Month: May 2025

  • Ağacları kütləvi şəkildə kəsənlər məmurlar imiş – RƏSMİ

    Zaqatalada qanunsuz olaraq çoxsaylı ağac kəsməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, rayon ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.

    İstintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Bundan başqa, Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.

    İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4 və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda sözügedən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • В Ходжалы взорвалась ручная граната, пострадал 17-летний юноша

    В селе Ханюрд Ходжалинского района взорвалась ручная граната, в результате пострадал 17-летний юноша.

    Об этом говорится в совместном заявлении МВД, Генеральной прокуратуры и ANAMA.

    Согласно информации, житель села Джалилли Товузского района Агшин Ариф оглу Мамедов (2008 г.р.) получил травму правой руки в результате взрыва детонирующего механизма ручной гранаты.

    В результате происшествия у пострадавшего юноши были ампутированы три пальца. Прокуратура Ходжалинского района уже начала расследование по факту происшествия.

    Ведомства в очередной раз призывают граждан неукоснительно соблюдать правила безопасности, не прикасаться к опасным предметам, внимательно относиться к указателям знаков минной опасности и ни в коем случае не заходить на незнакомые территории.

  • Xocalıda hərbi sursat partladı: 17 yaşlı oğlan yaralandı

    İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatın partlaması hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

    Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Aqşin Arif oğlu Məmmədov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

    Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

    ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

  • Argentinada 7.4 bal gücündə zəlzələ olub

    Argentinanın cənubunda 7.4 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Hələlik dağıntı və insan itkisi barədə məlumat verilmir.

  • Elşad Hacıyev: Avropada Kiberdələduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb

    Avropada kiberdələzduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb. Bu pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır.

    Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib.

    O bildirib ki, pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır: “Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər yüksək vəzifəli şəxslər də məruz qalır. Bankın təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”.

  • “Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir” – FOTO

    Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyir.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Qafqazinfo” həmin qadını taparaq problemi ilə maraqlanıb.

    Çimnaz Nəhmədova saytımıza açıqlamasında bildirib ki, prosedur üçün “SG Estetik Mərkəzi”nin kosmetoloqu Əmrah Mehdiyevə “MayoMed” klinikasında müraciət edib. Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub: “Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir”.

    Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib: “Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin”.

    Fotoda: Əmrah Mehdiyev

    İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxladıq. Kosmetoloq saytımıza açıqlamasında iddiaları təkzib edib: “Biz bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Həmin xanım klinikamızda iki dəfə olub. İlk dəfə gəldikdə biz onu uzaqlaşdırmışdıq. İkinci dəfə gəldi, indi də belə problemlə üzləşirik. Dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.

    Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur”.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır: “Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır”.

  • Məzahir Pənahovun oğlu arvadına işgəncə verib – Ağır ittihamlar (FOTO)

    Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir.

    Median.Az xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.

    Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib.

    O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub.

    Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

    Sayt yazır ki, həmin dövrdə işsiz olan M.Pənahov Los-Ancelesin prestijli bölgəsində 2.035.400 dollara dəbdəbəli villa alıb. Bildirilib ki, cütlük ABŞ-də maliyyə çətinliyi çəkməyib və onların “Halifax”, “Natwest” kimi Britaniya, eləcə də ABŞ və Dubay banklarında hesabları olub.

    Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.

  • Azərbaycanlı biznesmen 600 milyon dolları necə ələ keçirib? – TƏFƏRRÜAT/FOTO

    Bu yaxınlarda türkiyəli iş adamı Mustafa Yiğit Zeren 600 milyon dolları mənimsəmək ittihamlarından hər cür cəhdlə özünü doğrultmaq istəsə də də, hələlik heç bir nəticə əldə olunmayıb.

    Median.Az “lent.az”a istinadən xəbər verir ki, Zeren hazırda dələduzluq cinayəti ilə bağlı beynəlxalq axtarışdadır.

    Yada salaq ki, Mustafa Zeren şəriki Böyük Britaniya vətəndaşı olan azərbaycanlı biznesmen Fuad Hüseynli ilə birlikdə Rusiya bankından 600 milyon dollar oğurlamaq planı hazırlayıb və onu həyata keçiriblər.

    Əvvəlcə bank rus neft treyderi ilə xarici alıcılar arasında bağlanmış sövdələşmədə kreditor kimi çıxış edib və bu əməliyyatın qanuniliyini təmin etmək üçün vasitəçi kimi Zerenin maliyyə xidmətləri tələb olunurdu.

    Amma Mustafa və Fuad namizədlər zəncirindən istifadə edərək pulu öz hesablarına köçürüblər.

    Fırıldaqçılıq sxemi nəticəsində sıravi mühasib Mustafa Zeren və onun az tanınan “Zeren Qrup”u çoxsaylı bahalı aktivlərin, o cümlədən Türkiyənin ən böyük yanacaq holdinqi “Alpet”in sahibi olub.

    Fuad hələ yeni aktivlərini nümayiş etdirmir. O, 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl oğurlanması nəticəsində vurduğu ziyanı tam ödəməklə yalnız Moskvada həbsdən azad edilib.

    Zeren hazırda dələduzluq cinayəti ilə bağlı beynəlxalq axtarışdadır.

  • Rafael Ağayev Rusiyada keçirilən beynəlxalq turnirdə iştirak edəcək

    İyulun 22-dən 29-dək Soçidə (Rusiya) karateçilər üçün “Russia Open 2.0” beynəlxalq turnir keçiriləcək.

    Yarışda titullu Azərbaycan karateçisi, dəfələrlə dünya və Avropa çempionu, olimpiya mükafatçısı Rafael Ağayev də iştirak edəcək.

    O, kumite üzrə təlimatçı kimi fəaliyyət göstərəcək.

  • Makron yeni Roma Papası seçkisinə təsir göstərməyə çalışır

    Fransa Prezidenti Emmanuel Makron aktiv şəkildə yeni Roma Papasının seçilməsi prosesinə müdaxilə etməyə çalışır.

    Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

    Jurnalistlərin məlumatına görə, E.Makron kardinal Matteo Maria Zuppini pontifik vəzifəsinə irəli sürən “Sant’Egidio” katolik hərəkatının nümayəndələri ilə bir neçə dəfə görüşüb.

    Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.