xitam verilməsi, direktorlar və müşahidə şurasının, təftiş komissiyasının (müfəttişinin), icra orqanının (direktorunun) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir.

    Qeyd edək ki, “Bakı Dəmir-Beton 8” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 959 664 manatdır və qanuni təmsilçisi Dadaşov Kəmaləddin Nağı oğludur.

  • Evlərin qiyməti kəskin bahalaşacaq (AÇIQLAMA)

    Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.

    Bəs bahalaşmanın səbəbləri nədir?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Kənan Qulizadə açıqlama verib:

    “Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb”.

    İqtisadçının sözlərinə görə, 2022-ci ilin mart-aprel aylarında paytaxtın mərkəzi rayonlarında yeni tikililərin qiyməti xeyli aşağı olub. Mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu bilavasitə sünii bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materialları, tikinti xidmətlərinin baha olması ilə bağlıdır.

    Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ şəhər ərazisində qeydə alınıb. Həmçinin Nardaran bağlarında torpaq 70 faiz bahalaşıb. Ekspert artım prosesinin davamlı olacağını bildirir. Baxmayaraq ki, 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşdırıldı. Artıq məhdudlaşma ilə bağlı hər hansı əsas yoxdur. Buna baxmayaraq yeni başlayan inşaat layihələrinin sayı azdır. Bu da o deməkdir ki, bu ilin sonuna kimi tikinti şirkətləri arasında rəqabət olmayacaq.

    Ekspert onu da qeyd edib ki, paytaxtda 150-dən çox bina qəzalı vəziyyətdədir. Bununla bağlı rəy verilib ki, həmin binaların istismar müddəti başa çatıb. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb. Bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyasi davam edəcək.

  • “Adamyeyən Hannibal”ın məktubları üzə çıxdı: İngiltərənin ən təhlükəli məhbusunun sevgi etirafı

    İngiltərənin ən təhlükəli məhbusu kimi tanınan və “Adamyeyən Hannibal” ləqəbi ilə tanınan Robert Maudsleyə aid indiyə qədər üzə çıxmamış bir sıra məktublar ictimaiyyətə təqdim edilib. 

    Qaynarinfo xəbər verir ki, 1983-cü ildən bəri gününün 23 saatını şüşə kamerada keçirən Maudsley yazdığı məktublarda ilk dəfə sevgisindən bəhs edib.

    Təxminən 50 ildir ki, dəmir barmaqlıqlar arxasında olan Maudsley məktub yazmağa kifayət qədər vaxt tapıb. Onun yazılarında sevimli televiziya proqramı olan Devid Attenboronun vəhşi təbiət verilişlərinə dair müşahidələri və saxlandığı şəraitin yaxşılaşdırılması ilə bağlı tələbləri yer alır.

    “Bob”, “Mavi”, “Qaşıqlar” və “Adamyeyən Hannibal”

    İngiltərədə ən uzun müddət həbsdə saxlanılan məhbus olan Robert Maudsley əlləri ilə dörd nəfəri öldürdüyü üçün müxtəlif ləqəblərlə tanınıb. Əvvəlcə ilk qurbanını boğarkən sifəti mavi rəngə çaldığı üçün ona “Mavi” deyilib. Daha sonra bir məhbus yoldaşını öldürüb beynini qaşıqla çıxardığına görə “Qaşıqlar” ləqəbi ilə tanınıb. Bu hadisədən sonra isə “Adamyeyən Hannibal” adlandırılıb.

    Günün birində iki məhbusu daha qətlə yetirdikdən sonra qanlı, əl işi bıçağı nəzarətçiyə uzadaraq soyuqqanlı şəkildə “Yoxlamada iki nəfər əskik olacaq” deməsi onun adını daha da qorxulu bir simvola çevirib.

    Şüşə kamerada 17 min gün

    Maudsley 1983-cü ildən bəri Vakefield həbsxanasında – “Canavar köşkü” kimi tanınan A kateqoriyalı müəssisədə, yeraltında xüsusi hazırlanmış şüşə və plastik kamerada saxlanılır. Bəziləri onun hücrəsinin “Quzuların səssizliyi” filmindəki Hannibal Lecter-in hücrəsinə ilham verdiyini iddia edir.

    O, bu kamerada 17 min gün təkbaşına kilidli qalıb və gününün 23 saatını burada keçirir. Öz sözlərinə görə, bu, “tabuta diri-diri basdırılmağa” bənzəyir. Bu baxımdan o, dünyada ən uzun müddət təkadamlıq kamerada saxlanılan şəxs kimi tanınır.

    Sevgi dolu məktublar

    Bütün bu keçmişinə baxmayaraq, Maudsley yazdığı məktublarda bir qadına olan sevgisindən bəhs edir. 69 yaşlı qadınla məktub vasitəsilə qurduğu münasibət barədə “Sevgili, şirin Loveinia” sözləri ilə başladığı məktubda qadına təşəkkür edir, onu “qız yoldaşı” kimi təsvir edir və ona olan sevgisini ifadə edir.

