Month: May 2025

  • Qohumlarını “ASAN xidmət”ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi

    Şəki Apellyasiya Məhkəməsində “ASAN xidmət” mərkəzinə işə düzəltmək adı ilə qohumlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnarə Behbudovanın barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qismən təmin edilib.

    E.Behbudovanın barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin edilən 4 il azadlıqdan məhrumetmə və 2 il azadlığın məhdudlaşdırılması cəzası birləşdirilərək o, qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, E.Behbudova qohumundan 18 000 manat alaraq, onun qızını Şəki regional “ASAN xidmət” mərkəzində məlumat bürosunun əməkdaşı, kürəkənini isə həmin mərkəzdə nəzarətçi işinə düzəldəcəyinə söz versə də, əməl etməyib. E.Behbudova həmin məbləği geri qaytarmayıb.

    Zərərçəkmiş şəxs məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra E.Behbudova saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

  • Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırıldı

    Bakı metropoliteninin “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

    Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb: “Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”.

  • Sırrı Süreyyə Öndər vəfat etdi

    Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyyə Öndər vəfat edib.

    Qaynarinfo “Hürriyet”ə istinadən xəbər verir ki, o, ürək rahatsızlığı səbəbilə 18 gündür reanimasiyada idid. 3 may 2025-ci il tarixində çoxlu orqan çatışmazlığından həyatını itirib.

    Xəstəxanadan verilən açıqlamada bildirilib ki, Sırrı Süreyyə Öndər 15 aprel 2025-ci il tarixində saat 22:41-də huşsuz vəziyyətdə, tənəffüs və ürək dayanması diaqnozu ilə təcili yardım vasitəsilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən ona “aorta disseksiyası” diaqnozu qoyularaq təcili şəkildə Bentall əməliyyatı (aorta qapağının dəyişdirilməsi) və bir damar bypass əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsində ECMO (ürək dəstəkləyici cihaz) və intensiv tibbi müalicə ilə sabit vəziyyətə gətirilsə də, həyati təhlükəsi artıb, nevroloji vəziyyəti ağırlaşıb və çoxlu orqan çatışmazlığı yaranıb. Nəticədə, 3 may 2025-ci il tarixində saat 16:10-da vəfat edib.

    Sırrı Süreyyə Öndər 7 iyul 1962-ci ildə Adıyamanda anadan olub. Rejissor, ssenarist, aktyor, musiqi prodüseri və köşə yazarı kimi fəaliyyət göstərib. Universitetlərdə kino dərsləri verib. Öz ssenarisini yazıb rejissorluğunu etdiyi bir film, uyğunlaşdırdığı bir film və yalnız ssenarisini yazdığı bir film mövcuddur.

  • Şəmkirdə 26 yaşlı oğlan özünü öldürdü

    Şəmkir rayonunda intihar hadisəsi baş verib.

    Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

    Kənd sakini, 1999-cu il təvəllüdlü Əmrah Məmmədov bu gün səhər saatlarında özünü asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

    Məlumata görə, 26 yaşlı Ə.Məmmədov subay olub və işsiz imiş.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda evlər buna görə bahalaşır

    2020-ci ildən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı inşaat işlərinə başlanması nəticəsində əsas inşaat materiallarının qiymətində ciddi artım baş verdi. Bu isə tikinti şirkətlərinin qiymətləri artırmasına səbəb oldu.

    Bunu Axar.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

    Ekspert əlavə edib ki, şəhər ərazisində yeni tikinti layihələrinə verilən icazələrin azalması da bazarda rəqabəti zəiflədir:

    “İcazələrin məhdudlaşdırılması nəticəsində tikinti şirkətləri arasında rəqabət azalır, bu da qiymət artımına yol açır. Hazırda bünövrədən başlayan yeni tikililərin sayı çox azdır. Satışda mənzil qıtlığı var və bu da bazarı bahalaşdırır. Dörd il ərzində qiymətlərdə 55 faizə qədər artım müşahidə olunub”.

    E.Azadov hesab edir ki, vəziyyətin stabilləşməsinə dövlətin müvafiq qurumları nəzarət etməlidir:

    “Xüsusilə Şəhərsalma və Arxitektura Komitəsi ikinci dərəcəli tikinti şirkətlərinə daha çox icazə verməlidir. Əgər bu şirkətlər bazara daxil olsa, rəqabət artar və qiymətlərdə sabitlik yaranar. Hazırkı vəziyyət mənzil bazarında yeni mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün ciddi çətinliklər yaradır və yaxın dövrdə ciddi dəyişiklik gözlənilməyəcək”.

  • Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? – VİDEO

    Yaz-yay ayları əksər cütlüklər üçün toy mövsümü sayılır. Bu dövrdə bəy və gəlinlər öz unudulmaz günlərini daha da xüsusi etmək məqsədilə avtomobil icarəsi və bəzədilməsi xidmətlərinə üstünlük verirlər. Bəzədilmiş avtomobillər yalnız cütlüyə xoş xatirələr yaşatmaqla kifayətlənmir, həm də toyun ümumi atmosferini tamamlayan əsas elementlərdən birinə çevrilir.

    Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, avtomobil icarəsi və bəzədilməsi xidmətlərinin qiymətləri geniş aralıqda dəyişir. İcarə haqqı 100 manatdan başlayaraq, seçilən avtomobilin markası, modeli və məsafəyə görə 1 500 manata qədər yüksələ bilir. Məsələn, 4 maşınlıq kortej sifariş edildikdə, qiymətlər ən azı 700 manatdan başlayır.

    Bəzək xidmətləri də paketdən asılı olaraq fərqlənir. Əgər avtomobil xidmət göstərən şirkət tərəfindən təqdim olunursa, bəzədilməsi də onların tərəfindən həyata keçirilir. Bu bəzəklər 30-50 manat aralığında dəyişir. Əlavə olaraq, istifadə olunan güllərin növü də qiymətə təsir edir. Süni güllər daha ucuz olduğu halda, təbii güllərlə bəzədilmiş avtomobillərin dekorasiyası 100-200 manat arasında dəyişir. Gül kompozisiyalarının qiyməti onların növü, sayı və ölçüsündən asılıdır. Məsələn, ağ güllərlə edilən bəzəklər digərlərindən daha bahalı olur.

    Avtomobili kimin idarə etməsi də qiymətə təsir edən amillərdəndir. Əgər sürücülük şirkətin əməkdaşı tərəfindən həyata keçirilirsə, bu xidmət adətən daha ucuz olur. Lakin bəylərin avtomobili özlərinin idarə etməsi əlavə risk yaratdığı üçün bu zaman qiymət 50 manat artır.

    Xidmət təmsilçiləri bildirirlər ki, daha çox seçim imkanı əldə etmək istəyən cütlüklər avtomobil icarəsini toy tarixindən ən azı bir ay əvvəl sifariş etməlidirlər. Toya bir neçə gün qalmış sifariş verildikdə isə seçimlər məhdud olur və istənilən modeldə avtomobil tapmaq çətinləşir.

    Ətraflı videomaterialda:

  • Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb

    Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

    Belə ki, yolu keçmək istəyən yaşlı qadını yük avtomobili vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakı metrosunda interval BİR DƏQİQƏ OLACAQ – RƏSMİ

    “2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun “İçərişəhər” stansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xətdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək”.

    Median.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

    O bildirib ki, hazırda minimum interval dörd dəqiqədirsə, gələcəkdə bu müddət “bənövşəyi” xətdə bir dəqiqəyə, “yaşıl” xətdə isə iki dəqiqə 30 saniyəyə enəcək:

    “Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür”.

    B.Məmmədovun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik deposu tikiləcək:

    “Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq. Sözügedən mərhələyə qədər “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarının yaxınlığında iki yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda, mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur.

    “300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq”, – deyə “Bakı Metropoliteni” QSC-nin sözçüsü fikirlərini yekunlaşdırıb.

  • “Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur” – “Azərişıq”

    Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.

    Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

    Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.

    Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.

  • Жестокое убийство в Баку: мужчина зарезал отца в ходе ссоры

    На улице Рахиба Тагиева в Ясамальском районе Баку произошло ужасное убийство.

    Как передает Oxu.Az, Мурад Амиров (1992 г.р.), поссорился со своим отцом Низами Амировым. В результате конфликта М.Амиров нанес мужчине восемь ножевых ранений, от которых тот скончался.

    М.Амиров был задержан сотрудниками Ясамальского районного управления полиции в качестве подозреваемого.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.