Month: May 2025

  • Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb

    Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

    Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

    Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

    Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın mövcud olduğu qeyd edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

    Bildirilib ki, ölkə başçıları arasında fəal siyasi dialoq və müntəzəm təmaslar əməkdaşlığın inkişafında çox mühüm rol oynayır. Dövlət başçılarımızın müəyyən etdiyi strateji istiqamətlərin dövlət qurumları tərəfindən ardıcıl şəkildə reallaşdırılması əlaqələrimizin müxtəlif sahələr üzrə inkişafına imkan yaradıb və ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qeyd olunub ki, ölkələrimizin liderlərinin uğurlu rəhbərliyi ilə dövlətlərimiz və xalqlarımız böyük nailiyyətlər əldə ediblər.

    Görüşdə dövlətlərimiz arasında əməkdaşlığın mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu bildirərək, səfər çərçivəsində apardığı danışıqlar barədə məlumat verib. O, dünən imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək, deyib ki, bu sənəd tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək.

    Həmçinin diqqətə çatdırılıb ki, parlamentlərimiz ikitərəflə əsasda olduğu kimi, beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. Parlament üzvlərimiz Parlamentlərarası İttifaq, İƏTPA, Asiya Parlament Assambleyası, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi təşkilatlarda sıx əlaqə saxlayır və bir-birini dəstəkləyir.

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti parlamentlər arasındakı əlaqələrin dövlətlərarası münasibətlər sistemində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, bu sahədə əməkdaşlığın dərinləşməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

    Söhbət zamanı humanitar sahədə də əlaqələrin önəmi ifadə edilərək, qeyd olunub ki, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əsasda mədəni tədbirlərin davam etdirilməsi, şəhərlər və regionlar arasında əlaqələr xalqlarımızı daha da yaxınlaşdıra biləcək təşəbbüslərdir.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

  • Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır

    Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının yaradılması üçün Anlaşma Memorandumu imzalanıb.

    Bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsində hesabında bildirib.

    Onun sözlərinə görə, memorandum KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanıb.

    “Bu mühüm addım ölkələrimiz arasında daha dərin iqtisadi əlaqələrin qurulmasına, dinamik biznes əməkdaşlığına və daha güclü tərəfdaşlığa yol açır”,- o qeyd edib.

  • To Lam: “Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır”

    “Ölkələrimiz (Vyetnam və Azərbaycan – red.) arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

    “Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq”, – deyə baş katib əlavə edib.

  • Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)

    Avropada yay aylarında bəzi məşhur turizm istiqamətləri həddindən artıq turist axını və yüksək qiymətlər səbəbilə artıq cəlbedici deyil. Lakin hələ də sakitlik axtaranlar üçün kütlədən uzaq, az tanınsa da təbii gözəlliyi ilə seçilən kurortlar mövcuddur.

    Tanınmış turizm platforması “Europe’s Best Destinations” Avropada həddindən artıq turizmdən hələ təsirlənməyən, ən yaxşı 13 sahilyanı kurortun siyahısını təqdim edib.

    Reytinqə Portuqaliyanın cənubundakı turizm bölgəsi olan Alqarvedə yerləşən Kosta-Visentina (Costa Vicentina) regionu başçılıq edir. Məlumatda bildirilir ki, Portuqaliyanın cənub-qərbində yerləşən Kosta-Visentina dramatik qayalıqları, tənha çimərlikləri və toxunulmamış təbiəti ilə tanınır. Təbii parkın bir hissəsi olan bu bölgə sörfçülər, təbiətsevərlər və piyada gəzinti həvəskarları üçün əsl cənnətdir.

    Ziyarətçilər burada Rota Vicentina adlanan mənzərəli yürüş marşrutlarını kəşf edə, Praia da Amoreira kimi sakit çimərliklərdə dincələ və yerli restoranlarda təzə dəniz məhsullarından dada bilərlər. Müəlliflərin qeyd etdiyinə görə, Kosta-Visentina macəra və istirahət arasında ideal balans təklif edir.