    “Bu son illərdə mənimlə paylaşdığın bütün mərhəmət, diqqət və sevgi, hər şeyin öhdəsindən gəlməyimə kömək etdi. Mənim gözəl Loveinia’m, həyatımızda nə qədər çox sevgi olsa, pis xatirələr bir o qədər uzaqlaşır və həyat daha mənalı olur”, deyə o, məktubda yazır.

    Məktublar “Bob” imzası ilə tamamlanır.

  • Planetdə həyatın sonu: Alimlər Yerdə oksigenin nə zaman yox olacağını müəyyən edib

    Alimlərin apardığı araşdırmalara görə, oksigenlə zəngin atmosfer Yer tarixində müvəqqəti bir mərhələdir.

    “BBC Sky at Night” nəşrinin yazdığına görə, Yer təqribən 1 milyard il sonra oksigenlə zəngin atmosferini itirəcək. Bu nəticəyə atmosferin təkamülünü modelləşdirən alimlər gəliblər.

    “Nature Geoscience” jurnalında dərc olunan araşdırmaya əsasən, Yer üzünün yaşamaq üçün yararsız hala gəlməsinin ən mümkün səbəbi oksigenin itirilməsi olacaq. Bu nəticəyə Toho Universitetindən Kazumi Ozaki və Corciya Texnologiya İnstitutundan Kristofer Reynxard gəliblər. Onlar Yer kürəsinin iqlim və biokimya təkamülünü 400 min dəfədən çox modelləşdiriblər.

    “Uzun illərdir Yer biosferasının ömrü Günəşin parlaqlığının sabit şəkildə artması və karbonat-silikat geokimyəvi dövriyyə əsasında müzakirə olunur. Bu nəzəri çərçivənin nəticələrindən biri atmosferdə CO₂ səviyyəsinin davamlı azalması və geoloji zaman miqyasında qlobal istiləşmənin baş verməsidir”, deyə Ozaki bildirib.

    Alimlərin sözlərinə görə, Yer biosferası 2 milyard il ərzində həm qızmar istilik, həm də fotosintez üçün lazım olan CO₂ çatışmazlığı səbəbilə yox olacaq. Bu, elmi dairələrdə artıq tanınmış bir faktdır.

    “Əgər bu doğru olsa, onda gələcəkdə atmosferdəki oksigen səviyyəsinin də azalacağı gözləniləndir. Lakin bunun nə zaman və necə baş verəcəyi hələ dəqiq məlum deyildi”, deyə tədqiqatçılar qeyd ediblər.

    Model göstərib ki, təqribən 1 milyard ildən sonra atmosferdə “sürətli deoksigenləşmə” prosesi başlayacaq. Bundan sonra atmosfer Böyük Oksigen Hadisəsindən əvvəlki vəziyyətə – yəni 2,5 milyard ildən əvvəlki dövrə bənzəyəcək.

    “O dövrdən sonra yaranacaq atmosferdə metan səviyyəsi yüksək, CO₂ miqdarı isə aşağı olacaq və ozon qatı olmayacaq. Yer sistemi çox güman ki, anaerob həyat formalarının dünyasına çevriləcək”, deyə Ozaki bildirib.

    Bu araşdırma astronomiya üçün də mühüm əhəmiyyət daşıyır. Oksigen həyatın əsas “biosiqnalları”ndan biridir və alimlər başqa planetlərdə həyat axtararkən məhz bu göstəricidən istifadə edirlər. Tədqiqatçılar vurğulayırlar ki, oksigenlə zəngin atmosfer planet tarixində sadəcə müvəqqəti bir mərhələdir.

    Yer bu cür “canlı atmosfer”i öz ömrünün yalnız 20-30%-i ərzində daşıyacaq. Bu isə Yerə bənzər planetləri həyatın müşahidə oluna biləcəyi dövrdə tapmaq şansını son dərəcə məhdudlaşdırır.
    //qaynar.az

  • КС Румынии утвердил итоги первого тура президентских выборов

    Конституционный суд Румынии утвердил результат первого тура президентских выборов, который прошел 4 мая.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, в первом туре победил лидер оппозиционного националистического Альянса за объединение румын Джордже Симион (40,96% голосов), на втором месте – независимый кандидат, мэр Бухареста Никушор Дан (20,27%). Они будут соперниками во втором туре, который пройдет 18 мая.

    Суд также отклонил жалобу бывшего кандидата в президенты Себастьяна Попеску, который требовал признать результаты недействительными, заявляя, что Симион и Дан пользовались незаслуженным преимуществом в соцсетях, что якобы повлияло на волеизъявление избирателей.

    После решения суда в стране официально стартовала предвыборная кампания ко второму туру.