Month: May 2025

  • Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü

    Bakıda dəhşətli qətl hadisəsi baş verib.

    Hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20-də qeydə alınıb.

    1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.

    M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
    //oxu.az

  • Vladimir Putin İlham Əliyevə təbrik məktubu göndərdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.

    Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq.

    Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm”.

  • Патриарх Кирилл прибыл в Азербайджан

    Патриарх Московский и всея Руси Кирилл прибыл с визитом в Баку.

    Об этом сообщается на сайте Русской православной церкви (РПЦ).

    В поездке предстоятеля РПЦ сопровождает его личный секретарь епископ Раменский Алексий (Туриков).

    В аэропорту его встретили епископ Бакинский и Азербайджанский Алексий (Смирнов), чрезвычайный и полномочный посол России в Азербайджане Михаил Евдокимов и заместитель председателя Государственного комитета республики по работе с религиозными образованиями Сахиб Нагиев.

  • Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib

    Moskva və bütün Rusiyanın Patriarxı Kirill bu gün Bakıya gəlib.

    Məlumat Moskva və bütün Rusiyanın Patriarxının rəsmi internet səhifəsində dərc edilib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Patriarx Kirilli Bakı və Azərbaycan yepiskopu Aleksiy, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev qarşılayıblar.

  • В бакинском метро произошел сбой в подаче электроэнергии: есть задержки в движении составов

    На линиях станций “Ази Асланов” и “Халглар достлугу” возникли ограничения в подаче электроэнергии по высоковольтным линиям, идущим от городской сети к ЗАО “Бакинский метрополитен”, входящему в состав Азербайджанского транспортно-коммуникационного холдинга (AZCON).

    Как сообщает Median.Az со ссылкой на пресс-службу ЗАО, для обеспечения движения поездов на этих направлениях были немедленно подключены дизель-генераторы метрополитена. Тем не менее наблюдаются частичные задержки в движении составов.

    В то же время, станции Бакинского метрополитена продолжают функционировать в штатном режиме.

    ЗАО просит пассажиров с пониманием отнестись к сложившейся ситуации, соблюдать правила пользования метрополитеном и требования безопасности.

  • Bakı metrosunda enerji verilişində PROBLEM YARANDI – Qatarlar YUBANIR

    “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən Bakı metropoliteninin elektrik təchizatını təmin edən dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir:

    “Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimində davam etdirir.

    Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik”.

  • Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər – FOTOLAR

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

    Səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi, unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələri və təbii gözəllikləri ilə yaxından tanışlıq olub.

    Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstəsinin qoyulması ilə başlayıb. Ardınca onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.

    Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, “Əcəmi” seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.

    Proqram çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər. Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerində maraqlanıblar.

    Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən “Robotic” reabilitasiya əlcəkləri, həmçinin miostimulyasiya və infraqırmızı terapiya cihazları hədiyyə olunub.

    Günün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Tağıyev:Neft” bədii filminin təqdimat mərasimi olub.

    Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” filmi dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin birinci hissəsidir.



















  • Zavodun hasarı uçdu – Ölən var

    Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “İdeal” kərpic zavodunun həyətində baş verib.

    Küləyin təsirindən zavodun hasarı “KamAZ” markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Vətəndaşların NƏZƏRİNƏ – Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

    “Bakı Marafonu 2025” ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək avtobuslar bunlardır:

    ⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;

    ⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;

    ⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.

    ⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

    ⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər – Babək prospekti;

    ⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metro stansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.

    ⁃ 6 nömrəli marşrut “Azadlıq prospekti” metro stansiyası – Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.

    ⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);

    ⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metro stansiyası (Xocalı prospekti);

    ⁃ 53 nömrəli marşrutun son dayanacaq məntəqəsi “20-ci Sahə” dairəsi olacaq.

    ⁃ 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti – Xaqani küçəsi;

    ⁃ 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.

    ⁃ 120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.

    ⁃ 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi;

    ⁃ 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metro stansiyası olmaqla fəaliyyətləri İpək yolu – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

    ⁃ 205 nömrəli marşrut İpək yolu – Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.

    ⁃ E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

    ⁃ H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

  • Novorossiyskdə Ukrayna dronlarının hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib

    Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində Ukrayna ordusunun gecə hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

    Bu barədə şəhərin başçısı Andrey Kravçenko öz “Telegram” kanalında məlumat paylaşıb.

    O yazıb ki, hücum nəticəsində çoxmənzilli yaşayış evləri zərər görüb:

    “Operativ xidmətlər hadisə yerində işləyirlər. Zərurət yaranarsa, müvəqqəti yerləşdirmə məntəqələri açacağıq”.

    Daha əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA qalıqları Novorossiyskdəki taxıl terminalında üç çəni zədələyib.

    Ukraynaya məxsus PUA-ların gecə hücumundan sonra üç çoxmənzilli ev zədələnib, ikisi uşaq olmaqla beş nəfər yaralanıb.