Month: May 2025

  • В Баку автомобиль врезался в ограждение

    В Сураханском районе города Баку произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, инцидент зафиксированного на улице Ильгара Мусаева.

    По предварительной информации, из-за скользкой дороги в дождливую погоду водитель автомобиля Mercedes не справился с управлением, и машина врезалась в металлическое ограждение.

    В результате ДТП автомобиль был серьезно поврежден.

    По данному факту ведется расследование.

  • Bakıda maşın sürüşərək hasara çırpıldı

    Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlqar Musayev küçəsində qeydə alınan qəzada “Mercedes” markalı maşın dəmir hasara çırpılıb.

    İlkin məlumata görə, sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.

    Qəza nəticəsində maşına ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • “iPhone 17 Air” üçün ultranazik batareya-çexol hazırlanır

    Ultranazik “iPhone 17 Air” haqqında yeni detallar açıqlanıb.

    Median.Az “The Information” jurnalına istinadən xəbər verir ki, smartfon üçün daxili batareyası olan xüsusi çexol buraxılacaq.

    Bu qərarın səbəbi telefonun incəliyi ilə əlaqədar onun batareya tutumunun əvvəlki modellərlə müqayisədə əhəmiyyətli dərəcədə az olmasıdır. Smartfonun yalnız bir dinamiki və kamerası olacaq, SIM-kart yuvası olmayacaq.

    Qeyd edilir ki, “Apple” bu qeyri-standart cihaza olan tələbat barədə əmin deyil. Buna görə də istehsal gücünün yalnız 10%-i “iPhone 17 Air” üçün ayrılıb.

    Onun buraxılışı 2025-ci ilin sentyabr ayına planlaşdırılır. Ultranazik modeldən əlavə, digər “iPhone” modelləri də təqdim olunacaq.

  • Sumqayıtda küçə itlərini kim öldürür? – Heyvansevərlərdən ŞİKAYƏT (VİDEO)

    Sumqayıt şəhərində küçə itlərinin öldürülməsi bəzi insanların narazılığına səbəb olub. Heyvansevərlər iddia edirlər ki, bu cür halların baş verməsi yolverilməzdir və məsələ ilə bağlı daha humanist yanaşma tətbiq olunmalıdır.

    “Hamısı “birkalı” itlərdir, heç kimə ziyanları yoxdur. Onsuz da insandan qorxurlar. Bununla bağlı kimə müraciət edək? 2020-ci ildən bütün küçə itlərini öz hesabımıza könüllü olaraq qısırlaşdırır, peyvənd edirik. Amma qarşımısa onların hamısının ölüsü çıxır”- deyə sakin bildirib.

    Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, son günlər şəhər ərazisində sahibsiz itlərin ölümü ilə bağlı yayılan məlumatlar narahatlıqla qarşılanır. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və baş vermiş halların səbəbləri müəyyən olunaraq müvafiq tədbirlər görüləcək.

    Ətraflı Baku TV-nin süjetində:

  • В Баку сносят здание, хотя в нем все еще остаются жильцы – ВИДЕО

    На улице Гариба Бабаева в Насиминском районе Баку начался снос жилого дома, несмотря на то что некоторые жильцы его еще не покинули.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, из здания уже выселены более 80 семей, однако две квартиры по-прежнему остаются занятыми.

    В Исполнительной власти Насиминского района сообщили, что на месте снесенного здания планируется разбить парк.

    Также было объявлено, что на этой неделе состоятся переговоры с жильцами, недовольными размером компенсации.

    Подробнее – в видеосюжете:

  • Bakıda sakinlər evdə ola-ola bina SÖKÜLDÜ: İcra hakimiyyətindən AÇIQLAMA – VİDEO

    Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evləri sökülüb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.

    Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda park salınacaq.

    Gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq.

    Ətraflı süjetdə:

  • Задержан 20-летний внук экс-чиновника, напавший на девушку в ее квартире – ВИДЕО

    2 мая около 19:30 в полицию поступило сообщение о том, что жительница Баку Шарафат Бабаева подверглась избиению и получила ножевое ранение от своего знакомого – 20-летнего Мурада Ахмедова.

    Об этом заявила сотрудница пресс-службы Министерства внутренних дел лейтенант полиции Луму Исрафилли.

    Она отметила, что подозреваемый был задержан и доставлен в отделение полиции. Ведется расследование.

    Напомним, что, по словам пострадавшей, за несколько дней до происшествия она рассталась с М.Ахмедовым. 2 мая он проник в квартиру девушки на шестом этаже через окно в подъезде здания. Молодой человек попытался отобрать у нее телефон и угрожал кухонным ножом. Во время сопротивления Ш.Бабаева получила ножевое ранение руки.

    Как заявили пострадавшая, М.Ахмедов утверждал, что является внуком бывшего высокопоставленного сотрудника Министерства оборонной промышленности Огтая Атакишиева и поэтому останется безнаказанным.

  • Bakıda qadın evində hücuma MƏRUZ QALDI: Sabiq vəzifəli şəxsin nəvəsi SAXLANILDI – VİDEO

    Mayın 2-də saat 19:30-da paytaxt sakini Şərafət Babayevanın yaşadığı ünvanda tanışı, 20 yaşlı Murad Əhmədov tərəfindən döyülməsi və ona kəsici alətlə xəsarət yetirilməsi barədə polisə müraciət daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli məlumat verib.

    O bildirib ki, əməli törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib, müvafiq izahatlar alınıb.

    Təhqiqat araşdırmaları davam etdirilir.

    Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

    Onun sözlərinə görə, M.Əhmədov zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

    Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.

  • Необычное дело в Нахчыване: председатель суда вынесла решение по своей же жалобе

    Председатель Нахчыванского городского суда Гюльнар Сафаралиева обратилась в суд с жалобой о клевете в ее адрес.

    Как передает modern.az, Сафаралиева подала частную жалобу по статье 147.1 (клевета) Уголовного кодекса Азербайджана в отношении лица, имя которого не разглашается.

    Дело должна была рассматривать судья Гюльсум Алиева. Однако она заявила самоотвод, сославшись на то, что истцом является председатель суда, в котором она работает, т.е. фактически отказалась рассматривать дело.

    По юридической процедуре, решение должен рассматривать сам председатель суда. Но Гюльнар Сафаралиева заявила, что не может вынести решение, поскольку дело касается ее самой.

    В итоге Гюльнар Сафаралиева сама приняла решение по своей же жалобе. Как само дело, так и самоотвод судьи Алиевой были направлены в коллегию по уголовным делам Нахчыванского верховного суда.

  • Azərbaycanda məhkəmə sədri özü barəsində qərar QƏBUL ETDİ

    Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət ünvanlayıb.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.

    İşə hakim Gülsüm Kamal qızı Əliyeva baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib.

    Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.

    Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.