Month: May 2025

  • СМИ: В партии Пашиняна назревает бунт из-за скандала в префектуре Нор-Норк

    В правящей партии “Гражданский договор” назревает волна недовольства на фоне скандала с участием главы префектуры ереванского административного района Нор-Норк Тиграна Тер-Маркаряна.

    Об этом сообщает газета “Грапарак”.

    По данным издания, несмотря на молчание премьер-министра Армении Никола Пашиняна относительно инцидента, в “Гражданском договоре” готовы к радикальным шагам. В частности, не исключается разрыв коалиционного соглашения с партией “Республика” в Совете старейшин, если Тер-Маркарян (член партии “Республика”) не подаст в отставку.

    Отмечается, что вице-спикер парламента Акоп Аршакян донес позицию партии до Пашиняна лично, однако четкого ответа не получил. По сведениям издания, на данном этапе “Гражданский договор” передал решение ситуации мэру Еревана Тиграну Авиняну. В противном случае вопрос будет рассмотрен на заседании партийного руководства.

    Напомним, 30 апреля Тигран Тер-Маркарян и несколько сотрудников администрации применили силу к активисту Артуру Чахояну, пришедшему в мэрию для выяснения отношений. В результате Чахоян оказался в больнице с гематомой и травмой головы.

    Накануне инцидента Чахоян и оппозиционный член Совета старейшин Еревана Месроп Манукян облили йогуртом плакат с изображением префекта и сопроводили акцию оскорблениями. По словам Чахояна, ранее Тер-Маркарян оскорбил его по телефону.

  • Paşinyanın partiyasında narazılıq dalğası – Baş nazirin susması vəziyyəti gərginləşdirir

    İrəvanın Nor-Nork inzibati rayonunun başçısı Tiqran Ter-Markaryanla bağlı qalmaqal fonunda hakim Vətəndaş Sazişi Partiyasında narazılıq dalğası yaranır.

    Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

    Nəşrin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın insidentlə bağlı susmasına baxmayaraq, Vətəndaş Sazişi Partiyasında radikal addımlara hazırdırlar.

    Xüsusilə, Ter-Markaryan (“Respublika” partiyasının üzvü) istefa verməsə, Ağsaqqallar Şurasında “Respublika” partiyası ilə koalisiya sazişinin pozulması istisna edilmir.

    Qeyd olunur ki, parlamentin vitse-spikeri Hakob Arşakyan partiyanın mövqeyini şəxsən N.Paşinyana çatdırsa da, dəqiq cavab almayıb.

    Nəşrin məlumatına görə, indiki mərhələdə Vətəndaş Sazişi Partiyası vəziyyətin həllini İrəvanın meri Tiqran Avinyana həvalə edib. Əks halda məsələyə partiya rəhbərliyinin iclasında baxılacaq.

    Xatırladaq ki, aprelin 30-da T.Ter-Markaryan və administrasiyanın bir neçə əməkdaşı münasibətlərə aydınlıq gətirmək üçün meriyaya gələn fəal Artur Çaxoyana qarşı zor tətbiq ediblər.

    Nəticədə A.Çaxoyan hematoma və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

  • Скончался военнослужащий азербайджанской армии – ФОТО

    Скончался военнослужащий сверхсрочной действительной военной службы Фарид Эльшан оглу Нагиев, передает Unikal.

    Отмечается, что причиной смерти военнослужащего азербайджанской армии стал тяжелый менингоэнцефалит.

    В Министерстве обороны Азербайджана подтвердили информацию.

    По данному факту проводится расследование.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi – FOTO

    Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Fərid Elşən oğlu Nağıyev ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib.

    Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda ŞOK ƏMƏLİYYAT: Casus tələbələr ələ keçdilər – Prorektoru da zəhərləmək istəyiblər

    Naxçıvan Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına xidmət etməkdə təqsirləndirilən Naxçıvan Dövlət Universitetində təhsil alan iki iranlı tələbənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə tələbələrdən biri 16, digəri isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

    İttihama görə, İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər. Onlar 2019-cu ildə İranın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb ediliblər. Onlar Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşları haqqında, həmçinin onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr barədə mümkün kəşfiyyat məlumatlarının toplanması tapşırıqları alıblar.

    Onlar ifadələrində bildiriblər ki, İranda olan zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər və məcburiyyət qarşısında qalaraq Naxçıvana gəliblər. Onlardan biri 10 yaşında cinsi zorakılığa məruz qaldığı, İranda olarkən hökumət əleyhinə mitinqlərdə iştirak etdiyi üçün xüsusi xidmət orqanları tərəfindən şantaj edilib. Həmçinin ailə üzvlərinə görə də təhdid ediliblər. Bildiriblər ki, məcbur olduqları üçün İran xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar veriblər.

    Plana əsasən onlar Naxçıvanda yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkillərini çəkməli, Naxçıvanda təhsil alan iranlı tələbələr barədə məlumatlar toplamalı, həmçinin universitetdə təhsil alan vəzifəli şəxslərin övladları barədə bilgilər əldə etməli imişlər. Bundan başqa, Naxçıvanda tələbələrin Təbrizdə təhsil almağa meyilləndirmək kimi öhdəlikləri də olub.

    Dövlət Təhlükəsizliyi Xidməti onların planını ifşa edib. Həmin şəxslər tələbə yataqxanasında qalırlarmış. Onların otağına baxış keçirilən zaman maddi sübutlar aşkar edilib.

