Month: May 2025

  • Bakı-Moskva aviareysi PUA hücumuna görə istiqamətini dəyişdi

    Rusiyanın paytaxtı Moskvanın üç hava limanında pilotsuz uçuş aparatların (PUA) hücumu səbəbindən uçuşlar məhdudlaşdırılıb.

    Median.Az RBC-yə istinadən xəbər verir ki, Moskvaya uçan təyyarələr bu səbəbdən Rusiyanın Saratov şəhərində yerləşən Qaqarin Beynəlxalq Hava Limanına yönləndirilib.

    “Söhbət Tbilisi (Gürcüstan), Qazipaşa (Türkiyə), Bakı (Azərbaycan), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Mineralnıye Vodı, Stavropol və Soçidən (iki reys) həyata keçirilən uçuşlardan gedir. Hazırda təyyarələrə yerlərdə xidmət göstərilir. Aviaşirkətlərin nümayəndələri sərnişinlərlə əlaqə yaradıblar”, – deyə Qaqarin Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.

    Bundan əvvəl, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi xəbərdarlıq edib ki, Moskvaya uçan təyyarələr hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər səbəbindən alternativ aerodromlara yönləndirilə bilər.

  • “TikTok”-er Mahirə Marandskaya 3 ilə qədər azadlıqdan məhrum edilə bilər

    Məşhur “TikTok”-er Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.  

    Xanım tiktokerin cinayət işi Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun icratına verilib. 
    Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. 
    2001-ci il təvəllüdlü Mahirə Marandskaya barəsinə Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs növü olmayan qətimkan tədbiri seçilib. 
    Onun bu əməlindən 10-a yaxın xanım zərər çəkib. Zərərçəkmişlər arasında universitet tələbələrinin də olduğu deyilir. 
    Əgər onun cinayət əməli sübuta yetirilərsə xanım tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
    Onu da qeyd edək ki, son 1 il ərizində Mahirə Marandskaya eyni cinayət əməlini təkrar edib. O, bundan öncə də Nəsimi rayon məhkəməsinin qərarı ilə himayəsində azyaşlı uşaq olduğu üçün eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunaraq təqsirli bilinib, məhkəmə qərarı ilə cərimə edilmişdi.


  • Проливные дожди вызвали ряд последствий в селах Гаджигабула

    Проливные дожди, наблюдавшиеся на территории страны, вызвали ряд последствий в Гаджигабульском районе.

    Как сообщает аранское бюро report, селевыми потоками затопило жилые дома и приусадебные участки в селах Шорбачы, 1-й и 2-й Пашалы.
    Профильные ведомства уже принимают неотложные меры для устранения последствий стихии.

    Интенсивные осадки в районе в настоящее время продолжаются.

  • Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basıb

    Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

    Report-un Aran bürosunun məlumatına görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

    Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

    Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.
    Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

  • Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb

    Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

    Median.Az xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

    Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

    Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

  • Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb

    Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

    Median.Az xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

    Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

    Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

  • İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” komandiri öldürülüb

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-nın Livanın cənubunda “Hizbullah”a məxsus avtomobilə hücumu nəticəsində səhra komandiri Adnan Hərb öldürülüb.

    Apa xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

    Məlumata görə, hücum avtomobil yolunun Kfar Rumman və Nəbatiyyə yaşayış məntəqələri arasında yerləşən hissəsində olarkən həyata keçirilib.

    Qeyd edək ki, bu, ilin əvvəlindən bəri İsrailin pilotsuz təyyarələrinin zərbələri nəticəsində öldürülən beşinci “Hizbullah” hərbi lideridir.

  • Tanınmış jurnalistə vəzifə verildi

    “Kəpəz” futbol klubunda yeni təyinat olub.

    Median.Az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

    Bildirilib ki, Gəray Qiyasov yeni yaradılan Media və Marketinq departamentinin direktoru təyin olunub.

    Qeyd edək ki, Jurnalist Gəray Qiyasov “Real” televiziyasındakı fəaliyyəti ilə tanınır.//azxeber.com

  • Maskasız 4 BÜRC – Onların içi də çölü də birdir

    12 bürc arasında saxtalıqdan uzaq, olduğu kimi davranan və güvən aşılayan 4 bürc var. Maskasız, səmimi yaşayan bu realist bürclərdən etibarlı dostlar çıxır.

    Median.Az xəbər verir ki, onlarla qurulan dostluqlar, həyatınızın ən dəyərli və güvənli bağlarından biri ola bilər.

    Bugün dünyada səmimiyyət və dürüstlük hər zamankindən daha qiymətli olub. Bəziləri mühitə uyğun maskalar taxsa da, bəziləri daim təbii və olduğu kimi davranaraq fərqlənir.
    Astrologiyada da belə, saxtalıqdan uzaq və güvən verən 4 əsas bürc göstərilir. Budur, o ən realist 4 bürc:

    Oğlaq

    Torpaq ünsürünün dürüst, məsuliyyətli və möhkəm təmsilçisi Oğlaq bürcləri gerçəkçiliyi ilə tanınır. Hisslərin təsiri ilə deyil, məntiqlə qərar verir. Nə düşünürsə açıq söyləyir, sözü fırlatmır və bu düz danışığı ilə güvən qazanır. Oğlaq dostunuz varsa, ondan hər zaman dürüst fikir və realist baxış əldə edəcəyinizə əmin ola bilərsiniz.

    Qız

    Torpaq ünsürünün diqqətli, analizçi və mükəmməllikçi simvolu olan Qız bürcləri detallara verdiyi önəm sayəsində hadisələri olduğu kimi görür. Hisslərə aldanmaz, məntiqli nəticələr çıxarır və ətrafına qarşı dürüst olmağa çalışar. Saxta davranışlara dözə bilməz, həmişə səmimi və ürəkdən ünsiyyət qurur. Qız dostunuz sizə daim gerçəkləri söyləyəcək və ağıllı tövsiyələr verəcək.

    Oxatan

    Od ünsürünün azad ruhlu, açıq sözlü və dürüst nümayəndəsi olan Oxatan bürcləri, içindən keçəni çəkinmədən deyər. Nə fikirləşirsə, onu açıq ifadə edər, saxtalıqdan uzaqdır. Nikbin və şən təbiəti ilə ətrafa müsbət enerji saçır. Oxatan dostunuzla yanınızda olmaq həmişə rahatdır, çünki onun səmimiyyətinə arxalana bilərsiniz.

    Dolça

    Hava ünsürünün orijinal, idealist və müstəqil təmsilçisi olan Dolça bürcləri, cəmiyyət qaydalarına çox da əhəmiyyət vermir. Öz prinsiplərinə uyğun yaşayıb və saxta davranışlardan uzaq dururlar. Dürüstlük və səmimiyyət onlar üçün əsas dəyərlərdir. Dolça dostunuz sizə fərqli baxış bucağı təqdim edir və sizi olduğunuz kimi qəbul edir. Onun yanında heç vaxt özünüzü dəyişməyə ehtiyac duymazsınız.

  • Tramp hələ də Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdiyini deyib

    ABŞ prezidenti Donald Tramp hələ də Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını dəstəklədiyini bildirib.

    Apa xəbər verir ki, o, bunu Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündən əvvəl deyib.

    Tramp həmçinin bildirib ki, ABŞ hərbi sahədə Kanada ilə müttəfiqlik öhdəliklərindən heç vaxt imtina etməyəcək.