
– – – – – –
Xəbər verdiyimiz kimi, bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.
Elektrik enerjisinin kəsilməsi ilə qatarlardan biri tuneldə qalıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, qatarın tuneldə qalma müddəti 15 dəqiqə olub.
Qeyd edək ki, daha sonra yaranan problem aradan qaldırılıb.
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin müdafiə xərclərini artırmayacağı təqdirdə NATO-nun iyunda Haaqada keçiriləcək sammitində iştirak etməyəcəyi ilə hədələyib.
Median.Az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat verib.
Qeyd olunur ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Avropa ölkələrindən Brüsseldə demək olar hər görüşdə tələb edir ki, müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağa razı olsunlar.
“Əvvəlcə almanlar amerikalıların xərclər barədə ciddi olmadığını, bunun sadəcə danışıqların taktikası olduğunu düşünürdülər. İndi onlar Uitakerin sözünü ciddiyə alırlar və digər NATO ölkələri pul məsələsində hərəkətə keçməyəcəkləri təqdirdə, Trampın iyun sammitində iştirak etməyəcəyinə inanırlar”, – məqalədə qeyd olunub.
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin müdafiə xərclərini artırmayacağı təqdirdə NATO-nun iyunda Haaqada keçiriləcək sammitində iştirak etməyəcəyi ilə hədələyib.
Median.Az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat verib.
Qeyd olunur ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Avropa ölkələrindən Brüsseldə demək olar hər görüşdə tələb edir ki, müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağa razı olsunlar.
“Əvvəlcə almanlar amerikalıların xərclər barədə ciddi olmadığını, bunun sadəcə danışıqların taktikası olduğunu düşünürdülər. İndi onlar Uitakerin sözünü ciddiyə alırlar və digər NATO ölkələri pul məsələsində hərəkətə keçməyəcəkləri təqdirdə, Trampın iyun sammitində iştirak etməyəcəyinə inanırlar”, – məqalədə qeyd olunub.

Son illərdə Azərbaycanda taksilərlə bağlı müəyyən dəyişikliklər oldu. Həmin dəyişikliklərə əsasən, bəzi qaydalar qüvvəyə mindi. Taksilərə POS-terminalların quraşdırılması da tələb kimi ortaya qoyuldu.
Median.Az xəbər verir ki, bununla bağlı qərar ötən ilin iyul ayında qüvvəyə mindi. Buna baxmayaraq bəzi taksilərdə nağdsiz ödənişləri qəbul etməyə maraqlı deyil.
Bəs niyə taksilərdə POS-terminal quraşdırılmır?
Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır:
“Eyni zamanda, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal da olmalıdır. Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib. Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır”.
Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır.
“Report”un Şimali Kiprə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TECHNOFEST-2025”də bildirib.
“TECHNOFEST-2025” 22 ölkədən 15 min 750 komanda və 47 min 865 yarışmacı iştirak edib. Müxtəlif kateqoriyalarda təşkil edilən bu yarışmalarda 6 ölkədən 268 komanda və 1 083 yarışmaçı isə finalçı olmaqla uğur qazandı. Mükafat alan gənclərimizin hər birini ayrı-
ayrılıqda təbrik edir, uğurlarının davamını diləyirəm. Yarışmada iştirak edən bütün qardaşlarıma təşəkkür edirəm. Sizlərlə qürur duyduğumu xüsusilə bilmənizi istəyirəm”, – o vurğulayıb.
Onun sözlərinə görə, bu sadəcə festival deyil, eyni zamanda bir millətin, iki dövlətin, tək ürəyin ortaq gələcəyinə doğru atdığı qətiyyətli addımdır:
“Bu həqiqəti burada xüsusilə ifadə etməliyəm. Biz bu torpaqlarda ev sahibiyik. Bunu bilməyənlər bilsin, eşitməyənlər eşitsin. Bu torpaqlar bizə şəhidlərimizin mirası və əmanətidir. Adanın hər kvadrat metrində izimiz, əsərimiz, silinməz xatirələrimiz var. Yüz illərdir buradaydıq. 51 il əvvəl buradaydıq və yenə də buradayıq”.
Ərdoğan vurğulayıb ki, Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş ilk üç ölkə arasındadır: “Bundan sonra da eyni əzmlə, eyni həyəcanla işləməyə davam edəcəyik. Sizdən aldığımız ilhamla, sizə duyduğumuz güvənlə, sizin istehsal etdiyiniz texnologiyalarla çox daha güclü bir Türkiyə, çox daha firavan bir Şimali Kipr Türk Cümhuriyyətini inşa edəcəyik”.
Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.
Report-un yerli bürosu məlumat verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları ərazisində 1 ədəd ov tüfəngi, Hacı Zeynalabdin qəsəbəsində “Kalaşnikov” avtomatına məxsus 145 ədəd 7.62 mm, 72 ədəd 5,45 mm-lik patron, 3 ədəd həmin silaha məxsus daraq və “Makarov” tipli tapançaya məxsus 40 ədəd 9 mm-lik patron aşkar edilib.
Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
ABŞ-ın iki ölkə arasında ticarət münasibətlərində atdığı addımlar Çini qorxutmayacaq.
APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının ABŞ-dakı səfiri Se Fen səfirlikdə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, əgər ABŞ həqiqətən də bu məsələlər üzrə danışıqlar aparmaq niyyətindədirsə, bərabərhüquqlu dialoqa üstünlük verməlidir.
“Gömrük rüsumlarının artırılması heç bir tərəfə fayda vermir. Bu, biznesin fəaliyyətini pozur, xərclərin artmasına, maliyyə bazarlarında qeyri-sabitliyə və qlobal iqtisadi artımın ləngiməsinə səbəb olur. Rüsum müharibəsini başlayan tərəf biz deyilik. Çin münaqişə istəmir, lakin eyni zamanda təzyiqlərlə də geri çəkilməyəcək.” – deyə diplomat bildirib.
Se Fen əlavə edib ki, Çin yalnız öz qanuni hüquq və maraqlarını deyil, həm də beynəlxalq ticarət nizamını müdafiə edir.

İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.
Median.Az xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlireza Heydari “Tasnim” agentliyinə müsahibəsində bildirib.
“Rəvansar rayonunun mərkəzi Həsənabad-e Qarax kəndində ildırım vurması nəticəsində iki həmyerlimiz həlak olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, Cavanrud-Rəvansərdə daha bir nəfəri ildırım vurub”.
Hadisə yerinə həkimlər cəlb olunub və zərərçəkənlərə lazımi köməklik göstərilib.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Report-un məlumatına görə, təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında uğurlu çıxışla diqqət çəkiblər.
Onlar 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.
Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ötən gün qızıl medalı hesabına yazdırıb.
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq.