Month: May 2025

  • Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb

    Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.

    Report-un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

    1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir – red) vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Zurabişvilinin evi gülləbaran edildi – Yaralananlar var

    Bu gün səhər saatlarında Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınlığında, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin qarşısında atışma baş verib.

    Median.Az xəbər verir ki, bu barədə sabiq prezident özü “Facebook” səhifəsində bildirib.

    Zurabişvili paylaşımında qeyd edib ki, ümumilikdə səkkiz dəfə atəş açılıb və güllələrdən biri onun evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.
    Onun sözlərinə görə, saat 04:20 radələrində bir neçə şəxsin iştirak etdiyi kütləvi dava baş verib. Davanı qışqırıqlar müşayiət edib və sonu atışma ilə bitib.

    “Bu gecə pəncərəmin qarşısında baş verənlər düşündürücüdür… Söhbət artıq təkcə mənim şəxsi təhlükəsizliyimdən yox, bütün şəhərin təhlükəsizliyindən gedir”, – deyə Zurabişvili yazıb.
    O, güllələrin düşdüyü yerləri göstərən fotoları da paylaşıb və bir daha xatırladıb ki, artıq dövlət mühafizəsindən məhrum edilib.

    Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər arasında münaqişə baş verib və bu zaman iki nəfər odlu silahla yaralanıb. Nazirliyin məlumatına görə, şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib və onun tutulması istiqamətində tədbirlər görülür. (Musavat.com)

  • Президент Азербайджана Ильхам Алиев встретился с Патриархом Московским и всея Руси Кириллом

    3 мая Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева встретились с Патриархом Московским и всея Руси Кириллом.

    Как сообщает АЗЕРТАДЖ, после встречи Патриарх Московский и всея Руси Кирилл вручил Первому вице-президенту Азербайджанской Республики, президенту Фонда Гейдара Алиева Мехрибан Алиевой орден Святой равноапостольной княгини Ольги I степени Русской Православной церкви.

    Отметим, что первая леди Азербайджана удостоена этого ордена указом Патриарха Московского и всея Руси Кирилла за вклад в сохранение традиционных ценностей в обществе.

  • Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

    Apa xəbər verir ki, görüşdən sonra Moskva və bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

    Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfəyə görə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

  • “Zelenski Moskvadakı parada qatılacaq dünya liderlərini hədələyib”

    “Zelenski 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib”.

    “Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial media hesabında bildirib.

    O, bu açıqlamasını “klassik beynəlxalq terror təhlükəsi ilə bağlı xəbərdarlıq” kimi qiymətləndirib.
    O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Qələbə Günü münasibətilə rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi atəşkəsi qəbul etməməsini əsas gətirib:
    “O, müqəddəs gündə parada qatılacaq veteranların fiziki təhlükəsizliyini də sual altına qoyur”.

    Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də sosial media hesabında Ukrayna liderinin Moskvada dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini dediyini xatırladıb:

    “Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-u görəcəyinə heç kim zəmanət verə bilməz”.
    Qeyd edək ki, Zelenski jurnalistlərə açıqlamasında Moskvada keçiriləcək hərbi parada qatılacaq əcnəbilərin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini deyib.

  • Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü

    Qubada intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Qalayxudat kəndində baş verib.

    Kənd sakini 36 yaşlı Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində özünü asıb. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.
     
    Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

  • İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib

    İranda qum fırtınası səbəbilə 800-dən çox insan tənəffüs və ürək probleminə görə xəstəxanaya müraciət edib.

    Apa Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin rektor müavini Dr. Meysəm Muazi açıqlama verib.
    Muazinin sözlərinə görə, Xuzistan vilayətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək-damar problemləri səbəbilə xəstəxanalara müraciət edib. Onlardan 92-i stasionar müalicəyə qəbul olunub, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

    Xuzistan Meteorologiya İdarəsinin məlumatına görə, qum fırtınası İraq mənşəlidir. İdarə bölgədə hava şəraitinin təhlükəli səviyyəyə çatdığını nəzərə alaraq cümə axşamı və cümə günləri üçün “qırmızı xəbərdarlıq” elan edib.

  • İndoneziya sahillərində güclü zəlzələ baş verib

    İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

    Qeyd olunur ki, yeraltı təkanların episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 109 km dərinlikdə olub.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

  • Bazar günü leysan olacaq, şimşək çaxacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

    Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

  • Ərini qısqandığı qadını gözəllik salonunda döydü – Hökm oxundu

    Ərini qısqandığı qadını gözəllik salonunda döyən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

    Hadisə Qax şəhərində yerləşən “İncim” adlı gözəllik salonunda baş verib.

    1991-ci il təvəllüdlü Ə.N. adlı qadın, həmin salonda müştəri qismində olan V.D.-ya hücum edib. O, zərərçəkmişin başına iki dəfə yumruq endirib, saçlarını dartaraq qoparıb.

    İstintaq zamanı Ə.N. hadisəni ərini zərərçəkmiş qadına qısqandığı üçün törətdiyini bildirib və əməlindən peşman olduğunu etiraf edib.

    Məhkəmənin qərarı ilə Ə.N. Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirli bilinib. O, aylıq gəlirinin 20 faizi dövlət büdcəsinə yönləndirilməklə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
    //qaynar.az