Month: May 2025

  • Проходит судебное заседание по уголовному делу обвиняемых в совершении военных преступлений армян

    В Баку проходит очередное судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений.

    Заседание проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что на прошлом заседании были заслушаны показания потерпевших.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, məhkəməsi keçirilən şəxslər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • İcra Hakimiyyətinin əməkdaşları Hacıqabulda qəzaya düşdülər – Yaralılar var

    Hacıqabulda “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər Rayon İcra Hakimiyyətinin işçiləridir.

    Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.

    Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.

  • Kadırov mümkün istefasından danışıb: “Putin necə desə, elə də olacaq”

    Çeçenistanın başçısı Ramzan Kadırov özünün mümkün istefası barədə danışıb.

    O, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını söyləyib:

    “Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm” , – deyə o diqqətə çatdırıb.

    Xatırladaq ki, mayın 5-də R.Kadırov yerli xəbər agentliyinə müsahibəsində prezidentdən onu tutduğu vəzifədən azad etməyi xahiş etdiyini bildirmişdi./oxu.Az

  • Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq – VİDEO

    Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.

    Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı gözə çarpır?

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı Kənan Quluzadənin sözlərinə görə, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub. O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır.

    Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, “SeaBreeze”də torpaq 70-100 faiz arasında bahalaşıb.

    Artım prosesinin davamlı olacağını bildirilir.

    Ekspert onu da bildirib ki, paytaxtda 150-dən çox binanın qəzalı olması ilə bağlı rəy verilib, bu binalar artıq istismar müddətini bitirib. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb, bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyası davam edəcək.

    Daha ətraflı videomaterialı təqdim edirik

  • Gədəbəydə 86 yaşlı kişi özünü ASDI

    Gədəbəydə intihar hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

    Kənd sakini 1939-cu il təvəllüdlü Hümbət Həsənov yaşadığı evdə özünü asıb.

    86 yaşlı kişinin meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında – Fotolar

    Xəbər verdiyimiz kimi, bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycan  Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

    Median.Az həmin tədbirdən fotoları təqdim edir:

  • Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB

    Hər il gənclərin xəstəliklərə yoluxma sayı daha da artır. 
    14-29 yaşlı gənclər arasında yayılan xəstəliklərə nəzər saldıqda, onların ən çox tənəffüs orqanları ilə bağlı xəstəliklərdən əziyyət çəkdikləri ortaya çıxır.

    Median.Az-ın məlumatına əsasən, təkcə 2023-cü ildə 705,481 gəncin 259,103-ü tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkdiyi ortaya çıxıb.
    Tənəffüs orqanlarının xəstəlikləri 18 ildir ki, ən pik həddə irəliləməyə davam edir. 

    Bəs tənəffüs orqanlarının xəstəliklərindən qorunmaq üçün nə etməli?
    Mütəxəssislərin fikrincə, tənəffüs yolu infeksiyalarından qorunmaq üçün əlləri mütəmadi sabunla yumaq çox vacibdir. Məlumatlara görə, sabunla əl yumaq respirator xəstəliklərin təxminən 20%-nin qarşısını ala bilir.
    Eyni zamanda otaqları tez-tez havalandırmaq, pəncərələri açmaq otaqdakı virus hissəciklərinin miqdarını azaldır. 

    Gündəlik idman və hərəkətlilik ürək-damar və ağciyərlərimizi gücləndirir. Məsələn, gəzinti, qaçış, velosiped və digər məşqlər ürək və ağciyərlərin işini yaxşılaşdıraraq nəfəsalma funksiyasını gücləndirir.

    Gənc nəslin tənəffüs orqanı xəstəliklərinə yoluxmasının digər səbəbi də, tütün istifadəsidir:
    Tütün istifadəsi tənəffüs xəstəlikləri üçün əsas risk faktorudur, passiv siqaret dumanı da ziyanlıdır.
    Yoluxucu xəstəliklərdən qorunmaq üçün peyvəndlərə də müraciət edilməlidir:

    Ən effektiv qorunma üsullarından biri peyvəndlənmədir. Məsələn, mövsümi qripə qarşı hər il peyvənd olunmaq tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı  qeyd edir ki, qrip peyvəndləri qrip xəstəliyinə yoluxmanın qarşısını alan ən effektiv vasitədir. Hər yaşdan insanlar (6 ay və yuxarı) qrip mövsümündə peyvənd olunmalıdırlar. 

    Yetərli və balanslı qidalanmada  immunitet sistemini gücləndirir.  
    Meyvə-tərəvəz və düyü, çovdar çörəyi, yulaf kimi məhsullar immumteti gücləndirir. 
    Meyvə-tərəvəzdəki C vitamini, zülal mənbələrindəki amin turşuları və pəhriz lifləri bədəni infeksiyalara qarşı möhkəmləndirir. Bol su içmək də vacibdir. Qidalanmada banan, kartof kimi qidalar qəbul etmək orqanizmin ümumi müqavimətini artırır. 

    Hər gün kifayət qədər yuxu və stressdən azad həyat tərzi də immunitetə müsbət təsir edir. /lent.az

  • Tramp 8 mayı Qələbə Günü elan etdi

    ABŞ Prezidenti Donald Tramp 8 may tarixinin İkinci Dünya müharibəsində Qələbə Günü elan edilməsi barədə göstəriş verib.

    Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan məlumatda qeyd olunub.

    Tramp bəyanatda “müttəfiqlərin nasional-sosializm və faşizm üzərində qələbəsini” vurğulayaraq, ABŞ-nin İkinci Dünya müharibəsində təxminən 250 min nəfər itki verdiyini xatırladıb.

    “Əgər ABŞ əsgərlərinin bu fədakarlığı olmasaydı, müharibə qazanılmazdı və bugünkü dünyamız tamamilə fərqli görünərdi”, – deyə Tramp bildirib.

  • Prezident İlham Əliyevin adından Vyetnam KP MK Baş katibinin şərəfinə dövlət ziyafəti verilib

    Mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin şərəfinə dövlət ziyafəti verilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyafətdə Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı təqdim olunub.