    Avropada izdihamdan uzaq 13 ən yaxşı sahil kurortu:

    1. Kosta-Visentina, Alqarve, Portuqaliya
    2. San-Migel adası, Azor adaları, Portuqaliya
    3. Sivota, Yunanıstan
    4. Marina-di-Kamerota, İtaliya
    5. Tsasteni, Yunanıstan
    6. Formentera, Balear adaları, İspaniya
    7. Korçula, Xorvatiya
    8. La Qomera, Kanar adaları, İspaniya
    9. Egq adası, Şotlandiya, Böyük Britaniya
    10. Xora, Alonis adası, Yunanıstan
    11. Çefalu, Siciliya, İtaliya
    12. Karpatos adası, Yunanıstan
    13. Mall adası, Şotlandiya, Birləşmiş Krallıq
    //qaynar.az

  • Bakıda güclü yanğın başlayıb

    Bakıda şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

  • Во дворце “Гюлистан” состоялось знакомство с выставкой изобразительного искусства Вьетнама

    7 мая во Дворце “Гюлистан” в Баку Президент Азербайджанской Республики Ильхам Алиев, первая леди Мехрибан Алиева, их дочь Лейла Алиева, Генеральный секретарь Центрального Комитета Коммунистической партии Социалистической Республики Вьетнам То Лам и его супруга Но Фон Ли ознакомились с выставкой изобразительного искусства Вьетнама.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • “Gülüstan” sarayında Vyetnam rəsm əsərlərinin sərgisi ilə tanışlıq olub

    Mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı

    Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.

    Median.Az “Minval”a istinadən xəbər verir ki, mayın 8-də Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər planlaşdırılır. Təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycan səfiri Leyla Abdullayevaya dəvət göndərilməyib.
    Aydındır ki, Makronun komandası hər cəhətdən ucuz siyasi hərəkətlərə əl atır ki, bu da hökumətdə heç birmənəvi dəyər və etik normaların olmadığını nümayiş etdirir.

    Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə haqqında çox danışmaq olar. Yalnız ən məlum rəqəmlərlə kifayətlənək: Almaniyaya qarşı döyüş əməliyyatlarında 600 min vətəndaşımız iştirak edib. Onlardan 300 mini həlak olub. Azərbaycan hər onuncu vətəndaşını itirib. Ekspertlər Azərbaycan neftinin və logistikasının unikal rolunu təsdiq edirlər.

    Ən əsası isə Fransız Müqavimət Hərəkatında Azərbaycan vətəndaşlarının iştirakı faktı var. Əvvəla, bu Əhmədiyyə Cəbrayılovdur. O, Fransanın ən yüksək ordeni ilə təltif edilib. Bundan əlavə, Fransa rəhbərliyi ona Hərbi Xaç, “Döyüş Şücaəti” Xaçı, “Fransız Müqavimət Hərəkatı” medalı, “Cəsarət” medalı verib. Həm də Əhmədiyyə Cəbrayılov Fransa naminə vuruşan yeganə soydaşımız olmayıb.

    Lakin görünür Makron hökuməti bütün bunları gözardı etməyi özünə sığışdırmağı bacarır.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksəktəzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə mayın 8-də saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

  • Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun vergi borcu üzə çıxdı

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınan “Gilan Dəri” MMC-nin (Gilan Dəri Emalı Zavodu) vergi borcu yaranıb.

    Şirkətin hazırda 17 018,82 vergi borcu var.

    “Gilan Dəri” MMC 26 avqust 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 325 000 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Mehdiyev Yalçın Arif oğludur.

    Mediada Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən araşdırma materiallarında Gilan Dər Emalı Zavodunun nazirə məxsus olduğu iddia edilir. Bu iddia indiyədək təkzib edilməyib.

    Kəmaləddin Heydərov 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır.//qaynar