Month: May 2025

  • Türkiyəli keçmiş futbolçu haqqında yayılan həbs xəbərlərinə aydınlıq gətirdi

    Bir neçə saat əvvəl mətbuatda həbs edilməsi ilə bağlı xəbəri yayılan futbol üzrə Türkiyə millisinin sabiq üzvü Ümit Karan qısa videomüraciət yayımlayıb.

    Median.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, keçmiş futbolçu açıqlamasında həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

    “2015-ci ildən barəmdə cinayət işi var idi. Bu gün vəkilimlə birlikdə ədliyyə orqanında işlərimi həll etdim. Həbs edilməmişəm. Xahiş edirəm, saxta xəbərlərə inanmayın”, – deyə Ü.Karan bildirib.

  • “Microsoft” “Windows” parametrlərini dəyişə bilən süni intellekt təqdim edəcək

    “Microsoft” şirkəti “Windows 11” üçün genişmiqyaslı yeniləmə hazırlayır. Bu yeniləmə bir sıra süni intellekt funksiyalarını əhatə edəcək və onların əsasını parametrlər tətbiqində yerləşdirilən yeni intellektual köməkçi təşkil edəcək.

    Söhbət sadəcə söhbət botundan deyil, istifadəçinin istəyi ilə sistem parametrlərini müstəqil şəkildə tənzimləyə bilən tam funksiyalı agentdən gedir. Bu süni intellekt, məsələn, siçanın həssaslığını və ya mətn ölçüsünü səsli komanda ilə dəyişməyə imkan verəcək.

    Yeni köməkçi parametrlər pəncərəsinin yuxarı panelinə yerləşdiriləcək və yalnız suallara cavab verməklə kifayətlənməyəcək, həm də konkret əməliyyatlar təklif edəcək. İstifadəçi razılıq verdiyi halda dəyişiklikləri avtomatik tətbiq etmək imkanı da olacaq.

    Əvvəlcə bu funksiya yalnız ARM çipləri ilə təchiz olunmuş cihazlarda “Windows Insider” iştirakçıları üçün əlçatan olacaq. Lakin yaxın vaxtlarda bu yeniliyin adi x86 sistemləri üçün də istifadəyə veriləcəyi gözlənilir. Tam reliz tarixi isə hələlik açıqlanmayıb.

    Bununla yanaşı, “Microsoft” “Windows 11″də digər funksiyaları da yeniləyir. Məsələn, “Foto” tətbiqinə süni intellektlə idarə olunan dinamik işıqlandırma əlavə olunacaq. Bu xüsusiyyət üç virtual işıq mənbəyi vasitəsilə fotoların daha çevik redaktəsini mümkün edəcək.

    “Snipping Tool” alətinə isə ağıllı kəsim, mətn tanıma və dəqiq rəng seçimi üçün pipetka funksiyaları əlavə olunacaq.

    “File Explorer” (Fayl meneceri) də daha ağıllı olacaq: istifadəçi sadəcə sağ düymə ilə klikləməklə video faylın qısa xülasəsini və ya sənədin sadələşdirilmiş məzmununu əldə edə biləcək.

    Qeyd edək ki, daha əvvəl “Microsoft” bəzi istifadəçiləri zorla yeni “Windows” versiyasına keçirməyə başladığı barədə məlumatlar yayılmışdı. Bu proses yalnız müvəqqəti olaraq təxirə salına bilər.
    //qaynarinfo

  • Azad Məcidov TƏQAÜDƏ GÖNDƏRİLDİ

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqaüdə göndərilib.

    Median.Az E-huquq.az-a istinadən xəbər verir ki, tanınmış hakim bu gün son hökmünü oxuyub.

    Belə ki, o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən 3 nəfərə – Elnur Əzimov, Miskin Hümbətov və Anar Əliyevə 15 ilədək həbs cəzası təyin edib.

    Bu məhkəmə iclasından sonra A.Məcidovun hakimlik fəaliyyəti başa çatıb.