    Müəyyən edilib ki, iranlı tələbələr əsasən Culfa sərhədindən İrana keçərək orada xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar verirmişlər.

    Həmçinin müəyyən edilib ki, onlar başqa bir plana uyğun olaraq Naxçıvan Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru Xəyal Camalovu “Şərq süfrəsi” restoranında yemək yeyərkən zəhərləməli imişlər.
    //oxu.az

  • Xabi Alonso “Real Madrid”i çalışdırmağa razılıq verdi

    “Bayer Leverkuzen” klubunun təcrübəli çalışdırıcısı Xabi Alonso “Real Madrid”in baş məşqçi postu üçün təklifi qəbul edib.

    Median.Az “The Athletic”ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin görüşlər yekunlaşıb.

    Xabi Alonso “Real Madrid”lə 2029-cu ilədək müqavilə imzalayacaq.

    Qeyd edək ki, Xabi Alonso “Bayer Leverkuzen”ə tarixində ilk çempionluğunu qazandırıb.

  • Снимавший интимные видео экс-полковник МЧС попросил об УДО, но передумал

    Экс-полковник Заур Мирзоев, который оказался в центре скандала из-за интимных видеозаписей, снятых в его служебном кабинете Министерства по чрезвычайным ситуациям (МЧС), обратился в суд с просьбой об условно-досрочном освобождении (УДО).

    Как сообщает Qafqazinfo, Мирзоев отбыл уже более половины назначенного ему срока в 3 года и 3 месяца лишения свободы. В связи с этим он попросил суд считать оставшиеся 8 месяцев заключения условными.

    С этой целью полковник подал заявление в Хазарский районный суд. Однако еще до оглашения решения суда Мирзоев отозвал свое заявление. Предполагается, что он пошел на этот шаг из-за намерения внести изменения в заявление или же из-за несоответствия другим условиям для изменения вида наказания.

    Напомним, Бакинский суд по тяжким преступлениям признал Заура Мирзоева виновным в нарушении неприкосновенности частной жизни, незаконном распространении порнографических материалов и превышении должностных полномочий. Помимо тюремного срока, суд обязал Мирзоева выплатить 4 000 манатов компенсации одной из женщин, фигурировавших в скандальных видео.

    Верховный суд Азербайджана частично удовлетворил кассационную жалобу Мирзоева. Обвинение в нарушении неприкосновенности частной жизни было снято, а срок заключения сокращен с 3 лет и 6 месяцев до 3 лет и 3 месяцев.

    Добавим, З.Мирзоев был задержан 17 августа 2022 года. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста. Ему были предъявлены обвинения по статьям 156.2.1 (нарушение неприкосновенности частной жизни, совершенное должностным лицом с использованием своего служебного положения), 242 (незаконное распространение порнографических материалов или предметов) и 309.2 (превышение должностных полномочий) Уголовного кодекса Азербайджанской Республики.

    Согласно обвинительному заключению, З.Мирзоев, установив с помощью специальной программы на своем рабочем компьютере скрытую камеру, производил видео- и фотосъемку интимной связи с женщинами в своем служебном кабинете. В августе 2022 года подготовленные им нелегально порнографические материалы распространились в социальных сетях.

  • İntim videolar çəkən FHN polkovniki vaxtından əvvəl azadlıq istədi – Sonra fikrini dəyişdi

    Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik 3 il 3 ay həbs müddətinin yarıdan çoxunu çəkdiyindən cəzasının qalan 8 ayının şərti hesab olunmasını xahiş edib.

    Bu məqsədlə o, Xəzər Rayon Məhkəməsinə müraciət edib.

    Lakin məhkəmə qərarını elan etmədən Z.Mirzəyev ərizəsini geri götürüb. Onun ərizəyə dəyişiklik etmək və ya cəza növünün dəyişdirilməsi üçün digər şərtləri ödəmədiyi səbəbindən bu addımı atdığı ehtimal olunur.

    Qeyd edək ki, Zaur Mirzəyev Ali Məhkəmənin yekun qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin iş üzrə videolarda yer alan qadınlardan birinə 4 min manat təzminat ödənilməsi barədə qərar isə qüvvədə saxlanılıb.

  • Дорожная полиция обратилась к водителям, планирующим поездки на выходные

    Главное управление дорожной полиции Министерства внутренних дел обратилось к водителям, планирующим поездки на выходные.

    В обращении отмечается, что дождливая погода, преобладающая в горных и предгорных районах, создает неблагоприятные условия для дорожного движения.

    “Туман и морось, особенно в ночное и утреннее время, снижают видимость и повышают риск скольжения. Водители, направляющиеся в такие регионы, должны соблюдать меры предосторожности и избегать создания опасных ситуаций на дороге”, – подчеркивается в обращении.

    ГДП также отмечает, что в выходные ожидается рост интенсивности движения на автомагистралях республиканского значения. В связи с этим водителям рекомендуется соблюдать скоростной режим, проверять техническое состояние автомобилей, проявлять повышенную внимательность в условиях дождя и, по возможности, планировать поездки в светлое время суток.

  • Baş Dövlət Yol Polisi İdarəsindən səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

    “Sinoptiklərin məlumatına əsasən, hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında yağışlı hava şəraiti hökm sürür ki, bu da yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunur”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar:

    “BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”.