Month: May 2025

  • Проходит суд над армянами, обвиняемыми в совершении военных преступлений

    В Бакинском судебном комплексе проходит суд над лицами армянского происхождения, обвиняемыми в совершении военных преступлений.

    Как сообщает Report, заседание проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Qeyd edək ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Президент Ильхам Алиев выделил госкомитету 600 000 манатов

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение “О выделении средств на проведение ремонтно-восстановительных работ в мечети Имама в поселке Амирджан Сураханского района города Баку”.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. для проведения ремонтно-восстановительных работ в мечети Имама, расположенной в поселке Амирджан Сураханского района города Баку, из предусмотренного в государственном бюджете Азербайджанской Республики на 2025 год резервного фонда Президента Азербайджанской Республики выделить Государственному комитету по работе с религиозными образованиями Азербайджанской Республики 600.0 (шестьсот) тысячи манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident dövlət komitəsinə 600 min manat ayırdı

    Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.

  • Bakıda qəbirqazan atası ölən şəxsi aldatdı

    Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə E.Əliyev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

    İttihama görə, E.Əliyev Xəzər rayonu, Qala qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirqazan fəhlə işləyib. 2024-cü ilin aprel ayında atası üçün məzar yeri götürmək istəyən Rövşən adlı şəxs həmin qəbiristanlığa gəlib və bu vaxt o, E.Əliyevlə rastlaşıb. E.Əliyev özünü həmin qəbiristanlığın qəbir yeri ayıran məsul şəxsi kimi təqdim edərək Rövşəni aldadıb. O, qəbir yeri ayırmaq və qazıb hazırlamaq üçün Rövşəndən 750 manat tələb edib. Razılıq əsasında Rövşən E.Əliyevə 650 manat ödəsə də, Elvüsal zərərçəkmişin atası üçün qəbir yeri ayırmayıb.

    Faktla bağlı cinayət işi başlanıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib.
    //oxu.az

  • “Traktor”dan “Qarabağ”ın təbrikinə maraqlı cavab – FOTO

    Xəbər verdiyimiz kimi Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.

    “Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

    Gün ərzində Azərbaycan klublarından təbrik mesajları alan “Traktor” “Qarabağ”ın paylaşımına maraqlı cavab verib:

    “Bu gün gülümsəyirik, Qarabağ azad olduğu kimi, “Traktor” da zirvəyə çatdı! “Qarabağ” FK-nın təbriklərinə təşəkkür edirik!”


  • Mövsümündən əvvəl yetişən alça və çiyələklə bağlı QORXUNC TƏHLÜKƏ

    Mövsümdən əvvəl bazara çıxarılan meyvələr, xüsusilə alça və çiyələk, cazibədar görünüşləri ilə istehlakçıları cəlb etsə də, sağlamlıq baxımından müəyyən risklər daşıya bilər.

    Bu meyvələrin vaxtından əvvəl yetişdirilməsi üçün çox vaxt süni üsullardan, gübrələrdən və kimyəvi maddələrdən istifadə olunur.

    Mövsümündən əvvəl yetişməsi üçün istifadə olunan pestisidlər və hormonlar meyvələrin tərkibində qala bilər. Bu maddələr allergik reaksiyalar, hormonal pozğunluqlar və uzunmüddətli istehlak halında hətta xərçəng riskini artıran təsirlər göstərə bilər.

    Üstəlik, təbii şəraitdə yetişməyən meyvələr, adətən dad və qida dəyəri baxımından zəif olur. Bu cür məhsullar orqanizmə lazım olan vitamin və mineralları kifayət qədər təmin etməyə bilər.

    Bundan əlavə, erkən mövsümdə toplanan və süni şəkildə yetişdirilən meyvələr bəzi insanlarda həzm problemləri və allergik reaksiyalar yarada bilər. Xüsusilə uşaqlar və həssas orqanizmi olan insanlar bu cür məhsullara qarşı daha həssas ola bilərlər.

    Buna görə də, meyvələri təbii mövsümündə və yerli istehsalçılardan almaq, həm sağlamlıq baxımından daha etibarlıdır, həm də təbiətə uyğun qidalanma vərdişlərinin bir hissəsi olaraq tövsiyə olunur. Mövsümündən əvvəl yetişdirilən meyvələrin cazibəsinə qapılmaq əvəzinə, sağlamlıq prioritet sayılmalıdır.

  • Qubada 36 yaşlı kişi ÖZÜNÜ ASDI

    Qubada intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə səhər saat 7 radələrində Qalayxudat kəndində baş verib.

    Kənd sakini, 36 yaşlı Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində özünü asıb.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Sumqayıtda silah-sursat aşkarlandı

    Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.

    Сorat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları ərazisində 1 ədəd ov tüfəngi, Hacı Zeynalabdin qəsəbəsində “Kalaşnikov” avtomatına məxsus 145 ədəd 7.62 mm, 72 ədəd 5,45 mm-lik patron, 3 ədəd həmin silaha məxsus daraq və “Makarov” tipli tapançaya məxsus 40 ədəd 9 mm-lik patron aşkar edilib.

    Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • KİV: Netanyahu Azərbaycana səfərini təxirə saldı

    İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

    “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə keçirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir”, – Dəftərxananın məlumatında deyilir.

    Qeyd edək ki, səfər 7-11 may tarixlərində nəzərdə tutulmuşdu.