  • Ильхам Алиев: У Азербайджана и Вьетнама есть большие перспективы в сфере оборонной промышленности

    Азербайджанская сторона готова инвестировать в возобновляемые виды энергии во Вьетнаме.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с Генеральным секретарем Центрального комитета Коммунистической партии Вьетнама То Ламом.

    Глава государства также отметил, что имеется очень большой потенциал в сфере оборонной промышленности. “В обеих странах это направление промышленности достаточно развито, и объединение здесь усилий, создание совместных предприятий и взаимодействие могут принести пользу”, – добавил он.

    Президент Ильхам Алиев подчеркнул, что совместная деятельность двух стран в международных организациях также вызывает удовлетворение.

  • Prezident: “Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var”

    “Azərbaycan tərəfi Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazırdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında bildirib.

    Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib və burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

    Dövlətimizin başçısı bildirib ki, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz də çox ürəkaçandır.

  • Мехрибан Алиева встретилась с супругой генсека ЦК Компартии Вьетнама – ФОТО

    7 мая первая леди Азербайджанской Республики Мехрибан Алиева встретилась с супругой Генерального секретаря Центрального комитета Коммунистической партии Социалистической Республики Вьетнам Но Фон Ли.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Mehriban Əliyevanın Vyetnam KP MK baş katibinin xanımı ilə görüşü olub – FOTO

    Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • “Meydan TV” işi üzrə saxlanılan jurnalist həbs edilib

    Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, bundan əvvəl “Meydan TV”nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

  • “Hökumət onlayn kreditə qadağa qoymalıdır” – İqtisadçı ekspert

    “Onlayn kredit verilməsi zamanı “ASA İmza”dan istifadə edilməsi vacib olmalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında problemli kreditlərin artmasından danışarkən iqtisadçı ekspert Akif Nəsirli deyib.

    Ekspert ölkədə problemli kreditlərin artması fonunda bankları bu riskə getməməyə səsləyib:

    “Banklar vətəndaşı tapa biləcəklərinə güvənirlər. Borc verdikləri vətəndaşın ilk növbədə real olduğunu müəyyənləşdirməsələr də, sonradan adına kredit sənədləşdirilən şəxsi asanlıqla tapa və onun qarşısına tələb qoya bilirlər. Ona görə də banklar bir qədər arxayındırlar. Hesab edirəm ki, bu məsələni tənzimləyən xüsusi qanuna ehtiyac var. Məsələn, birinin telefonunu oğrayıblar. Telefon da kodsuzdur. Həmin adamın telefonunu götürüb nə qədər istəsən kredit rəsmiləşdirmək olar. Beləliklə də onu borc altında qoymaq asandır”.

    Akif Nəsirli vurğulayıb ki, bu sistem vətəndaşlarda banklara qarşı təzə-təzə yaranmış güvəni sarsıdır:

    “Məsələ qanunvericiliklə tənzimlənməlidir. İlk növbədə prosesdən hökumət narahat olmalı, məsələnin qarşısını almaq üçün qanun qəbul etməlidir. Bank kredit verdiyi vətəndaşla üzbəüz oturmalıdır. Yaxud da vətəndaş pul almaq istəyirsə, bankın yerləşdiyi məkana getməlidir. Kreditin verilməsi ən azı qarşı-qarşıya təmasdan keçməlidir”.

    Ekspert hesab edir ki, Azərbaycan hökuməti onlayn kreditə qadağa qoymalıdır:

    “Çünki, məsələn, kiminsə telefonunu əlindən alaraq təzyiq edərlər, bıçağı boğazına dirəyərək deyərlər ki, “aç telefonu, mənim üçün kredit götür”. Niyə belələrinə şərait yaradılmalıdır?”.

  • IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə mayın 18-də IV, mayın 19-da isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək.

    Bu barədə MÜTDA-dan xəbər verilib.

    Bildirilib ki, monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

    Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

    Dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

    Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.