Month: May 2025

  • Как азербайджанцы оказались замешаны в финансировании сирийских боевиков: детали уголовного дела

    В Бакинском суде по тяжким преступлениям прошел судебный процесс по уголовному делу, возбужденному в Службе государственной безопасности (СГБ) в отношении Хагани Омарова, Анара Саламзаде и Эльчина Азизова, обвиняемых в финансировании терроризма.

    На заседании под председательством судьи Нигяр Имановой государственный обвинитель огласил обвинительный акт.

    Выяснилось, что знакомые обвиняемых лиц – Шукюр Гамидли и Эльшан Мустафаев сначала уехали в Турцию, а оттуда в Сирию, где приняли участие в боевых действиях против местных властей. Следствием установлено, что обвиняемые с целью оказания им помощи перечисляли в долларах США деньги из своих личных средств и собранных в социальных сетях сумм по указанию Шукюра Гамидли на счета своих знакомых и других лиц за рубежом.

    Кроме того, в разное время осуществлялись денежные переводы и зятю Хагани Омарова Эльшану Мустафаеву с позывным “Эльшан Абу Усама”, проживающему в Сирии. Часть этих средств поступала Шукюру Гамидли в Сирии, а другая часть – другим лицам. Утверждается, что эти деньги косвенным путем переводились на счет другой вооруженной группировки, членами которой были оба лица.

    На процессе Анар Саламзаде, давая показания, заявил, что Шукюр Гамидли был его одноклассником, другом и переехал в Сирию. По его просьбе обвиняемый оказал ему помощь. “Через 3 месяца после переезда в Сирию Шукюр Гамидли написал мне, что рад тому, что я начал молиться. Он сообщил мне, что создал семью и в настоящее время воюет против правительственных сил Сирии, однако нуждается в материальной поддержке. Затем он прислал мне видео, показывающие плачевное положение, и сообщил, что нужны деньги на повседневные нужды, такие как палатки и еда. Я отправил деньги, чтобы оказать им продовольственную помощь. На мои деньги оружие не покупалось. Эльшана Мустафаева и других, упомянутых в обвинении, я вообще не знаю. С ИГИЛ у нас связей не было. Насколько я знаю, Шукюр Гамидли участвовал в составе другой вооруженной группировки. У него тоже не было связей с ИГИЛ (террористическая организация “Исламское государство”). Я работаю в Шеки, получаю зарплату 500-600 манатов. Если бы я думал, что это террористическая организация, то не стал бы помогать. Уже после задержания я узнал, что эта группировка связана с ИГИЛ”, – рассказал мужчина.

    Отвечая на вопросы государственного обвинителя, обвиняемый заявил, что он отправлял деньги не только в Сирию, но и в Шеки, Турцию и Россию в целях помощи. А упомянутых в обвинении лиц он не знает. Отправлять им деньги попросил Шукюр Гамидли. Видео, связанные с боевыми действиями, Шукюр тоже присылал для интереса.

    Хагани Омаров в своих показаниях заявил, что Эльшан Мустафаев является его зятем. “Эльшан Мустафаев – муж моей сестры. Моя сестра раньше была замужем за Эльханом. В 2013 году они переехали в Сирию. Недавно моя сестра вышла замуж за Эльшана. Эльшан попросил меня дать ему банковскую карту, чтобы помочь моей сестре. Я дал ему свою карту, и начались денежные переводы. Я не знаю, кто ему отправлял деньги. Вообще никаких денежных переводов в Сирию я не делал. Они хотели продать свой дом в Сирии и купить дом в Сумгайыте. Он сказал, что хотел отправить мою сестру в Азербайджан. Я просто помог собрать 30 тысяч. Я не знал о поддержке терроризма”, – отметил он.

    Следующий процесс продолжится 27 мая.

    Отметим, что вышеупомянутые лица были задержаны в результате операции, проведенной СГБ. Следственный орган установил, что обвиняемые перечисляли финансовые средства определенным лицам, действующим в зарубежной стране, с целью поддержки терроризма. Обвиняемым предъявлено обвинение по статье 214-1 (финансирование терроризма) Уголовного кодекса.

  • DTX-nin təqsirli bildiyi şəxslərin Suriya ilə nə əlaqələri olub? – MƏHKƏMƏ

    Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər – Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Məlum olub ki, təqsirləndirilən şəxslərin tanışları – Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək, yerli hakimiyyətə qarşı aparılan döyüşlərdə iştirak ediblər. İstintaqla müəyyən edilib ki, təqsirləndirilənlər onlara yardım etmək məqsədilə öz şəxsi vəsaitlərindən və sosial şəbəkələrdə topladıqları məbləğdən Şükür Həmidlinin göstərişi ilə xarici ölkədəki tanışlarına və digərlərinin hesablarına ABŞ dolları şəklində pul köçürüblər. Bununla yanaşı, Xəqani Ömərovun Suriyada yaşayan kürəkəni “Elşən Abu Usama” ləqəbli Elşən Mustafayevə də müxtəlif vaxtlarda pul köçürmələri edilib. Həmin gəlirin bir hissəsi Suriyada Şükür Həmidliyə, digər qismi isə qeyrilərinə çatıb. Dolayı yolla bu pulların hər iki şəxsin üzvü olduğu digər silahlı qruplaşmanın hesabına köçürüldüyü iddia olunur.

    Prosesdə Anar Salamzadə ifadə verərək bildirib ki, Şükür Həmidli onun sinif yoldaşı, dostu olub və Suriyaya köçüb. Onun xahişi ilə təqsirləndirilən ona yardım edib: “Şükür Həmidli Suriyaya köçdükdən 3 ay sonra mənə yazaraq ibadətə başlamağıma sevindiyini söylədi. Mənə bildirdi ki, ailə qurub və hazırda Suriya hökumət qüvvələrinə qarşı savaşır. Lakin maddi dəstəyə ehtiyacı var. Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini isə ümumiyyətlə tanımıram. İŞİD-lə də əlaqəmiz olmayıb. Bildiyim qədəri ilə Həmid Şükürlü digər silahlı qruplaşmanın tərkibində iştirak edib. Onun da İŞİD-lə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim. Saxlanıldıqdan bir müddət sonra həmin qruplaşmanın İŞİD-lə əlaqəli olduğunu bilmişəm”.

    Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, yalnız Suriyaya deyil, Şəkiyə, Türkiyəyə və Rusiyaya da yardım məqsədilə pul göndərib. İttihamda adı keçən şəxsləri isə tanımır. Onlara pul göndərməyi Şükür Həmidli istəyib. Döyüşlə bağlı videoları da Şükür maraq üçün göndərib.

    Xəqani Ömərov isə ifadəsində bildirib ki, Elşən Mustafayev onun yeznəsidir: “Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Bacım öncədən Elxanla evli olub. Onlar 2013-cü ildə Suriyaya köçüblər. Bu yaxınlarda bacım Elşənlə evlənib. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün kart lazımdır, ona bank kartı verim. Mən də kartımı verdim və pul köçürmələri başlandı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə, Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirdilər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb”.

    Növbəti proses mayın 27-də davam etdiriləcək.

    Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

  • Около 20 граждан Азербайджана репатриированы из Германии

    6 мая из Германии осуществлена репатриация 17 граждан Азербайджана.

    Об этом сообщили в Государственной миграционной службе Азербайджана.

    Процесс осуществлен в соответствии с соглашением между Азербайджанской Республикой и Европейским Союзом о реадмиссии лиц, проживающих без разрешения.

  • Ötən gün 17 azərbaycanlı Almaniyadan geri qəbul edilib

    Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

    Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

  • Lautaro Martines adını Çempionlar Liqasının tarixinə yazdırıb

    “İnter”in hücumçusu Lautaro Martines Çempionlar Liqasında “Barselona” ilə oyunda qol vuraraq tarixə düşüb.

    Martines bu mövsüm Çempionlar Liqasında 13-cü matçında doqquzuncu dəfə qol vuraraq yeni rekorda imza atıb.

    Argentinalı ulduz indi Hernan Krespodan sonra “İnter”lə bir mövsümdə avrokuboklarda ən çox qol vuran oyunçudur.

    Martines bu mövsüm daha bir qol vursa, yeni rekordçu olacaq.

    Qeyd edək ki, “İnter” əlavə vaxtda rəqibini məğlub edərək finala vəsiqə qazanıb – 4:3.

  • Qızıl Aypara Cəmiyyətinin bölmə sədrinin daha bir cinayəti aşkarlandı

    Gədəbəy Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış və hazırda həbsdə olan Ülviyyə Balayeva barəsindəki növbəti cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əvvəlki cəzası da birləşdirilməklə 4 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, Ü.Balayeva vətəndaşları aldadaraq onlara qarşı dələduzluq edib. O, 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Həbs edildikdən sonra onun digər cinayəti də üzə çıxıb. Məlum olub ki, Ü.Balayeva “Şəhid ailələri, Əlilləri, Müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri İbrahim Əliyevlə birlikdə bir qrup gədəbəyliyə qarşı da dələduzluq edib. Hər iki şəxs barəsində cinayət işi başlanıb. İ.Əliyev istintaq dövründə dünyasını dəyişib.

    Ü.Balayeva İ.Əliyevlə birlikdə vətəndaşlara Fövqəladə Hallar Nazirliyində işə düzəltmək, sosial evlərdən mənzil almaq, sosial yardım, pensiya düzəldəcəklərini söz verərək 32 nəfərə qarşı silsilə dələduzluq edib.
    //oxu.az

  • Yevlaxda yüzlərlə çətənə kolu əkən şəxslər saxlanıldılar

    Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.

    Onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

  • Рейс AZAL Баку – Мумбаи отложен – ПРИЧИНА

    Рейсы авиакомпании Azerbaijan Airlines (AZAL) J2-181 (аэропорт “Домодедово”) и J2-807 (аэропорт “Внуково”) из Баку в Москву задерживаются из-за закрытия воздушного пространства в пункте назначения.

    Как сообщили в AZAL, пассажирам задержанных рейсов предоставляется все необходимое в соответствии с правилами авиакомпании.

    Кроме того, выполнение рейса J2-059 авиакомпании AZAL, запланированного из Баку в Мумбаи (Индия), было отложено из-за закрытия воздушного пространства над Пакистаном.

    AZAL продолжает внимательно следить за ситуацией, руководствуясь соображениями безопасности полетов, и будет информировать пассажиров о любых изменениях.

  • AZAL Hindistana reysi təxirə saldı

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan “J2-181” (“Domodedovo” aeroportu) və “J2-807” (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

    Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan “J2-059” nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

    AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

  • 64 yaşlı kişi “şəhid atası” adı ilə dələduzluq etdi

    Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb.

    Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarovun vətəndaşlara qarşı dələduzluq etməsi barədə şəhər polis idarəsinə məlumat daxil olub. Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs saxlanılıb.

    Müəyyən edilib ki, o, özünü şəhid atası kimi təqdim edərək insanları aldadıb və silsilə dələduzluqlar edib.

    Faktlarla bağlı araşdırmalar davam edir.
    //oxu.az