Month: May 2025

  • В Азербайджане открывается новый телеканал: началось тестовое вещание – ФОТО

    Naxçıvan TV готовится к запуску цифрового вещания по спутниковому и кабельному телевидению на всей территории страны.

    Тестовая трансляция телеканала уже началась.

    Отметим, что в августе 2024 года Naxçıvan TV получил лицензию оператора платформы, осуществляющего спутниковое вещание.

  • Azərbaycanda ölkə yayımında YENİ TELEKANAL – Test yayımına başlanıldı (FOTO)

    “Naxçıvan TV” ölkə ərazisində peyk və kabel televiziyalarında rəqəmsal yayıma başlamaq üçün hazırlıq görür.

    Artıq televiziyanın test yayımına da başlanılıb.

    Qeyd edək ki, ötən ilin avqustunda “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub. Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub.

  • İstanbulda zəlzələ oldu

    İstanbulda zəlzələ oldu.

    Saat 11:30-da Mərmərə dənizində 3,2 bal gücündə zəlzələ baş verib.

    Adaların sahillərində zəlzələ 6,26 kilometr dərinlikdə baş verib. Zəlzələni hiss edən istanbullular sosial mediada çoxlu paylaşımlar edib.

    Qeyd edək ki, ötən həftə İstanbulun Silivri şəhərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra baş verən təkanlar davam edir.
    //azxeber.com

  • “Mançester Yunayted”in icarəyə verdiyi futbolçu Avrokuboklarda iki medal qazana bilər

    “Mançester Yunayted”in “Real Betis”ə icarəyə verdiyi futbolçusu Antoni mövsümü iki Avrokubok medalı ilə başa vura bilər.

    Mövsümə “Mançester Yunayted”də start verən futbolçu komanda ilə UEFA Avropa Liqası matçına çıxdığı və daha sonra “Real Betis”ə icarə əsasında göndərildiyi üçün İspaniya klubu və İngiltərə təmsilçisi turniri mükafatçı olaraq başa vuracağı təqdirdə Antoni iki medala sahib çıxacaq.

    Qeyd edək ki, “Mançester Yunayted” UEFA Avropa Liqasının yarımfinalının ilk matçında “Atletik Bilbao”nu 3:0, “Real Betis” isə UEFA Konfrans Liqasında “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.

  • Azərbaycan millisinin üzvü Braziliya çempionu oldu

    Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliyada növbəti titulunu qazanıb.

    Fevralda Braziliya Kubokunun qalibi olmuş milliləşdirilmiş voleybolçumuz ölkə çempionu titulunu da əldə edib.

    35 yaşlı hücumçunun formasını geyindiyi “Osasko” finalda “Sesi Bauru”nu 3:1 hesabı ilə məğlub edib.

    İlk dəfə Braziliya çempionluğu yaşayan Rəhimova mövsümü “qızıl dubl”la başa vurub.

  • Robert De Nironun oğlu cinsiyyətini dəyişdirdi

    Dünya ulduzu aktyor Robert De Nironun oğlu cinsiyyətini dəyişdirib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyor transgender övladına dəstəyini nümayiş etdirib.

    “Mən Aarunu oğlum kimi sevirdim və hər zaman dəstəkləmişəm. İndi də Ayrini qızım kimi sevirəm, hər zaman yanındayam” deyə aktyor bildirib.
    //azxeber.com

  • В Баку начался снос домов: жильцов не устраивает компенсация – ВИДЕО

    В некоторых районах Баку начался снос старых построек.

    Как передает Median.Az со ссылкой на İTV, часть жителей улицы Черняховского на территории, известной как 20-й участок, уже переселяется. Однако некоторые из них выражают недовольство размером предлагаемой компенсации.

    В Государственном комитете по градостроительству и архитектуре заявили, что на указанной территории запланирован снос старых домов и работы по благоустройству. По 34 квартирам уже выплачена компенсация и обеспечено переселение жильцов.

    Также продолжается заключение нотариальных соглашений с гражданами и осуществление компенсационных выплат по другим жилым объектам.

    Подробнее – в сюжете:

  • Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir – VİDEO

    Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.

    Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.

    Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.

    Sakinlərin köçürülməsi təmin edilib.

    Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Ətraflı süjetdə:

  • Жуткое ДТП на трассе Губа – Хачмаз: два человека чудом избежали смерти, вылетев из машины (ВИДЕО)

    На участке автомобильной дороге Губа – Хачмаз, проходящем по территории села Барлы Губинского района, произошло дорожно-транспортное происшествие.

    Причиной аварии стало значительное превышение скорости одним из участников движения.

    По словам очевидцев, автомобиль ВАЗ-2115, двигавшийся в направлении Хачмаза, на огромной скорости врезался в Tofaş. От сильнейшего удара водитель ВАЗ потерял управление, транспортное средство вылетело с дороги и на полном ходу ударилось об бетонный желоб Самур-Абшеронского канала.

    От удара машина опрокинулась на грунтовую дорогу у края водоканала. Два человека, находившиеся в автомобиле, чудом спаслись, вылетев из транспортного средства. Оба человека не получили серьезных травм.
    //oxu.az

  • Havada ikən açılan qapıdan tullanaraq xilas oldular – Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ (VİDEO)

    Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    Barlı kəndi ərazisində baş verən hadisəyə səbəb nəqliyyat vasitələrindən birinin sürət həddini aşması olub.

    Hadisə şahidlərinin sözlərinə görə, Quba-Xaçmaz istiqamətində hərəkət edən VAZ-2115 markalı avtomobil yüksək sürət ilə hərəkət edərək “Tofaş” markalı avtomobil ilə toqquşub.

    Toqquşma nəticəsində VAZ-2115 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı Samur-Abşeron kanalının beton səddinə çırpılıb. Zərbənin təsirindən maşın kanalın kənarındakı torpaq yola aşıb. Maşında olan iki nəfər hadisə zamanı havada açılan qapıdan tullanaraq xilas olublar. Hər iki şəxs ciddi xəsarət almayıb.

    Hadisənin anbaan görüntülərini təqdim edirik:
    //oxu.az